Icma.az
close
up
RU
Avtobus sürücüsü “Lənkəran Sərnişin“ ASC sədrindən şikayətçidir FOTO

Avtobus sürücüsü “Lənkəran Sərnişin“ ASC sədrindən şikayətçidir FOTO

Tribuna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Lənkəran rayonun Göyşaban kənd sakini İbayev Əli Satulla oğlu “Lənkəran Sərnişin“ ASC-nin sədri İlqar İbrahimov tərəfindən aldadıldığını bildirir.

Əli İbayevin mediaya etdiyi müraciətdə deyilir ki, İlqar İbrahimov tərəfindən aldadıldığı üçün 6 min manat ziyana düşüb. Belə ki, vətəndaş işləmək üçün ASC-yə müraciət etdikdə, sədr İlqar İbrahimov ona xarab bir avtobusu göstərərək deyir ki, bu maşını təmir edib marşrutda işə başlasın və bu zaman ona dəstək veriləcəyini də bildirib. ASC sədrinin sözlərinə inanan Əli İbayev avtobusun əsaslı təmirinə 6 min manat xərcləyir. Daha sonra Əli İbayev Lənkəran-Liman marşrut xəttində işə başlayır. Qeyri-rəsmi şərtə görə, Əli İbayev gündəlik plan, yəni 42 manat ödəyib. Razılaşmaya əsasən sürücüyə aylıq 280 manat da maaş verilib:

“Hər maaşdan sədr üçün 14 manat götürülürdü. Bir müddətdən sonra İlqar İbrahimov məni yanına çağıraraq gündəlik plandan əlavə 10 manat verməyimi istədi. Bunun hansı səbəbdən verməli olduğunu soruşanda məni xəttə buraxmayacağını dedi. Ona 6 min manat xərc çəkdiyimi xatırladanda isə bildirdi ki, avtobusa vurduğum rəngi qaşı apar deməklə yanaşı nə iş görduyumu soruşaraq lağ-lağı cavab verdi. Və mənim işə buraxılmamağımı tapşırdı. Məndən sonra bu idarədə “qanun mənəm, bir sözumu iki eləyəni işdən qovaram, heç kəs də mənə heç nə edə bilməz“ deyib. Mənə maşını təmir elətdirəndə demişdi ki, “avtobus müəssisənindi, onu təmir elə, biz də səni nəzərə alarıq“. Plan zamanı daha az verərsən deyə söz vermişdi. Amma planda nəinki məni nəzərə almadı, hələ gündəlik 10 manat da əlavə istədi. Bunu vermədim deyə, məni işə buraxmadı. Sonra isə mənim güya işə gəlməməyimi əsaslanıb xidməti uyğunsuzluqla işdən çıxaracağını, bunu etməməyi üçün ərizəmlə işdən çıxmağımı istəyərək, təmirə qoyduğum pulu qaytaracağını dedi. Ərizəmi yazandan sonra “sənə heç nə vermirəm, nə edə bilirsən elə, mənə heç kəs heç nə bilməz dedi“. İlqar İbrahimov burada imperiya qurub, onun xəbəri olmadan orada “quş“ da uça bilməz. Bütün vəzifələrə də yaxınlarını təyin edib“.

Şikayətçi daha sonra “Lənkəran Sərnişin“ ASC-də əmək hüquqlarının pozulması faktlarından və  müəssisənin gəlirlərinin əksər hissəsinin rəsmiləşdirilmədiyi barədə məlumat verir…

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

aztoday.org

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 10 Mart 2025 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see234

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see220

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see202

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see195

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see188

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see187

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see184

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see174

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see172

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see169

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see159

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see157

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see151

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see150

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri