Icma.az
close
up
RU
Avroüçlük İrana qarşı sanksiyaları bərpa etmək üçün mexanizm işə salıb

Avroüçlük İrana qarşı sanksiyaları bərpa etmək üçün mexanizm işə salıb

Ayna portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Mexanizm ləğv edilmiş bütün sanksiyalarını 30 gün ərzində bərpa etməyə imkan verir

Aİ3 - Fransa, Almaniya və Böyük Britaniya (Avroüçlük) avqustun 28-i İranın nüvə proqramı üzrə 2015-ci il sazişində nəzərdə tutulan “Snapback” mexanizmini işə salıb. AYNA.AZ xəbər verir ki, bu barədə “Axios” və “Reuters” məlumat yayıb.

Mexanizm BMT Təhlükəsizlik Şurasının Tehrana qarşı Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) bağlanmasından sonra ləğv edilmiş bütün sanksiyalarını 30 gün ərzində bərpa etməyə imkan verir. Söhbət İranın maliyyə, bank, enerji və müdafiə sektorlarına qoyulan məhdudiyyətlərdən gedir. Onların geri qayıtması, ekspertlərin qeyd etdiyi kimi, İran iqtisadiyyatına təzyiqi ciddi şəkildə artıra bilər.

Avropa ölkələri iddia edir ki, Tehran nüvə silahının yaradılmasının qarşısını almaq məqsədi daşıyan sazişin şərtlərini dəfələrlə pozub. Eyni zamanda, Aİ3 öz bəyanatında danışıqlara açıq qaldığını və sentyabrın sonuna qədər yeni saziş bağlamağı gözlədiyini vurğulayıb.

İran bəyan edib ki, sanksiyalar bərpa olunarsa, bu ölkə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (BAEA) ilə əməkdaşlığı dayandıracaq. Bundan əlavə, Tehran təkid edir ki, “Snapback” mexanizminin işə salınması üçün heç bir hüquqi əsas yoxdur. İran tərəfinin fikrincə, ABŞ 2018-ci ildə nüvə sazişindən çıxdıqdan sonra JCPOA-nın icrası faktiki olaraq iflic olub.

Bu arada İranın bir sıra KİV-ləri Rusiyanın BMT Təhlükəsizlik Şurasına nüvə sazişini tənzimləyən 2231 saylı qətnamənin texniki uzadılmasına dair qətnamə layihəsi təqdim etdiyini bildirib. Məlumatlara görə, Rusiya sənədi “Snapback”dən istifadə imkanının dayandırılması ilə altı ay uzadılmasını nəzərdə tutur.

Rusiya Xarici İşlər Nazirliyi daha əvvəl bəyan etmişdi ki, Moskva Qərb ölkələrinin sanksiyaların bərpası mexanizmindən istifadə hüququnu tanımır və onların bərpası elan olunacağı təqdirdə əvvəlki məhdudiyyətlərə əməl etmək niyyətində deyil.

Xatırladaq ki, Rusiya 2025-ci ilin oktyabrından BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:54
embedMənbə:https://ayna.az
archiveBu xəbər 29 Avqust 2025 09:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see196

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see194

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see193

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see191

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see184

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see171

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see167

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see164

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see164

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see161

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see156

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see152

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see148

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see147

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see145

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see139

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see139

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see137

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see132

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri