Icma.az
close
up
RU
Avstraliyadakı tələbəmizin təhsili yarımçıq qalacaq? Rəsmi cavab

Avstraliyadakı tələbəmizin təhsili yarımçıq qalacaq? Rəsmi cavab

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Təqaüd Proqramı ilə Avstraliyanın Melburn Universitetində magistr təhsil alan azərbaycanlı rejissor Afaq Yusifli təhsilinin maliyyələşdirilməsi ilə bağlı yaranmış problem səbəbindən təhsilini itirmək təhlükəsi ilə üzləşib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə A.Yusifli özü sosial şəbəkə hesabında paylaşım edib. 

Belə ki, 2026-cı ilin fevralından Avstraliyanın Melburn Universitetində Bədii və Sənədli Filmlər üzrə Prodüserlik magistr proqramında təhsil alan azərbaycanlı tələbə təhsilhaqqının bir hissəsinin vaxtında ödənilməməsi səbəbindən universitetdən sonuncu xəbərdarlıq alıb.

Onun sözlərinə görə təhsilhaqqının maliyyələşdirilməsi iki istiqamət üzrə həyata keçirilir. Mədəniyyət Nazirliyinin Mədəni və Yaradıcı Sənayelər üzrə xüsusi təqaüd proqramı çərçivəsində təhsilhaqqının 50 faizi qarşılanır. Birinci semestr üzrə 19 485 ABŞ dolları, üçüncü semestr üzrə isə digər dövlət qurumu tərəfindən 15 000 ABŞ dolları məbləğində ödəniş artıq universitetə köçürülüb. Mövcud ödəniş qrafikinə əsasən, növbəti ödənişin 2027-ci ilin I rübündə həyata keçirilməsi nəzərdə tutulur.

Problem isə Azərbaycan Kinematoqrafçılar İttifaqı vasitəsilə universitetə ödənilməli olan 25 500 AZN-in köçürülməməsi səbəbindən yaranıb.

Tələbənin bildirdiyinə görə, həmin vəsait 2025-ci ilin dekabrından etibarən onun təhsilhaqqının ödənilməsi üçün ayrılıb. Lakin 2026-cı ilin martında Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevin vəfatından sonra ödəniş prosesi dayanıb. Səbəb kimi ödəniş sənədlərini imzalamaq səlahiyyətinə malik şəxsin vəfat etməsi və sonrakı inzibati proseslər göstərilir.

A.Yusifli bildirib ki, vəsait hazırda İttifaqda mövcuddur və onun universitetə köçürülməsi üçün müxtəlif variantlar müzakirə olunub. Vəsaitin tələbənin şəxsi hesabına köçürülərək universitetə ödənilməsi variantında isə universitet tərəfindən hüquqi məsələlər yarandığı bildirilir. Çünki tələbənin Avstraliya vizası üçün təqdim etdiyi sənədlərdə təhsilhaqqının müvafiq qurumlar tərəfindən ödəniləcəyi göstərilib.

Onun sözlərinə görə, Melburn Universitetindən artıq dördüncü xəbərdarlıq daxil olub. Universitet tərəfindən bildirilib ki, oktyabr ayının ilk həftəsinə qədər ikinci semestr üzrə ödəniş həyata keçirilməsə, onun təhsili ilə bağlı sanksiya tətbiq oluna bilər.

Məsələ ilə bağlı Azərbaycan Kinematoqrafçılar İttifaqından (AKİ) sorğumuza cavab olaraq bildirilib ki, Afaq Yusiflinin təhsilhaqqının ödənilməməsi ilə bağlı məsələ sırf texniki xarakter daşıyır və müvəqqətidir:

“Problem AKİ-nin sədrliyinə sentyabrın 11-də keçiriləcək seçki konfransından sonra həllini tapacaq. Onu da qeyd edək ki, AKİ həmişə gənc kinematoqrafçılara dəstək olub, bundan sonra da onların inkişafına dəstək xətti davam edəcək. Ona görə  sosial mediada Afaq Yusifliyə AKİ-nin dəstək olmayacağı məsələsi ilə bağlı yayılmış fikirlər əsassızdır”. 

Lamiyə Məmmədova 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 03 Sentyabr 2026 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın enerji obyektlərinə dronlarla zərbə endirildi VİDEO

13 Sentyabr 2026 09:27see368

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see361

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see356

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see349

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see343

Kravçenko: Ukrayna iqtisadiyyatına dəyən ziyan 2026 cı ildə 10 milyard dollar təşkil edəcək

13 Sentyabr 2026 04:10see299

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see273

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see269

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see260

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see255

Bu gün SOCAR ın yaranma günüdür

13 Sentyabr 2026 12:24see238

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see234

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see234

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see228

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see227

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see217

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see215

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see203

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see199

Bədəndə çoxlu xalınız varsa, buna diqqət edin!

13 Sentyabr 2026 02:01see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri