Gmail üçün yeni dövr başladı İstifadəçilər e poçt ünvanını dəyişə biləcək
Lent az saytına istinadən Icma.az xəbər verir.
Uzun müddətdir davam edən sərt qaydaları ilə tanınan “Google”, istifadəçilərini təəccübləndirəcək inqilabi bir addım atmağa hazırlaşır.
Lent.az xəbər verir ki, “Outlook” və “Proton Mail” kimi rəqiblərindən fərqli olaraq, “Gmail” istifadəçilərinə mövcud e-poçt ünvanlarını dəyişdirməyə icazə verməyən qaydaları pozmaq niyyətindədir.
Bu yaxınlarda sızdırılan rəsmi dəstək sənədlərinə görə, istifadəçilər artıq mövcud "gmail.com" ünvanlarını tamamilə yeni bir adla yeniləyə biləcəklər.
Sızdırılan sənədlərdəki detallara görə, istifadəçilərə ünvanlarını cəmi üç dəfə, hər 12 ayda bir dəyişdirmək hüququ veriləcək. Ən diqqət çəkən məqam odur ki, köhnə ünvanlar itirilməyəcək; istifadəçilər həm köhnə, həm də yeni ünvanlarına eyni qutuda göndərilən e-poçtları görməyə davam edəcəklər.
Bu, xüsusilə peşəkar həyatlarında adlarını dəyişdirənlər və ya gənclik illərində aldıqları e-poçt ünvanlarından qurtulmaq istəyənlər üçün böyük rahatlıq təqdim edir.
Lakin bu inkişafın qaranlıq tərəfi də var. Kibertəhlükəsizlik üzrə mütəxəssislər bu cür böyük sistem dəyişikliklərinin fırıldaqçılar üçün qızıl bir fürsət yaratması barədə ciddi xəbərdarlıqlar edirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 27 Dekabr 2025 04:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















