Icma.az
close
up
RU
Avstraliyalı deputatlar fransızların yolunu gedirlər

Avstraliyalı deputatlar fransızların yolunu gedirlər

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın vaxtilə Ermənistan tərəfindən işğal edilmiş ərazilərində 32 il mövcud olmuş, varlığına ordumuzun Zəfər yürüşü nəticəsində 2023-cü ildə son qoyulmuş separatçı xunta rejiminin “qlavar”larının cinayət işi üzrə ittiham aktının 2024-cü il dekabrın 16-da baş prokuror tərəfindən təsdiq edilərək baxılması üçün aiddiyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilməsi erməni lobbisinin ölkəmizə qarşı təzyiqlərinin yeni dalğasının başlanmasına rəvac verib. Dünyanın hər yerində, əsasən Qərb ölkələrində özlərinə “yuva salmış” ermənilərin pulla ələ aldıqları parlament üzvləri bu istiqamətdə xüsusi canfəşanlıq edirlər. Demək olar ki, hər gün hansısa Qərb ölkəsinin qanunverici orqanında Azərbaycanla bağlı bədnam təşəbbüslər irəli sürülür.

Qərəzli yanaşmanın əks olunduğu, məsələlərə subyektiv, birtərəfli qaydada yanaşıldığı bu qətnamələrin az qala birinin mürəkkəbi qurumamış digəri hazırlanaraq müzakirəyə çıxarılır. Əlbəttə, Azərbaycan cəmiyyəti bu kağız parçalarının ölkəmizə qarşı xeyli müddətdir, ələlxüsus, 44 günlük Vətən müharibəsindən və lokal xarakterli antiterror tədbirlərindən sonra geniş vüsət almış iftira və böhtan kampaniyasının ayrılmaz tərkib hissəsi olduğuna qətiyyən şübhə etmir. Avropa Parlamentinin dekabrın 19-da qəbul etdiyi qərəzli qətnaməsinə Milli Məclisin elə həmin gün yayımlanan münasibətində bildirildiyi kimi, xüsusən süni şəkildə yaradılmış bütün əngəlləri dəf edərək, iqlim dəyişmələri ilə mübarizədə dünya ictimaiyyətinin səylərini birləşdirməyə nail olan ölkəmizin əldə etdiyi uğurlar fonunda bu kampaniyanın müxtəlif “elementlər”lə zənginləşdirilərək daha da genişləndiriləcəyi gözlənilən idi. Bu mənada, azərbaycanofob, türkofob və islamofob qüvvələrin cəmləşdiyi Avropa Parlamenti də bu kampaniyaya mütləq öz “töhfəsini” verməli idi. Qəbul edilmiş qətnamənin nə dərəcədə qərəzli olduğunu anlamaq üçün təkcə belə bir faktı qeyd etmək lazımdır ki, ölkəmizin ərazisində insanlıq əleyhinə cinayət törətməkdə təqsirləndirilən keçmiş separatçı rejimin nümayəndələri və terrorçular bu sənəddə “erməni hərbi əsirlər” kimi təqdim olunur.

Avroparlamentarilərin “haray”ına bugünlərdə uzaq Avstraliyadan olan iki deputat “yetişib”. Onlardan biri Maykl Sukkar, digəri Pol Fletçerdir. M.Sukkar bir neçə gün öncə Azərbaycanın Avstraliyadakı müvəqqəti işlər vəkili Vaqif Cəfərova müraciət edərək keçmiş xunta rejiminin sayca üçüncü “qlavarı”, ona ən uzun müddətə (2007–2020-ci illərdə–S.H.) başçılıq etmiş Bako Saakyanı dərhal (?) azad etməyə çağırıb. O, məktubunda səfirliyi Saakyanın zamini kimi çıxış etmək niyyəti barədə məlumatlandırıb və “Artsaxın keçmiş prezidenti” adlandırdığı cinayətkarın fiziki və psixi vəziyyəti ilə bağlı aylıq hesabatlar verməyə çağırıb: “Mənim Saakyanın zamini olmaq istəyim erməni “siyasi məhbuslar”ın vəkillərinin, xüsusən də Cared Qenserin yaydığı hesabatlarla bağlıdır. Cənab Qenser BMT-nin xüsusi məruzəçisinə “dəhşətli işgəncə və qeyri-insani rəftar” halları barədə məlumat verib”.

M.Sukkarın bu əməli Avstraliyada yaşayıb fəaliyyət göstərən hayların sevincinə səbəb olub. Avstraliya erməni milli komitəsinin icraçı direktoru Mikael Kolokosyan deputat M.Sukkara B.Saakyanın siyasi zamini olmaq istəyinə görə dərin minnətdarlığını bildirib, “ədalət uğrunda mübarizədə” belə təbliğatın vacibliyini vurğulayıb.

Avstraliya parlamentinin daha bir üzvü Pol Fletçer isə Bakını vaxtilə özünü qondarma rejimin “parlament sədri” kimi qələmə verən hərbi cinayətkar David İşxanyanı “dərhal azad etməyə” çağırıb. Avstraliyalıların seçmiş olduğu nümayəndə seçiciləri qarşısındakı öhdəliyini unudaraq, çağırışını 2019-cu ilin sentyabrında İşxanyanla Avstraliya parlamentində keçirdiyi görüşdən “məmnun qalması” faktı ilə əsaslandırıb. Deyib ki, bu səbəbdən İşxanyanın Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanması onu xüsusi narahat edir. Eyni zamanda, Fletçer çağırışında “Avstraliya Azərbaycanı izləyir” kimi əndrabadi cümlə işlədib.

Qeyd edək ki, Avstraliya parlamenti iki palatadan – Nümayəndələr Palatası və Senatdan ibarətdir. Maykl Sukkar Nümayəndələr Palatasında 2013-cü ilin sentyabrından bəri Viktoriya ştatının dairələrindən birini təmsil edir. O, Liberal Partiyanın üzvüdür. Eyni zamanda, Sukkar müxtəlif vaxtlarda maliyyə nazirinin müavini və mənzil inşaatı naziri vəzifələrində çalışıb. Pol Fletçer də Liberal Partiyanın üzvüdür. O, parlamentdə 2009-cu ildən bəri Yeni Cənubi Uels ştatını təmsil edir. 2015–2022-ci illərdə əvvəlki hökumətlərdə nazir vəzifəsini də tutub. Hər iki şəxsin keçmişi ilə bağlı kiçik araşdırma apardıqda onların bundan əvvəl də ermənilərə lobbiçilik etdikləri, daha doğrusu, onlardan pul alaraq sözlərini çatdırdıqları aydın olur. Məsələn, bu iki şəxsin bilavasitə təşəbbüsü ilə 2019-cu ilin avqustunda Avstraliyada “Artsaxla dostluq cəmiyyəti”nin yaradıldığı elan olunub.

Cəmiyyətə digər şəxslərlə yanaşı, federal parlamentin deputatları və senatorları, nazirlər də daxil idi. Onun işində Fletçerin qanunverici orqanda təmsil etdiyi Yeni Cənubi Uels ştatının baş naziri, ştat parlamentinin yuxarı və aşağı palatalarının sədrləri xüsusi fəallıq göstərirdilər. Məhz həmin ilin avqustunda İşxanyan Avstraliyaya səfər edib, baxmayaraq ki, Fletçer tarixi qarışdırır və beş il əvvəlin sentyabr ayından danışır. Üstəlik, həmin il iyulun 30-da federal parlamentdə İşxanyanla birgə getmiş Qarabağ separatçıları üçün rəsmi qəbul təşkil olunub. Yeri gəlmişkən, 2019-cu ilin elə iyul ayında Sidneyin kənarında yerləşən Rayd şəhəri ilə erməni cinayətkarların “Stepanakert” adlandırdıqları tarixi Azərbaycan şəhəri Xankəndi arasında dostluq münasibətlərinin qurulduğu bəyan edilib.

Burada belə bir sual yaranır: Avstraliyanın bəzi deputatları Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edəndə, hərbi cinayətkarları öz vətənlərində yüksək qonaqpərvərliklə qarşılayanda beynəlxalq hüququn norma və prinsiplərini pozduqlarını heç düşünürdülərmi? Əlbəttə, sual ritorikdir və cavab aydındır. Qərb dövlətlərini təmsil edən şəxslər Azərbaycanla bağlı hər bir məsələyə ikili standartlar çərçivəsində yanaşırlar. Bu hadisə də onlardan biridir.

Avstraliyalı deputatların hərəkəti onların fransız həmkarlarının əməllərini yada salır. Həmin əməllərin nədən ibarət olduğunu isə Prezident İlham Əliyev dekabrın 17-də “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibəsində aydın izah edib: “...İkinci Qarabağ müharibəsi başlananda onlar açıq şəkildə işğalçıların tərəfini tutdular. Bu, ilk belə siqnal idi ki, münasibətlərimizdə heç də hər şey qaydasında deyil. Lakin onların tərəfindən verilən siqnal idi. Sonra onlar bu nəticələri hər halda qəbul etməyə məcbur oldular, amma bununla yanaşı, əllərindən gələni etdilər ki, prosesə zərər versinlər. Bu yaxınlarda Baş nazir vəzifəsindən qovulmuş cənab Barnye hələ 2020-ci ildə fransız siyasətçisi qismində Qarabağa qanunsuz şəkildə səfər etmişdi. Yəni bütün bu müdaxilə cəhdləri ona gətirib çıxardı ki, münasibətlərimiz, sadəcə, böhran həddinə çatdı, sonradan daha da pisləşdi. 2023-cü ilin sentyabrından sonra onlar beş dəfə bu məsələni Təhlükəsizlik Şurasına daşımağa cəhd etdilər və beş dəfə də uğursuzluğa düçar oldular. Bizi dəstəkləyən ölkələrin sayı onlara həmin məsələni hətta iclasın gündəliyinə salmağa da imkan vermədi. Sonra onlar başqa yolla getdilər, – necə deyərlər, biz başqa yolla Avropa İttifaqına gedirik, – Azərbaycana qarşı sanksiyalara cəhd etdilər. Nəyə görə? Ona görə ki, biz öz suverenliyimizi bərpa etmişik? Burada da uğursuzluğa düçar oldular. Bizə qarşı kinləri, necə deyərlər, daha çox artdıqdan sonra isə onlar indi bizi nüfuzdan salmaq üçün bütün metodlardan istifadə edirlər”.

Yaxşı olar ki, M.Sukkar, P.Fletçer, eləcə də onların timsalında digər deputatlar Azərbaycanla bağlı hətərən-pətərən danışmaqdansa, Avstraliya xalqının ölkənin aborigen xalqlarının təmsilçilərinin ştatların parlamentində tamhüquqlu deputat kimi təmsil olunmalarına dair etdikləri çoxsaylı çağırışlara reaksiya versinlər. Yeri gəlmişkən, qeyd edək ki, Avstraliya Statistika Bürosunun 2023-cü ildə açıqladığı məlumata görə, 2021-ci ildə yerli avstraliyalıların bu hüququnun həyata keçirilməsinə dair referendumda ölkə əhalisinin 40 faizdən çoxu müsbət fikir bildirib. Aborigenlər hazırda Avstraliyanın bütün əhalisinin 4 faizdən azını təşkil edir və onlar insan inkişafı indeksi üzrə çox yüksək yerdə qərarlaşmış bu ölkənin ən yoxsul vətəndaşlarıdır. Lakin, görünür, avstraliyalı deputatlar üçün ştatların yerli sakinlərinin taleyi eynicinsli şəxslərin nikahlarının qanuniləşdirilməsindən (bu, 2017-ci ildə baş verib–S.H.) və ya Qarabağdakı hərbi cinayətkarların həbsi və ədalət mühakiməsi önünə çıxarılmalarından daha az əhəmiyyət daşıyır.

Mövzu üzrə XQ-nin sualını cavablandıran politoloq Yeganə Hacıyevanın sözlərinə görə, Avstraliya Cənubi Qafqazdan o qədər uzaqdadır ki, orada yaşayanlar, o cümlədən avstraliyalı siyasətçilər, deputatlar proseslərin necə olmasından tam xəbərsizdirlər: “Avstraliyada bir sıra şəxslər var ki, onlar erməni diasporu ilə yaxın olmaları, ermənilərə lobbiçilik etmələri səbəbindən belə absurd açıqlamalar verirlər. Bu cür məsuliyyətsiz açıqlamalar Qərb dünyasında siyasətin necə səriştəsiz insanlar tərəfindən aparıldığını bir daha sübut edir. Onların çağırışları ilk növbədə hüquqa hörmətsizlikdir. Saxlanılan şəxslər ölkəmizin daxili qanunvericiliyi, eləcə də beynəlxalq hüquq, BMT konvensiyaları tərəfindən cinayət kimi təsnif edilən əməllərdə ittiham olunurlar. Həmin şəxslər toplanmış mötəbər sübutlar əsasında ümumilikdə 2548 epizod üzrə törədilən cinayətlərdə ittham olunurlar. Bu cinayətlərə sülh və bəşəriyyət əleyhinə törədilən əmələr, soyqırımı, terrorçuluğun dəstəklənməsi, maliyyələşdirilməsi, ekologiyanın məhv edilməsi kimi ağır cinayətlər daxildir. Onların bir çağırışla azadlığa buraxılacaqlarına inanmaq absurddur. Amma bu absurdluq Qərb siyasətinin simasıdır”.

Y.Hacıyeva bildirdi ki, bu cür çağırışlar, eyni zamanda, ölkəmizin məhkəmə-hüquq sisteminə hörmətsizlikdir: “Onlar bununla ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsiplərindən xəbərsiz olduqlarını ortaya qoyurlar. Yəni məramının nə olmasından asılı olmayaraq, belə çağırışlar etmək bütün hallarda səriştəsizlikdən irəli gəlir və qəbulolunmazdır”.

Səxavət HƏMİD 
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Dekabr 2024 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransa 2026 cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

13 Aprel 2025 17:12see147

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see145

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see138

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see135

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see132

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see129

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see127

Azər Bağırov 0:0 ı belə şərh etdi

13 Aprel 2025 20:54see126

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see123

Bakı və İrəvan bizə arxalana bilər Tiflis

13 Aprel 2025 19:06see121

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see119

Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək

15 Aprel 2025 05:18see118

Həkim rusların hansı kateqoriyasına Pasxa üçün yalnız bir yumurta yeyə biləcəyini söylədi

14 Aprel 2025 13:20see117

Yeniyetmə İlham Əliyev Çayka avtomobili ilə

13 Aprel 2025 21:03see117

Suriya təhlükəsizlik qüvvələri SDF ilə koordinasiyada Hələbdə yerləşməyə başlayıb

13 Aprel 2025 21:21see115

Ağdərəyə növbəti köç karvanı yola salınıb (Yenilənib)

14 Aprel 2025 08:53see114

Laçına enən ilk təyyarə bu ölkəyə məxsus olub

13 Aprel 2025 19:48see113

Ən çətin xəstəliklərdən biri olan Borderline şəxsiyyət pozğunluğunun əlamətlərini bilirsinizmi?

15 Aprel 2025 00:22see108

Neft bazarında narahatlıq yaradan dalğalanma: Bu, Azərbaycan üçün hansı nəticələr doğura bilər?

14 Aprel 2025 04:52see108

Rusiyanın ən çox miqrant uşaqların yaşadığı 3 regionun adı çəkilib

13 Aprel 2025 22:56see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri