Icma.az
close
up
RU
Avropanın yarısında rekord həddə istilər müşahidə olunur

Avropanın yarısında rekord həddə istilər müşahidə olunur

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 1 iyul, AZƏRTAC

Avropa boğucu isti hava dalğası ilə üz-üzədir. İspaniya, Yunanıstan və İtaliyada havanın temperaturu 40 dərəcəni keçib. Mərkəzi Avropa ölkələrinə də təsir edən həddindən artıq yüksək temperatur qeydə alınıb, İspaniya Meteorologiya Agentliyinin (Aemet) məlumatına görə, bu, iyunun sonu üçün anomal hava şəraitidir.

AZƏRTAC İspaniyanın “ABC” qəzetinə istinadla xəbər verir ki, Krallıqda ilin bu fəsli üçün havanın temperaturu normadan 15 dərəcəyə qədər yüksək olub, Aralıq dənizi isə iyunun orta göstəricisindən 5-6 dərəcə çox istiləşib. Fransanın cənubunda və İtaliyada tropik gecələr 25 dərəcəyə, Balear adalarında isə 25, 26 və hətta 27 dərəcəyə çatan aşağı səviyyələr də daha az qorxulu deyil. İtaliyada bu güclü istilər nəticəsində 47 yaşlı inşaat işçisi və 70 yaşlı kişi dünyasını dəyişib.

İspan meteoroloqu Fransisko Martinin sözlərinə görə, iyunun 29 və 30-da Aralıq dənizində 38 il ərzində müşahidə olunmayan anormal hava və su temperaturları qeydə alınıb. “Tədqiqatlar göstərir ki, iyun ayının sonunda həm dənizdə, həm də havada daha ekstremal, geniş isti hava dalğasının arxasında iqlim dəyişikliyi dayanır”, -deyə o qeyd edib.

İstilik qübbəsi Böyük Britaniya, Almaniya, Fransa, Şimali Makedoniya, Hollandiya - demək olar ki, bütün mərkəzi və cənubi Avropanı əhatə edir. Serbiyada XIX əsrdə müşahidələr başlayandan bəri ən yüksək rekord temperatur qeydə alınıb və şənbə Sloveniyada analoji dövrdə iyun ayının ən isti günü olub.

Kataloniyada həddindən artıq istilərlə bağlı xəbərdarlıq çərşənbə gününə qədər qüvvədə qalacaq. Kastiliya və Leonda da fırtınalarla müşayiət olunan həddindən artıq istilər gözlənilir ki, bu da sərinləmək əvəzinə, güclü küləklər səbəbindən meşə yanğınlarına səbəb olur və dolu yağması üzündən məhsullar üçün ciddi problemə çevrilir. Salamanka yaylasında, Valyadolid və Zamorada, Burqosun şimalında və Avilanın cənubunda temperaturun 38 dərəcə Selsiyə çatması ehtimalı ilə bu bölgənin çox hissəsi dünəndən “sarı” kateqoriyalı həyəcan vəziyyətindədir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:223
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 İyul 2025 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri