Luka Dancelo: “Mezzotero çox yetkin futbolçudur”
Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İtaliyanın “Sampdoriya” klubunun baş məşqçisi Luka Dancelo Azərbaycan millisinin hücumçusu Lorenzo Mezzoteronun çıxışını yüksək qiymətləndirib.
İdman.Biz xəbər verir ki, italiyalı mütəxəssis “Kremoneze” ilə qarşılaşmadan əvvəl keçirilən mətbuat konfransında 18 yaşlı futbolçunun inkişafından danışıb.
“Mezzotero xüsusilə işə münasibəti ilə özünü yaxşı göstərir. Bu yolla davam etməlidir. Davranış və peşəkarlıq baxımından çox yetkin futbolçudur”, - deyə Dancelo bildirib.
Bununla yanaşı, baş məşqçi hücumçunun bir çox istiqamətdə təkmilləşməli olduğunu vurğulayıb. O, Mezzoteronun indiki kimi çalışmağa davam etməsinin vacibliyini qeyd edib.
Dancelo komandanın uğurlu çıxışının davamı üçün məşqlərdə görülən işin əhəmiyyətinə də toxunub. Mütəxəssisin sözlərinə görə, həftə ərzində keyfiyyətli hazırlıq keçmək oyun günü futbolçuların işini asanlaşdırır.
Qeyd edək ki, Mezzotero B Seriyasında son üç qarşılaşmada dörd qol vurub. “Virtus Entella” və “Benevento” ilə oyunlarda fərqlənən hücumçu “Padova”ya qarşı görüşdə dubl edib.
“Sampdoriya” növbəti matçını bu gün B Seriyasının 14-cü turunda doğma meydanda “Kremoneze”yə qarşı keçirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 29 Noyabr 2026 00:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















