Icma.az
close
up
RU
Avtobus sürücüləri alkotestdən keçirlərmi? SORĞU

Avtobus sürücüləri alkotestdən keçirlərmi? SORĞU

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İctimai nəqliyyatda sərnişinlərin təhlükəsizliyinin təmin olunması, mənzil başına sağ-salamat çatması ilk növbədə sükan arxasında əyləşən sürücülərin peşəkarlığı, eyni zamanda sağlamlığı ilə bağlıdır.

Bakıvaxtı.az xəbər verir ki, onların hər iş gününə başlamazdan öncə tibbi baxışdan keçməsi zəruri hesab olunur.

Bu məsələ ilə bağlı nəqliyyat şirkətlərinə bir sıra tələblər qoyulsa da, onların icrası barədə müəyyən suallar yaranır.

Bütün qarajlarda avtobus sürücülərinin hər gün alkoqol testindən keçməsi üçün tibbi məntəqələrin yaradılması vacib məsələlərdən biridir.

Bakıvaxtı.azmövcud vəziyyəti öyrənmək üçün bir neçə daşıyıcı şirkətlə əlaqə saxlayaraq sorğu keçirib:

“Xaliq Faiqoğlu” şirkətinin Mətbuat xidmətindən saytımıza bildirilib ki, şirkətə məxsus olan 3 avtobus parkının hər birində həkim məntəqələri mövcuddur:

“Şirkətimizin istismarına olan marşrut xətlərinin hər bir sürücüsü işə başlama saatından asılı olmayaraq həkim müayinəsindən keçirilir. Bu məqsədlə həkim məntəqələri yaradılıb və sürücülər işə çıxmazdan əvvəl müayinə olunurlar, eləcə də onlar alkotestdən keçirilirlər”.

“Kral Transport” MMC-dən Bakıvaxtı.az-a məlumat verilib ki, bütün sürücülər alkotesterlər vasitəsilə müayinə olunurlar.

Qeyd olunub ki, bu məqsədlə şirkət tibb mərkəzlərinin biriylə müqavilə bağlayıb və əməkdaşlar işə çıxmazdan əvvəl ixtisaslaşmış həkim tərəfindən müayinə olunurlar.

"Çinar Trans" MMC-dən də qeyd olunub ki, sürücülər işə çıxmazdan öncə mütləq alkaqol testindən keçirlər.

Tural Orucov: AYNA-nın mətbuat katibi

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov isə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirib ki, müntəzəm marşrut xətti üzrə avtobusları idarə edən sürücülər həmin nəqliyyat vasitəsinin aid olduğu daşıyıcı tərəfindən işə qəbul olunur.

T.Orucovun sözlərinə görə, onlarla əmək münasibətlərinin tənzimlənməsi, eləcə də hər hansı bir tənbeh tədbirinin görülməsi daşıyıcının səlahiyyətinə aid məsələdir.

"Qanunvericiliyin tələblərinə əsasən müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan daşıyıcı istifadəsində olan bütün nəqliyyat vasitələrinin reysqabağı texniki yoxlamadan, onların sürücülərinin isə reysqabağı tibbi müayinədən keçirilməsini təmin etməlidir",- deyə qurum rəsmisi söyləyib.

Mina Mikayılova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 08 Aprel 2025 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see718

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see352

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see321

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see287

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see284

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see273

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see262

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see259

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see243

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see226

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see226

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see222

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see222

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see219

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see207

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see206

Türkiyədə serial böhranı: Bir bölümün qiyməti milyonları aşdı, aktyorların qazancı kəsilir

07 Noyabr 2026 19:30see191

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see190

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri