Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Röya tanınmaz obrazda (Foto/Video)

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

Milli dövlətçiliyin mükəmməl məfkurə qaynağı

Milli dövlətçiliyin mükəmməl məfkurə qaynağı

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan tarixən müxtəlif xalqların dostluq, sülh və həmrəylik şəraitində yaşayıb-yaratdığı nadir məkandır. Dünyada indi çox az dövlət tapılar ki, onun vətəndaşları ölkəmizdə olduğu qədər özlərini azad, rahat və sərbəst hiss etsinlər. Müstəqil dövlətimiz, suverenlik konstitusiyamız milli ideologiyaya çevrilmiş azərbaycançılığın əhatəsində hər bir xalqın, etnik qrupun hüquq və azadlıqlarını tam qoruyur. Bütün bu amillər, bütövlükdə, müstəqil dövlətimizin daha da güclənməsinə, regionda və dünyada nüfuz sahibinə çevrilməsinə səbəb olur.

Uzun illər Qusar rayonunda rəhbər vəzifələrdə çalışan ağsaqqal Mayıl Bağırov azərbaycanlılarla ləzgilər arasında dostluğun dərin kökləri olduğunu böyük qürur hissi ilə vurğuladı. Bildirdi ki, bu gün hərtərəfli inkişafı və tərəqqisi ilə dünyanı heyrətə gətirən doğma Azərbaycanın hər bir guşəsində olduğu kimi, onun “şimal qapısı” sayılan Qusarda da həyatın bütün sahələrində böyük irəliləyiş və vüsət var. Bu da təsadüfi deyil. Ulu öndər Heydər Əliyevin dediyi kimi, “Qusarın Şahdağ kimi məğrur dağı, gözəl meşələri, çayları, bulaqları, hər şeydən əvvəl qəhrəman insanları var”.

Mayıl müəllim sonra söylədi ki, Qusar günbəgün gözəlləşir, abadlaşır, insanların rifahı yaxşılaşır. Qusarın bütün mərd, əməksevər insanları respublikamızın tərəqqisinə öz töhfələrini verməkdən ötrü əllərindən gələni edirlər. Hər bir qusarlı üçün bir əbədi həqiqət var. Bizim hamımızın bir anamız var: Azərbaycan!

Bu gün ölkəmizdə təkcə azərbaycanlılarla ləzgilər arasında deyil, bütün xalqlar və etnik qruplar arasında dərin inam və etimad mühiti formalaşıb. Bakı Dövlət Universitetinin tarix fakültəsinin professoru Atamoğlan Məmmədli hesab edir ki, azərbaycançılıq ideyası respublikamızda yaşayan bütün xalqları, etnik qrupları və dünya azərbaycanlılarını vahid bir amal ətrafında birləşdirən milli dövlətçilik ideologiyasıdır. Bu məfkurə kimin harada yaşamasından, dilindən, dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq, özünü azərbaycanlı sayan hər kəsin ortaq dəyəridir.

Professor bildirdi ki, azərbaycançılığın müasir və mükəmməl bir sistem halına gəlməsi, ilk növbədə, Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. O, bu məfkurəni müstəqil Azərbaycan dövlətinin rəsmi ideologiyası elan etmişdir. Dahi siyasətçinin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamı bu fəlsəfənin rəmzinə çevrilib. Bəli, bu, bir danılmaz həqiqətdir ki, Ulu öndərin bütün həyatı Azərbaycanın inkişafı və tərəqqisinə, milli dövlətçiliyimizin daha da möhkəmlənməsinə yönəlmişdi.

Təqdirəlayiq haldır ki, Ümummilli liderin ölkəmizin parlaq gələcəyinə xidmət edən bu müdrik siyasətini Prezident İlham Əliyev yeni dövrün reallıqlarına uyğun olaraq uğurla davam etdirir.

Məlumdur ki, bu il oktyabrın 27-də Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib. Prezident İlham Əliyev forumdakı dərin məzmunlu çıxışında deyib: “Azərbaycançılıq ölkəmizdəki bütün xalqları bir araya gətirir. Bu birlik müstəqillik tariximizin ən ağır vaxtlarında özünü göstərib. Ermənistanın hərbi təcavüzü və işğalı, həmçinin İkinci Qarabağ müharibəsi zamanı bütün etnik və dini qrupların nümayəndələri özünəməxsusluğumuzu qorumaq, ədaləti müdafiə etmək və ərazi bütövlüyümüzü bərpa etmək üçün Qələbəmizin rəmzi olan “Dəmir yumruq” kimi vuruşdular”.

2020-ci ilin payızında 44 günlük Vətən müharibəsi azərbaycançılıq ideologiyasının böyük tarixi sınağına və təntənəsinə çevrildi. Belə ki, ölkəmizdə yaşayan bütün etnik və dini qrupların nümayəndələri Qarabağda çiyin-çiyinə döyüşərək torpaqlarımızı işğaldan azad etdilər. Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan bu tarixi zəfər azərbaycançılıq məfkurəsinin cəmiyyəti nə qədər güclü şəkildə birləşdirdiyini bütün dünyaya sübut etdi.

Azərbaycanın beynəlxalq siyasətdəki parlaq uğurları müstəqil dövlətimizdə diaspor təşkilatları ilə əlaqələri gücləndirir. Rəsmi Bakı ölkəmizin milli maraqlarına uyğun uğurlu xarici siyasət yürüdür. Azərbaycan çağdaş dünyanın iki böyük supergücü ilə strateji əməkdaşlıq müqavilələri, Avropa İttifaqının 10 üzv dövləti ilə strateji tərəfdaşlıq sazişi imzalayıb.

Xatırladaq ki, Yeni Azərbaycan Partiyasının bu il oktyabrın 2-də keçirilən VIII qurultayında Prezident İlham Əliyev azərbaycançılıq ideologiyasını müstəqil dövlətçiliyin əsas ideoloji dayaqlarından biri kimi vurğulayıb. Milli Məclisin deputatı Naqif Həmzəyevin sözlərinə görə, bu, xalqın tarixi təcrübəsindən doğan, bu gün də aktuallığını itirməyən bir həqiqətin təsdiqidir: “Azərbaycançılıq bizim üçün yalnız şüar deyil. Bu, dilimizə, tariximizə, mədəniyyətimizə və torpağımıza bağlılıqdır. Eyni zamanda, bu ideya bizi etnik mənşəyindən asılı olmayaraq, bir bayraq altında birləşdirən ortaq vətəndaşlıq anlayışıdır. Azərbaycanın güclü tərəfi məhz bu birlikdədir”.

Vaşinqtonda yaşayan tanınmış politoloq, professor Ramiz Yunus bu günlərdə Azərbaycan Dillər Universitetində tələbələrlə görüş zamanı dedi ki, ölkəmizdə hökm sürən milli birlik ən böyük strateji uğurlarımızdandır. Ramiz müəllimin fikrincə, son dövrdə planetimizdə artan qlobal təhlükələr qarşısında Azərbaycanda xalqlar arasında birlik və həmrəyliyin bundan sonra da qorunması xüsusi əhəmiyyət daşıyır.

Azərbaycanın 44 günlük şanlı savaşdan sonra hazırda regionda qalib dövlət və millət olduğunu diqqətə çatdıran professor bu amildən beynəlxalq hüquq və humanizm prinsipləri əsasında bəhrələnməyin vacibliyini söylədi. Dedi ki, qürur duyulası fakt həm də budur ki, ölkəmiz tarixən multikultural dəyərlərə üstünlük verir. Bakı regiona sülh, inkişaf və tərəqqi gətirmək arzusundadır.

Görüşə ev sahibliyi edən ADU-nun rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla bildirdi ki, vaxtilə Azərbaycan dövlətinin multikultural siyasəti ilə bağlı dərin araşdırmalar aparıb, bu sahəni diqqətlə öyrənib. Rektor belə bir faktı xatırlatdı: XVI əsrdə dahi Füzuli “Leyli və Məcnun” əsərində Qeysin (Məcnunun) dili ilə “aləmi qəmdən xali” etməyə çalışıb. Bəli, Azərbaycan xalqı əsrlər boyu məhz belə yüksək bəşəri dəyərlərlə tərbiyə olunub. Bu mənada, ölkəmizin bütün dünyada tolerantlıq nümunəsi olması təbiidir.

AMEA-nın Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Şahbaz Şamıoğlu bu fikirdədir ki, bu gün azərbaycançılıq sadəcə siyasi bir konsepsiya deyil, həm də hər bir azərbaycanlının mənəvi pasportudur. O, keçmişimizə hörmət, bu günümüzə sadiqlik və gələcəyimizə inam bəxş edən universal bələdçidir. “Azərbaycanı, onun zəngin mədəniyyətini yaxından tanıdıqca, bu gözəl yurda rəğbətim birə-beş artıb”. Bu sözlər isə tanınmış qazaxıstanlı publisist, şairə Hasiha Gumarqızına məxsusdur.

Yeri gəlmişkən, Nasiha xanım hər dəfə Azərbaycana gələndə mütləq Şuşanı ziyarət etməyə çalışır. O, son illər MDB məkanında kifayət qədər populyar olan “Qarabağa gedən uzun yol” kitabının müəllifidir. Almatıda yaşayan Nasiha xanımla telefon söhbətində 6 il əvvəlki Tarixi Zəfərimizdən söz düşəndə həyəcanla dedi: “Azərbaycan bu gün milli birlik və həmrəylik örnəyidir. Bu, olduqca böyük sərvətdir. Əziz Azərbaycan xalqının onu göz bəbəyi kimi qoruyub saxlayacağına tamamilə əminəm!”

Müstəqil Azərbaycan gələcəyə böyük ümidlərlə baxır. Biz bütün xalqlarla sülh və əmin-amanlıq şəraitində yaşamaq, qurub-yaratmaq arzusundayıq. Biz ədalətli dünya istəyirik. Biz ədaləti təkcə özümüz üçün deyil, bütün dünya üçün istəyirik. Azərbaycançılıq ideyası məhz sülhün, haqqın, ədalətin yanında durmaq deməkdir! Biz şəri yenməyi bacaran güclü xalqıq. Bundan sonra heç bir qüvvə bizim torpaqlarımıza göz dikə bilməz. Bəli, Qarabağ Azərbaycandır!

Məsaim ABDULLAYEV

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:97
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 Noyabr 2026 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see333

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see332

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see331

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see327

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see312

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see263

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see262

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see249

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see237

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see237

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see217

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see214

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see212

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see209

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see208

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see208

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see208

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see203

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see189

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri