“Qafqaz Xəzər bölgəsində geosiyasi rəqabət və Azərbaycan” monoqrafiyası inglis dilində çap edilib
Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Milli Müdafiə Universitetinin Hərbi Elmi Tədqiqat İnstitutunun professoru, tarix elmləri doktoru Nurulla Əliyev və tarix elmləri doktoru, professor Pərvin Darabadinin “Qafqaz-Xəzər bölgəsində geosiyasi rəqabət və Azərbaycan” adlı monoqrafiyası inglis dilində çap edilib. Milli Müdafiə Universitetinin Hərbi Elmi-Tədqiqat İnstitutunda hazırlanan kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
XQ xəbər verir ki, səkkiz fəsildən ibarət olan kitabda üç minillik ərzində Azərbaycan ərazisində baş vermiş hərbi-tarixi hadisələr əhatə olunub. Əsər Qafqaz-Xəzər regionu üzərində nəzarət uğrunda çoxəsrlik geosiyasi rəqabətin tarixinin tədqiqinə həsr edilib.
Nəşrdə Qafqaz–Xəzər regionunun qədim və orta əsrlərdə geosiyasi və geoiqtisadi proseslərdə getdikcə artan rolunun məzmunu açıqlanır. Həmin dövrdə baş vermiş hərbi-siyasi hadisələr ətraflı tədqiq olunur və əsas rəqib qüvvələrin Avropa və Çindən, Hindistan və Orta Asiyadan uzanan ticarət yolları üzərində öz nəzarətini bərqərar etmək uğrunda apardıqları mübarizə işıqlandırılır. Bununla əlaqədar olaraq, Böyük İpək Yolunun əsas qollarından birinin – Xəzər dənizinin qərb sahili boyunca uzanan və hələ qədim zamanlarda şöhrət qazanmış məşhur Xəzərətrafı yolun son dərəcə mühüm hərbi-strateji və iqtisadi əhəmiyyəti ortaya qoyulur.
Monoqrafiyada orta əsrlərin erkən dövrlərində xalqların böyük köçləri, eləcə də ərəb, rus, səlcuq, monqol, qızılordalı və teymurilərin istilaları, eləcə də onların əsas strateji hədəflərini təşkil edən, o cümlədən Xəzər dənizinin istiqamətləri ilə üst-üstə düşən mühüm dünya ticarət yollarını ələ keçirmək uğrunda mübarizələr barədə məlumat verilir.
Monoqrafiyada 1918-1920-сi illərdə Qafqazda yaranmış hərbi-siyasi vəziyyətin və Qafqaz-Xəzər bölgəsində aparıcı dövlətlərin Antanta, Üçlü ittifaq və Sovet Rusiyasının geosiyasi mübarizəsinin təhlili aparılır. Ölkə ərazisində müstəqilliyin təmin edilməsi məqsədilə Azərbaycan hökuməti tərəfindən görülən tədbirlər araşdırılır və Bakının azad olunmasında Qafqaz İslam ordusunun rolu göstərilir.
Tədqiqat işində müasir dövrdə Qafqaz-Xəzər regionunda geosiyasi mühitin qiymətləndirilməsi və aparıcı dövlətlərin bu regiondan keçən neft-qaz kəmərlərini, nəqliyyat dəhlizlərini və kommunikasiya xətlərini nəzarətdə saxlaması üçün istifadə olunan mübarizə üsulları, regionda geostrateji rəqabət və cərəyan edən geosiyasi proseslərin təhlili, burada aparıcı dövlətlərin məqsədləri, Ermənistan–Azərbaycan münaqişəsinin kəskinləşməsi kontekstində Cənubi Qafqazda baş verən hərbi–siyasi hadisələr, həmçinin Birinci Qarabağ müharibəsindən sonra aparıcı dünya dövlətlərinin Cənubi Qafqazda qlobal siyasi oyununun məzmunu açıqlanır. Vətən müharibəsinin nəticələrinin Cənubi Qafqaz regionu üçün geosiyasi nəticələri və postmüharibə dövründə regionda yeni qurulacaq təhlükəsizlik konfiqurasiyasının əsas konturları müəyyən edilir. Eyni zamanda, Azərbaycanın regionda yeni geosiyasi mühitin formaşlanması, təhlükəsizliyin təmin edilməsi və əməkdaşlıq formatının yaradılmasındakı rolu təhlil olunur.
Dərs vəsaiti ali humanitar məktəblərin və xüsusi təyinatlı hərbi tədris müəssisələrinin professor-müəllimləri, tələbələri və kursantları, dinləyicilər və beynəlxalq münasibətlər sahəsi üzrə mütəxəssislər üçün nəzərdə tutulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 13 Yanvar 2026 12:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















