Icma.az
close
up
RU
Avrozonada genişlənmənin gözləntiləri

Avrozonada genişlənmənin gözləntiləri

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Bu, Bakı–Sofiya tərəfdaşlığının siyasi çəkisini artırır

Avropa İttifaqının (Aİ) institusional inkişaf trayektoriyasında Avrozonanın genişlənməsi iqtisadi inteqrasiyadan daha çox, siyasi koordinasiyanın dərinləşdirilməsi mexanizmi kimi çıxış edir. Çünki avro pul vahidi Aİ-yə üzv dövlətlərin fiskal, monetar və qismən də siyasi qərarvermə proseslərini ortaq normativ çərçivəyə tabe edən struktur elementi kimi dəyərləndirilir. Təsadüfi deyil ki, bir sıra dövlətlər sözügedən istiqamətdə addımlar atırlar.

Bu günlərdə Bolqarıstan Avropanın 21-ci Avrozonasına daxil oldu və milli valyutası levi avro ilə əvəzlədi. Bununla rəsmi Sofiya Aİ daxilində mövqeyini yenidən müəyyənləşdirməklə daha sıx inteqrasiya modelinə keçid etdi. Bununla Bolqarıstan Avropa institusional sisteminə uyğunlaşma iradəsini nümayiş etdirməklə yanaşı, milli suverenlik, daxili siyasi legitimlik və qərarvermə müstəqilliyi ilə bağlı mübahisələri aktuallaşdırdı. Proses Bolqarıstan timsalında Aİ daxilində mərkəzləşmə meyilləri ilə milli dövlətlərin siyasi muxtariyyəti arasındakı tarazlığın necə formalaşdığını analiz etmək üçün mühüm empirik baza yaradır.

Bir daha xatırladaq ki, avroya keçid Bolqarıstan üçün siyasi oriyentasiyanın rəsmi təsdiqi kimi dəyərləndirilir. Daha dəqiq desək, qərar rəsmi Sofiyanın Avropa layihəsinin “kənar perimetri”ndən çıxaraq qərarların qəbul olunduğu mərkəzi platformalara yaxınlaşmaq niyyətini ortaya qoyur. Uzun illər Avropa institutları tərəfindən islahatların yetərsizliyi, korrupsiya ilə mübarizənin zəifliyi və hüquqi mexanizmlərin kövrəkliyi səbəbilə tənqid edilən Bolqarıstan üçün Avrozonaya üzvlük bir növ siyasi etimad sınağından keçmək anlamı daşıyır. Lakin bu etimadın bir bədəli var. Avrozonaya daxil olmaq Bolqarıstanın monetar siyasət üzərində müstəqil qərarvermə imkanlarının əhəmiyyətli hissəsini itirməsi deməkdir. Bu isə ölkə daxilində siyasi narahatlıq doğurur. Çünki pul siyasəti dövlətin suverenliyinin əsas alətlərindən biridir. Levi avro ilə əvəzləmək dövlətin öz siyasi iradəsinin bir hissəsini kollektiv Avropa mexanizmlərinə təhvil vermək mənasına gəlir. Bu məqam Bolqarıstan daxilində siyasi qütbləşməni dərinləşdirir. Hakim dairələr avronu Avropa ailəsinə “tam mənsubiyyətin rəmzi” kimi təqdim etsə də, müxalif və avroskeptik qüvvələr bu addımı milli qərarvermə imkanlarının daraldılması kimi qələmə verirlər. Xüsusilə populist ritorikada avro Brüsselin suverenliyə müdaxiləsinin simvolu kimi göstərilir.

Əslində, Bolqarıstanın Avrozonaya daxil olması Avropa İttifaqı daxilində daha böyük siyasi sualın aktuallaşmasına səbəb olur. Maraqlıdır, ittifaq gələcəkdə federativ struktura doğru irəliləyəcək, yoxsa milli dövlətlərin siyasi muxtariyyətini qoruyan çevik model saxlanılacaq? Məsələyə geosiyasi aspektdən yanaşdıqda qərar daha aydın başa düşülür. Bolqarıstan Balkanlar və Qara dəniz regionunda strateji mövqeyə malik ölkədir və burada təsir uğrunda müxtəlif qlobal mərkəzlər arasında rəqabət mövcuddur. Avrozonaya üzvlük Sofiyanın digər ölkələrlə rəqabətdə mövqeyini Qərb siyasi blokuna bağladığını açıq şəkildə göstərir. Bu isə təhlükəsizlik və xarici siyasət kontekstində əhəmiyyətli mesajdır.

Yeni mərhələ regional tərəfdaşlığa da təsirsiz ötüşmür. Azərbaycan ilə Bolqarıstan arasında son illər formalaşan münasibətlər praqmatik və strateji xarakter daşıyır. Enerji sahəsində qurulan əməkdaşlıq fonunda iki ölkə arasında siyasi dialoq da sabit və qarşılıqlı hörmət üzərində inkişaf edib. Bolqarıstanın Aİ daxilində siyasi çəkisinin artması dialoqun Avropa platformalarında daha görünən hala gəlməsinə imkan yarada bilər. Avrozonaya üzvlük Bolqarıstanın Brüssel institutlarında təsir imkanlarını genişləndirdikcə, Sofiya Azərbaycanın Avropa ilə münasibətlərində daha funksional tərəfdaş rolunu oynaya bilər. Bu, xüsusilə regional təhlükəsizlik, enerji marşrutlarının siyasi təminatı və Avropa–Cənubi Qafqaz əlaqələrinin institusional səviyyədə möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir. Azərbaycanın balanslı xarici siyasət kursu çərçivəsində Bolqarıstan kimi Avropa daxilində mövqeyi güclənən tərəfdaşlarla əməkdaşlıq strateji önəm kəsb edir. Sözügedən konfiqurasiyada Türkiyə amili də xüsusi diqqətə malikdir. Rəsmi Ankara son illər Balkanlar, Qara dəniz hövzəsi və Cənubi Qafqaz arasında formalaşan siyasi və təhlükəsizlik arxitekturasında mərkəzi aktorlardan birinə çevrilib. Türkiyə həm NATO üzvü, həm Aİ ilə institusional əlaqələri olan, həm də regiondaxili proseslərdə müstəqil siyasi xətt yürüdən aktor kimi çıxış edir. Bu çoxqatlı mövqe qardaş ölkəni Avropa–Avrasiya kəsişməsində əvəzolunmaz siyasi körpüyə çevirir və onun tərəfdaşlıq qurduğu ölkələrin regional çəkisini artırır. Bu baxımdan Azərbaycan–Türkiyə strateji müttəfiqliyi Bolqarıstan üçün də siyasi kontekst formalaşdırır. Bolqarıstanın Avrozonaya üzvlük yolu ilə Aİ daxilində mövqeyini möhkəmləndirməsi Sofiyanı Türkiyə–Avropa dialoqunda daha çevik və funksional aktora çevirə bilər. Xüsusilə Ankara–Brüssel münasibətlərinin mürəkkəb, bəzən də gərgin xarakter aldığı mərhələlərdə Bolqarıstan kimi həm regional, həm də institusional baxımdan balanslı mövqedə dayanan ölkələr vasitəçi rolunu gücləndirmək potensialına malikdir. Türkiyənin Cənubi Qafqazda artan siyasi təsiri və Azərbaycanın bu xətt üzrə əsas tərəfdaş kimi çıxış etməsi fonunda Bolqarıstan üçtərəfli siyasi koordinasiya üçün əlverişli platformaya çevrilir. Həmin koordinasiya formal alyans xarakteri daşımadan, Avropa institutları ilə region arasında əlaqələndirici mexanizm kimi formalaşa bilər. Bolqarıstanın İttifaq daxilində siyasi çəkisinin artması bu mexanizmin legitimliyini və qəbulolunma imkanlarını daha da yüksəldir.

Yusif BAĞIRZADƏ,
politoloq

Bolqarıstanın Avrozonaya daxil olması ölkənin strateji-siyasi oriyentasiyasının dəqiqləşməsi kimi qiymətləndirilməlidir. Baş verən hadisə bir neçə mühüm siyasi müzakirəni paralel şəkildə aktivləşdirir. Şübhəsiz ki, ilk olaraq, suverenlik və milli qərarvermə imkanları mövzusu gündəmə gəlir. Avrozonaya üzvlük maliyyə siyasətinin mühüm alətlərinin Avropa Mərkəzi Bankı ilə paylaşılması deməkdir. Bu isə Bolqarıstan daxilində “milli maraqlar, yoxsa Avropa maraqları” dilemmasını gücləndirir. Bu da öz növbəsində siyasi spektrdə Avropaya inteqrasiyasını dəstəkləyən qüvvələrlə daha ehtiyatlı və ya skeptik qruplar arasında polemikanı dərinləşdirə bilər. İkinci mühüm müzakirə Bolqarıstanın geosiyasi mövqeyinin möhkəmlənməsi ilə bağlıdır. Avrozonaya üzvlük ölkəni Aİ-nin qərarverici dövlətlərinə bir addım da yaxınlaşdırır. Bu isə Bolqarıstanın regional siyasətdə, Balkanlar, Qara dəniz hövzəsi və enerji marşrutları kontekstində daha fəal rol iddiasını gücləndirəcək. Digər vacib müzakirə enerji və təhlükəsizlik siyasəti ilə bağlıdır. Avrozonaya daxil olan ölkələrdən Aİ-nin ümumi enerji strategiyasına daha sıx inteqrasiya gözlənilir. Bu, Bolqarıstanın enerji təchizatının şaxələndirilməsi, sabit və etibarlı mənbələrə üstünlük verilməsi xəttini gücləndirəcək. Məhz bu məqamda Azərbaycan amili xüsusi əhəmiyyət qazanır. Azərbaycanla münasibətlər baxımından proses ümumilikdə müsbət impuls yarada bilər. Ölkəmiz Avropanın etibarlı enerji tərəfdaşıdır və Bolqarıstan artıq Azərbaycan qazını alan ölkələr sırasındadır. Avrozonaya üzvlük Bolqarıstanın enerji siyasətini daha çox Aİ prioritetləri ilə uzlaşdıracağı anlamına gəlir.

Bununla yanaşı, Avrozonaya daxil olmuş Bolqarıstan Aİ-nin ümumi xarici siyasət mövqelərinə daha həssas yanaşmalı olacaq. Proses ikitərəfli münasibətlərdə müəyyən hallarda manevr imkanlarını daraltsa da, ümumi mənzərədə Azərbaycan–Bolqarıstan əməkdaşlığının institusional xarakter almasına şərait yarada bilər.

Nəzrin ELDARQIZI
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Yanvar 2026 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see353

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see339

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see272

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see261

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see255

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see252

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see239

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see235

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see230

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see225

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see213

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see208

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see201

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see201

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see199

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see191

Acı qəhvə içmək qida borusu xərçəngi yaradır?

27 Avqust 2026 18:50see190

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see186

“Tvente”nin futbolçusu: “Sabah meydanda əsl güc balansının necə olduğunu görəcəyik”

27 Avqust 2026 19:10see185

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri