Avtobus zolağından istifadə edilə bildiyi halda sürücü sola keçərək təhlükə yaratdı VİDEO
Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Paytaxtın Ziya Bünyadov prospektində qayda pozan sürücü avtomobilin videoregistratoruna düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə dekabrın 14-də saat 11:25 radələrində qeydə alınıb. Kadrlardan aydın olur ki, ara küçədən çıxan 99-LK-638 dövlət nömrə nişanlı “Chevrolet” markalı avtomobilin sürücüsü hərəkətdə olan nəqliyyat vasitəsinə məhəl qoymadan birbaşa sol zolağa daxil olur. Nəticədə həmin zolaqda hərəkət edən avtomobil üçün qəza şəraiti yaranır. Xoşbəxtlikdən videonu qeydə alan sürücü vaxtında reaksiya verərək dayanıb və təhlükənin qarşısını alıb.
Qeyd edək ki, belə halların baş verməməsi üçün sürücülər manevr etməzdən əvvəl yolu diqqətlə müşahidə etməli, daxil olacaqları zolağın boş olduğuna əmin olmalıdırlar.
Şirvanda “VAZ” əvvəl “BMW”yə, sonra ağaca çırpıldı - VİDEO
Digər tərəfdən, prospektdə yerləşdirilmiş məlumatlandırıcı lövhədə göstərilir ki, hadisənin baş verdiyi vaxt aralığında sürücülər avtobus zolağından istifadə edə bilərlər. Bu baxımdan qayda pozan sürücü təhlükəli manevr etmək əvəzinə həmin zolaqla hərəkət edə bilərdi.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 17 Dekabr 2025 14:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















