Icma.az
close
up
RU
ABŞ Rusiya dialoqunun yeni mərhələsi: Kreml görüşündən sonra geosiyasi mənzərə

ABŞ Rusiya dialoqunun yeni mərhələsi: Kreml görüşündən sonra geosiyasi mənzərə

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Rusiyanın Birbaşa İnvestisiyalar Fondunun rəhbəri, Prezident Vladimir Putinin xüsusi elçisi Kirill Dmitriyevin Kremlə birgə daxil olması beynəlxalq siyasi gündəm üçün mühüm hadisəyə çevrilib. “İzvestiya”nın yaydığı məlumata görə, Uitkoffa ABŞ prezidentinin kürəkəni Cared Kuşner də qoşulub. Səfərin məqsədi, tərəflər arasında Ukrayna müharibəsi ilə bağlı yeni sülh planının müzakirəsidir”.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Nicat İsmayılov danışıb. Politoloq qeyd edib ki, görüşün günün ikinci yarısına planlaşdırıldığı açıqlansa da, proses gözləniləndən daha geniş formatda və daha uzun davam edib.

Nicat İsmayılov

“ABŞ nümayəndə heyətinin Moskvaya səfəri əvvəldən Vaşinqton–Kiyev xəttində aparılan danışıqlarda əldə olunan ilkin konturların Kremlə təqdim edilməsi kimi qiymətləndirilirdi.

Kremlin mətbuat katibi Dmitri Peskov görüş öncəsi bəyan edib ki, Rusiya sülh danışıqlarına açıqdır, lakin “xüsusi hərbi əməliyyat” çərçivəsində müəyyənləşdirilmiş strateji hədəflər dəyişməz qalır. Bu isə Kremlin mövqeyində ciddi korrektələrin gözlənilmədiyini göstərirdi.

Peskovun sözlərinə görə, Prezident Putin ABŞ emissarı ilə Vaşinqton və Kiyev arasında müzakirə olunan yeni sülh planı üzrə əldə olunmuş ilkin razılaşmaları dəyərləndirəcək. Bu plan çərçivəsində ərazi məsələləri, Ukraynanın NATO-ya mümkün üzvlüyü və Qərbin dondurduğu Rusiya aktivlərinin taleyi kimi aktual mövzular əsas müzakirə predmeti olub”-deyə politoloq bildirib.

Nicat İsmayılov xatırladıb ki, noyabrın 30-da Floridada ABŞ və Ukrayna nümayəndə heyətlərinin görüşündə məhz bu məsələlər masaya yatırılmışdı: “ABŞ tərəfi həmin danışıqlarda münaqişənin dayandırılması üçün “Tramp administrasiyasının konturları ilə formalaşan yeni yanaşma” üzərində işləyirdi. Stiven Uitkoff və Cared Kuşnerin Putinlə görüşü Rusiya tərəfindən prezidentin köməkçisi Yuri Uşakov və Kirill Dmitriyevin iştirakı ilə geniş formatda keçirilib. Müzakirələrin əsas mövzusu kimi ABŞ tərəfindən təqdim olunan “Trampın sülh planı”nın gündəmi müəyyənləşdirilib.

Görüşün artıq üç saat davam etməsi tərəflərin təmasının formal deyil, real danışıqlar xarakteri daşıdığını nümayiş etdirirdi. Lakin proses bununla da yekunlaşmayıb. Danışıqlar ümumilikdə 5 saatdan çox davam edib. Bu, 2022-ci ildən bəri ABŞ–Rusiya arasında ən uzunmüddətli birbaşa siyasi dialoqlardan biri hesab edilir”.

Nicat İsmayılovun fikrincə, hazırkı geosiyasi şəraitdə bu formatdakı görüşün baş tutması bir neçə mühüm məqamı ortaya qoyur:

1. ABŞ və Rusiya birbaşa dialoqu bərpa etməyə çalışır.

Müharibə boyunca tərəflər arasında daha çox vasitəçilər üzərindən danışıqlar aparılırdı. İndi isə Vaşinqtonun öz xüsusi nümayəndəsini Moskvaya göndərməsi diplomatik kanalların yenidən aktivləşdiyini göstərir.

2. Ukrayna məsələsində yeni mərhələ formalaşa bilər.

Danışıqların “sülh planı” ətrafında aparılması tərəflərin hərbi eskalasiyanın alternativlərini müzakirə etdiyini göstərir. Bu plana konkret detallar açıqlanmasa da, ABŞ və Ukrayna görüşündə müzakirə olunan mövzular kompromis ehtimalına işarə edir.

3. Rusiya üçün legitim dialoq platformasının yaranması mühümdür.

Moskva Qərblə danışıqların yalnız öz şərtləri çərçivəsində aparılmalı olduğunu hesab edir. Peskovun açıqlamasında vurğulanan “hədəflərin dəyişməzliyi” bunun açıq siqnalıdır.

4. Yeni administrasiyanın təsiri

Donald Trampın əsas siyasi fiqurlarının Moskvaya səfəri ABŞ-da yeni siyasi komandanın Rusiya ilə münasibətləri yenidən formatlaşdırmaq cəhdlərinin göstəricisi kimi qiymətləndirilir.

“Putinlə Stiv Uitkoffun 5 saatdan çox davam edən görüşü tərəflərin Ukrayna müharibəsi üzrə danışıqlara ciddi yanaşdığını nümayiş etdirir. Bununla belə, Moskvanın tələblərinin dəyişməz qalması, Vaşinqtonun isə Kiyevlə paralel şəkildə yeni çərçivələr yaratması yaxın zamanda razılaşmanın əldə olunmasını çətinləşdirir”-deyən politoloq bildirb ki, bununla belə, bu səfər mövcud böhran fonunda ABŞ–Rusiya münasibətlərində müəyyən “dialoq pəncərəsi”nin açıldığını göstərir. Qarşıdakı günlərdə tərəflərin verdiyi rəsmi açıqlamalar sülh prosesinin real konturlarını müəyyənləşdirəcək”-deyə Nicat İsmayılov bildirib.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:86
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 03 Dekabr 2025 22:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sabiq nazirin bacısı qızı olan rektor kimdir?

11 Dekabr 2025 00:22see261

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see220

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see212

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see206

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see200

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see190

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see162

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see158

OKX də Avtomatlaşdırılmış P2P Sifariş İcrası işə düşdü

11 Dekabr 2025 12:12see146

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see144

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see141

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see139

Mədəniyyət Nazirliyi Bəxtiyar Vahabzadənin yubiley gecəsinin biletlərini 140 manata satıb

11 Dekabr 2025 12:41see139

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see136

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see135

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see134

Paşinyan Azərbaycana bu iki mövzunu paralel olaraq bağlamağı təklif etdi...

11 Dekabr 2025 09:22see133

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see131

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see131

Simonyan: Azərbaycan Ermənistan sərhədinin daha bir hissəsi tezliklə demarkasiya ediləcək

10 Dekabr 2025 22:45see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri