Icma.az
close
up
RU
Avtobus və taksi sürücüləri hər gün tibbi yoxlanışdan keçməlidir Bəs qərara əməl olunur?

Avtobus və taksi sürücüləri hər gün tibbi yoxlanışdan keçməlidir Bəs qərara əməl olunur?

Icma.az, Avtosfer saytına istinadən bildirir.

İctimai nəqliyyatda sürücülərin davranışı, sağlamlığı həmişə müzakirə mövzusudur. Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin reysqabağı texniki vəziyyətinin yoxlanılması və sürücülərin tibbi müayinəsi Nazirlər Kabinetinin qərarı ilə tənzimlənir. Belə ki, daşıyıcı şirkətlər avtonəqliyyat vasitələrinin texniki durumunu reysqabağı yoxlamalı, sürücüləri isə tibbi müayinədən keçirməlidirlər. Bu yoxlamanın məqsədi reysə çıxmazdan əvvəl sürücülərin sağlamlıq vəziyyətinin tibbi norma və tələblərə müvafiq olmasını, insanların həyat və sağlamlığının qorunmasını təmin etməkdir. Reysqabağı tibbi müayinə zamanı sürücülərin anamnezi toplanmalı, bədən temperaturu ölçülməli, nəbzi sayılmalı və nəfəsvermə havasında alkoqolun olmaması təyin edilməlidir.

Bəs bu qaydaya hər gün riayət olunurmu? Digər rayonlarda və şəhərətrafı qəsəbələrdə bu necə yoxlanılır?

Avtosfer.az-ın məlumatına görə, məsələ ilə bağlı “Bizim.Media”ya Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, daşıyıcı şirkətlər həm avtomobillərin, həm də onları idarə edənlərin yoxlanışını həyata keçirməlidirlər:

“Qanunvericiliyin tələblərinə əsasən, müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan daşıyıcı istifadəsində olan bütün nəqliyyat vasitələrinin reysqabağı texniki yoxlamadan, onların sürücülərinin isə reysqabağı tibbi müayinədən keçirilməsini təmin etməlidir”.

“BakuBus” MMC-dən isə sorğumuza cavab olaraq bildirilib ki, ictimai nəqliyyatda əsas təhlükəsizlik şərtlərindən biri məhz sürücülərin reysqabağı tibbi müayinədən keçirilməsidir:

“BakuBus MMC-də sürücülərin tibbi müayinədən keçirilməsi ciddi nəzarət altında və müvafiq prasedurlara uyğun şəkildə həyata keçirilir. Sürücülərin reysqabagi tibbi müayinəsi Nazirlər Kabinetinin 2009-cu il 24 aprel tarixli 71 nömrəli qərarı ilə təsdiq edilmiş qaydaları ilə tənzimlənir. Qaydaların tələblərinə əsasən, reysqabağı tibbi müayinə zamanı sürücülərin anamnezi toplanmalı, bədən temperaturu ölçülməli, nəbzi sayılmalı və nəfəsvermə havasında alkoqolun olmaması təyin edilməlidir.

BakuBus-ın tabeliyində fəaliyyət göstərən depoların hər birində tibb məntəqəsi faəliyyət göstərir.

Məntəqələr ilkin tibbi yardım ləvəzimatları və müasir standartlara uyğun cihazlarla təmin olunub. İkinci növbə fəaliyyət göstərən sürücülər paytaxtın  müxtəlif ərazilərində mövcud olan BakuBus-a aid  39 tibb məntəqəsində yoxlanışdan keçir və onlar həkim rəyi əsasında nəqliyyat vasitəsinin idarə edilməsinə buraxılırlar. Sağlamlıq vəziyyəti tibbi tələblərə uyğun olmayan sürücülər nəqliyyat vasitəsinin idarə edilməsinə buraxılmırlar.

Bundan əlavə, sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə BakuBus-ın bütün avtobusları tibbi yardım çantası ilə təchiz edilib. Hər bir sürücü bu tibbi çantadan düzgün istifadə etmək və hadisə zamanı sərnişinlərə ilkin tibbi yardım göstərmək üçün mütəmadi olaraq xüsusi təlimlərə cəlb olunur”.

O da bildirilib ki, sürücülər həm də işə qəbul olanda tibbi müayinədən keçirlər:

“Sürücülərin  Bakubus-da işə qəbul olunmazdan öncə  tibbi yoxlanışı Səhiyyə Nazirliyinin Kollegiyasının 13 dekabr 2012 ci il tarixli 46 nomrəli  “işçilərin icbari tibbi müayinələrin keçirilməsi tələb olunan işlərin siyahisinin” nəzərdə tutulmuş  qaydalarına  uyğun olaraq aparılır. Tibbi yoxlanışdan praktiki sağlam olaraq dəyərləndirilən sürücülər BakuBus-da işə qəbul olunurlar. Bundan əlavə, hər bir sürücü ildə bir dəfə tam kompleks yoxlamadan keçir”.

Qurumdan qeyd edilib ki, qərara uyğun olaraq həm də avtobusların texniki vəziyyəti yoxlanılır:

“Xidmət keyfiyyəti BakuBus-ın  əsas fəaliyyət prioritetidir. Xidmət keyfiyyətinin əsas komponentləri  müasir qaraj ərazisində təmin edilir. Belə ki, avtobuslar marşrut xəttindən qayıdıb qaraja daxil olduqdan sonra daxili reqlamentə uyğun prosedurlardan qrafik üzrə keçirlər.

İlk növbədə mexaniklər tərəfindən avtobuslar sürücüdən texniki baxış əsasında təhvil alınır. Texniki baxış əsasında müəyyən edilmiş nasaz avtobuslar qarajın təmir mərkəzinə yönəldilir və orda professional ustalar tərəfindən təmir edildikdən sonra xəttə buraxılır.

Saz avtobuslar isə qaraj daxili digər prosedurlardan keçirlər. Bunlar, növbəti iş günü xəttə çıxmaq üçün yanacaq dolumu, avtobusların daxili və xarici təmizliyidir. Bu proseslərdən keçdikdən sonra avtobuslar onlar üçün ayrılmış yerlərə qaraj daxili sürücülər tərəfindən park edilir və səhər reysqabağı tibbi müayinədən keçən sürücülə mexaniklər tərəfindən təhvil verilir.

Bu proses hər gün istisnasız olaraq bütün avtobuslarımız üçün həyata keçirilir. Bundan əlavə, istehsalçı reqlamentlərinə uyğun olaraq avtobuslar dövrü olaraq texniki baxışdan keçirlər. Bütün bu proseslər ciddi nəzarət altında həyata keçirilir və müvafiq daxili sənədlərlə müşayiət edilir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 15 Aprel 2025 20:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see214

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see193

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see163

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see158

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see147

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see142

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see132

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri