Icma.az
close
up
RU
Avroviziya da ölkəmizi 3 nəfərdən biri təmsil edəcək

Avroviziya da ölkəmizi 3 nəfərdən biri təmsil edəcək

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yanvar ayının 18-də seçimlər yekunlaşdıqdan sonra, İctimai kanal “Avroviziya 2026” üçün namizəd seçimi prosesində növbəti mərhələyə keçib.

"Unikal" xəbər verir ki, bu müddət ərzində ifaçılar və müəlliflər müsabiqədə iştirak üçün yüksək maraq nümayiş etdirib. Belə ki, seçim mərhələsinə ümumilikdə 100 müraciət daxil olub. Bu müraciətlər çərçivəsində 186 mahnı təqdim edilib. Təqdim olunan mahnılardan 107-si yerli müəllif və ifaçılar tərəfindən, 79-u isə xarici müəlliflər tərəfindən təqdim edilib ki, bu da mahnıların təxminən 57,5 faizinin yerli, 42,5 faizinin isə beynəlxalq iştirakçılar tərəfindən göndərildiyini göstərir.

İlkin qiymətləndirmə mərhələsində təqdim olunmuş müraciətlər peşəkar heyət tərəfindən ətraflı şəkildə təhlil olunub və növbəti mərhələyə 18 namizəd dəvət edilib.

Dəvət olunmuş iştirakçılar üçün canlı dinləmələr və fərdi müsahibələr təşkil olunub. Bu mərhələdə namizədlərin vokal imkanları, səhnə təqdimatı, beynəlxalq auditoriya üçün potensialı və Avroviziya formatına uyğunluğu həm peşəkar seçim komissiyası, həm də xüsusi formalaşdırılmış fokus qrupu tərəfindən qiymətləndirilib.

Aparılan qiymətləndirmələrin nəticəsi olaraq, hazırda müsabiqənin növbəti mərhələsi üçün üç namizəddən ibarət qısa siyahı (short list) formalaşdırılıb. Seçim prosesi davam edir və yekun qərar əlavə yaradıcı və strateji müzakirələrdən sonra elan olunacaq.

Azərbaycan nümayəndə heyəti müsabiqədə ölkəni ən yüksək səviyyədə təmsil edəcək ifaçının və kompozisiyanın müəyyənləşdirilməsi istiqamətində işləri davam etdirir.

Qeyd edək ki, müsabiqənin birinci yarımfinalı 12 may, ikinci yarımfinalı 14 may, böyük final isə 16 may 2026-cı il tarixində baş tutacaq.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://unikal.az
archiveBu xəbər 05 Fevral 2026 20:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see286

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see275

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see272

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see266

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see266

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see255

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see250

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see249

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see245

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see243

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see230

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see225

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see224

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see224

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see221

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see217

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see213

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see212

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see206

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri