Icma.az
close
up
RU
Avropaya sülhü Azərbaycan gətirdi GÜNDƏM

Avropaya sülhü Azərbaycan gətirdi GÜNDƏM

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Makron başa düşdü, Fransa-Azərbaycan münasibətlərinin alternativi yoxdur


Danimarkanın paytaxtı Kopenhagendə keçirilən "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısı Avropanın enerji təhlükəsizliyini, regional münaqişələri və strateji tərəfdaşlıqları müzakirə etmək baxımından mühüm məkan oldu. Zirvə toplantısında 50-yə yaxın ölkədən dövlət və hökumət başçıları iştirak edirdi. Bu platformada Azərbaycan Prezidentinin mövqeyi xüsusi diqqət çəkdi.

Çünki Avropanın enerji xəritəsində Azərbaycanın payı artıq 2024-cü ildən etibarən 12 ölkəni əhatə edir və 2027-ci ilə qədər qaz ixracının 20 milyard kubmetrə çatdırılması planı mövcuddur. Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenlə görüşləri Kopenhagen səfərinin strateji xəttini daha da gücləndirdi. Ursula Fon der Lyayen hələ 2022-ci ildə Bakıda imzaladığı sənədlə Azərbaycanı Avropanın “etibarlı enerji tərəfdaşı” adlandırmışdı. Budəfəki görüşdə isə əsas vurğu yaşıl enerji layihələrinə edildi. Xatırladaq ki, Qara dənizdən Avropaya çəkiləcək “yaşıl kabel” layihəsində Azərbaycan Gürcüstan, Rumıniya və Macarıstanla birlikdə iştirak edir. Antonio Koşta ilə müzakirələrdə isə Azərbaycanın Avropa siyasi sisteminə inteqrasiya imkanları və enerji təhlükəsizliyindəki rolu müzakirə olundu. Kopenhagendə Prezident İlham Əliyevin Moldova rəhbəri Maya Sandu ilə görüşü də diqqət çəkdi. Moldova Avropanın ən həssas ölkələrindən biridir, çünki enerji asılılığı onun milli təhlükəsizliyinin əsas zəif nöqtəsidir. Bu kontekstdə Azərbaycan qazının Moldovaya çatdırılması məsələsi gündəmə gəlib. Bu, Azərbaycanın yalnız Cənubi Qafqazda deyil, Şərqi Avropada da mühüm oyunçuya çevrildiyini göstərir. Prezident İlham Əliyevin çıxışları bir neçə strateji mesajı özündə ehtiva edirdi. Dövlət başçısı açıq şəkildə bəyan etdi ki, Ermənistanla sülh müqaviləsi imzalanacağı halda regionda tamamilə yeni əməkdaşlıq mərhələsi başlayacaq. Azərbaycanın qaz və yaşıl enerji potensialı Avropanın ən çox ehtiyac duyduğu sahədir. Həmçinin Azərbaycan təkcə Cənubi Qafqazda deyil, həm də Avropanın siyasi müzakirələrində mərkəzi mövqeyə sahibdir. Kopenhagen zirvəsi Azərbaycanın siyasətinin artıq lokal deyil, Avropada əhəmiyyət daşıyan xəttə çevrildiyini göstərdi. Prezident İlham Əliyevin Avropa İttifaqı rəhbərləri ilə dialoqu enerji xəritəsində Azərbaycanın çəkisini artırdı, Moldova ilə danışıqlar isə Şərqi Avropa ilə yeni enerji körpüsünü formalaşdırdı.


Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib ki, biz Avropa Birliyinin Sammitində fərqli mənzərəni gördük. Deputatın sözlərinə görə, cənab Prezidentin Danimarkaya səfəri Kopenhagendən başlamadı, ondan bir gün öncə Avropa özü Azərbaycanda idi: 

"İtaliyanın prezidenti ölkəmizdə səfərdə oldu, İtaliya-Azərbaycan Universitetinin açılışı baş tutdu. Azərbaycan Avropa Siyasi Birliyi Sammitinin ilk görüşünü Bakıda ADA Universitetində keçirtdi. Bu, rəmzi məna daşıyır. Avropa artıq Azərbaycandadır. Avropa Siyasi Birliyi Sammitinin fəlsəfəsini Azərbaycan reallıqlarının qəbul olunması ilə izah edə bilərik. Yadımızdadır ki, Avropa strukturları, bəzi Qərb dövlətləri Azərbaycanla bağlı başqa ab-havanı yaşayırdılar, başqa münasibət sərgiləyirdilər. Sammitdə Avropa İttifaqı Şurasının (Aİ) prezidenti Antonio Koşta üç prinsipial məsələni gündəmə gətirir. Birinci, Moldovanı təbrik edir. İkinci, sülh anlaşmasına görə, Azərbaycanı təbrik edir. Üçüncüsü, Avropanın təhlükəsizliyindən danışır. Bu o deməkdir ki, Avropanın ən zəif həlqəsi olan Moldova özünü qoruyub saxlaya bildi. Demokratiya özünü müdafiə etməyi bacarmalıdır. Heç də təsadüfi deyil ki, Prezident İlham Əliyev Sammit çərçivəsində ilk görüşünü Moldova Prezidenti M.Sandu ilə keçirtdi və onu təbrik etdi. Avropaya sülhü kim gətirdi? Azərbaycan. Biz müsbət təcrübəni, sülh haqqında danışmağa başladıq. Elə düsturları, danışıq tərzini gətirdik ki, Avropa bizim qalibiyyətimizi yaxşı mənada "özəlləşdirmək" istəyir. Çünki gözəl, müsbət və Avropanın dəyərlərinə uyğun olan təcrübədir". 


Parlament üzvü vurğulayıb ki, demokratiyanı müdafiə edən, təhlükəsizliyini təmin edən, sülhü qoruyan bir Avropanı yaratmaq üçün qayda-qanunlar olmalıdır:

 "Koştadan sonra çıxış edən Fransa Prezidenti E.Makron birbaşa Azərbaycan və Ermənistan rəhbərlərini təbrik etdi. Bununla kifayətlənmədi, sonra özü yaxınlaşdı, ardınca ikitərəfli qaydada görüşdü. Bu, fərqli mənzərədir. Əslində, Azərbaycan Fransa ilə münasibətlərin gərgin müstəvidə olmasının təşəbbüskarı deyil, heç bir addım atmamışıq. Nə edibsə, Fransa özü edib. İndi Makron hökuməti anlayır ki, Fransa-Azərbaycan münasibətlərinin alternativi yoxdur. Avropa üçün müsbət təcrübə Azərbaycanın atdığı addımlarda, həyata keçirdiyi siyasətdədir. Avropa Azərbaycanla öz iqtisadi və təhlükəsizlik problemlərini həll edə bilər. Avropa Mərkəzi Asiyaya çıxışı Azərbaycan üzərindən edə bilər. BMT-nin 80-ci sessiyasında Azərbaycanla bağlı müsbət fikirləri toplamışdım. Heç vaxt Azərbaycan haqqında bu qədər müsbət danışmayıblar. Bunun səbəbi Azərbaycanın reallığı dəyişdirməsi və Avropaya tamamilə başqa gündəliyi gətirməsidir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 Oktyabr 2025 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see228

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see216

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see214

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see211

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see207

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see202

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see199

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see196

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see196

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see191

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see189

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see188

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see185

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see185

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see184

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see183

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see182

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see182

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see177

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri