Icma.az
close
up
RU
Avtobusda qocalara yer verməyin Maraqlı araşdırma

Avtobusda qocalara yer verməyin Maraqlı araşdırma

Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.


İctimai nəqliyyatda yaşlı insanların ayaq üstə getməsi, ilk baxışdan narahatlıq kimi görünsə də, sağlamlıq baxımından əhəmiyyətli faydalar verə bilər.
Yeniavaz.com
xəbər verir ki, son illərdə aparılan bir sıra elmi araşdırmalar qısa müddətli, lakin müntəzəm fiziki aktivliyin yaşlı orqanizm üçün olduqca vacib olduğunu ortaya çıxarıb. Avtobus və ya metroda oturmadan ayaq üstə durmaq da bu cür “mikrohərəkət”lərə aiddir və tibb mütəxəssisləri bunu bəzən "passiv idman" adlandırırlar.
Avropa ölkələrində yaşlı əhalinin həyat keyfiyyətinin yaxşılaşdırılması ilə bağlı aparılan tədqiqatlar göstərir ki, gündəlik həyatın tərkib hissəsi olan bəzi fiziki aktivlik yaşlı insanların həm fiziki, həm də psixoloji sağlamlığına müsbət təsir edir. Bu fiziki aktivlikdən biri də ictimai nəqliyyatda yaşlıların ayaq üstə hərəkət etməsidir. İlk baxışdan narahat görünən bu vəziyyət əslində elmi cəhətdən faydalı hesab olunur.
Avropa Yaşlanma və Fəal Həyat Mərkəzi (AGE Platform Europe) tərəfindən yayımlanan hesabata əsasən, yaşlı insanların oturaq həyat tərzi onların sağlamlığına ciddi şəkildə mənfi təsir edir. Bu təşkilat bildirir ki, hərəkətsizlik yaşlılarda əzələ zəifləməsi, qan dövranının pozulması, osteoporoz, şəkər və ürək-damar xəstəlikləri riskini artırır. Halbuki, gündəlik nəqliyyatda qısa müddətli ayaq üstə durmaq və hərəkətə uyğun balansı saxlamağa çalışmaq kimi sadə fəaliyyətlər belə risklərin azalmasına xidmət edə bilər.
İsveçli tibb elmləri doktoru və tanınmış gerontoloq Anna K. Lundqvist də bu fikirlə razıdır. O bildirir ki, ayaq üstə durmaq bəzən yaşlı orqanizm üçün bir növ təbii məşq kimidir: “Bu, xüsusilə gündəlik həyatın tərkibində olan, əlavə səy tələb etməyən yüngül yüklənmələr zamanı baş verir. Amma bu məşq könüllü və nəzarətli şəkildə olmalıdır”. Lundqvistin fikrincə, ictimai nəqliyyat vasitələrində hərəkət zamanı ayaq üstə qalmaq yaşlı insanların bədən mövqeyinə nəzarət etmə qabiliyyətini artırır, tarazlığı qoruma mexanizmlərini fəallaşdırır və bu, yıxılma riskini azaldır.
Britaniya Geriatriya Cəmiyyətinin bu istiqamətdə yayımladığı tövsiyələrdə deyilir ki, yaşlıların hər gün ən azı 30 dəqiqə orta səviyyəli fiziki aktivliklə məşğul olması vacibdir. Buraya yerimək, pilləkən çıxmaq və hətta sabit olmayan (ictimiai nəqliyyat –red.) səthlər üzərində ayaqda durmaq da daxildir. Cəmiyyət qeyd edir ki, belə fiziki yüklənmələr insanın reflekslərini və əzələ yaddaşını aktiv saxlayır, bu isə yaşlandıqca azalan motor funksiyaların qorunması baxımından olduqca mühümdür.
Ayaq üstə dayanmaq, fiziki faydaları ilə yanaşı, yaşlı insanın psixoloji rifahına da müsbət təsir edir. Mütəxəssislər bildirirlər ki, yaşlı şəxsin oturmadan, öz gücü ilə tarazlıq saxlaması, ona özünü daha az asılı, daha aktiv və ictimai cəhətdən dəyərli hiss etdirir. Bu da depressiya riskini azaldır və sosiallaşmanı təşviq edir.
Lakin həkimlər və tədqiqatçılar bu halların məcburiyyətə çevrilməməsini tövsiyə edirlər. Əgər yaşlı şəxsin sağlamlıq vəziyyəti zəifdirsə, müvazinət problemi və ya ortopedik narahatlıqları varsa, ona mütləq şəkildə oturacaq təklif edilməlidir. Amma sağlam və özünü yaxşı hiss edən bir şəxsin qısa məsafə üçün ayaq üstə qalması sağlamlığı üçün faydalı ola bilər.
Murad Məmmədov
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 20 İyun 2025 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see342

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see334

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see328

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see268

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see265

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see249

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see244

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see236

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see228

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see226

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see223

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see221

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see220

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see216

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see208

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see204

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see200

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see189

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see188

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri