Icma.az
close
up
RU
Avtobuslara minən sərnişinlər artıb, şəxsi maşınlarla gediş azalıb RƏSMİ

Avtobuslara minən sərnişinlər artıb, şəxsi maşınlarla gediş azalıb RƏSMİ

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Ölkədə avtobuslardan istifadə edən sərnişinlərin sayı artıb. Belə ki, 2025-ci ilin yanvar-iyun aylarında avtobuslarla 861 milyondan çox sərnişin daşınıb. Bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 52 milyon 554 min nəfər çoxdur. 2025-ci ildə Bakıda ictimai nəqliyyatın payı 5,5 faiz artıb. Əgər 2023-cü ildə gedişlərin yarısı şəxsi avtomobil və taksilərlə həyata keçirilirdisə (48,4 faiz) və burada ictimai nəqliyyatın payı 28,4 faiz təşkil edirdisə, 2025-ci ilin ilk 5 ayı ərzində şəxsi avtomobil və taksilərlə həyata keçirilən gedişlərin sayı 41,8%-ə qədər azalıb. Bu müddət ərzində ictimai nəqliyyatın payı 33,9%-ə qədər artıb. 

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, ictimai nəqliyyatın daha da optimallaşdırılması, marşrut şəbəkəsinin genişləndirilməsi və infrastrukturun təkmilləşdirilməsi, o cümlədən qovşaqların yaradılması və avtobus dayanacaqlarının tikintisi səmərəsini verməkdədir. Avtobuslar üçün ayrılmış zolaqların uzunluğunun artırılması həlledici rol oynayır.

Qurumdan verilən məlumata görə, hazırda 40-a yaxın küçə və prospektdə ümumilikdə 112 kilometrdən çox avtobus zolağı çəkilib. Hər gün paytaxt və ətraf ərazilərdə bu zolaqlarla hərəkət edən avtobuslarla 1 milyona yaxın sərnişin daşınır.  Bakı şəhərində avtobuslar üçün ayrılmış zolaqlar üzrə orta sürət artıb, şəhərin bir sıra ərazilərində gediş vaxtı 12-22 dəqiqəyə qədər qısalıb.

Əlavə olaraq qeyd edilib ki, ötən il, COP29 ərəfəsində ölkəyə 160 elektrikli avtobus gətirilib. Hazırda dövlətin təşəbbüsünü dəstəkləyən özəl nəqliyyat şirkətləri tərəfindən ekoloji cəhətdən təmiz texnologiyalardan - elektrik enerjisi və ya sıxılmış təbii qazdan (CNG) istifadə edən müasir avtobusların ölkəyə gətirilməsi davam etdirilir. 2025-ci ilin əvvəlindən paytaxt marşrutlarına 50-yə yaxın yeni avtobus gətirilərək istismara verilib. Avqust-sentyabr aylarında nəqliyyat şirkətləri tərəfindən Bakıya ekoloji cəhətdən təmiz və komfortlu daha 200 avtobus gətiriləcək. Bu, paytaxtda avtobus sayının orta müddətli hədəfə – 2800-ə çatdırılmasını daha da yaxınlaşdıracaq. Hazırda Bakıda müntəzəm marşrut xətlərində rekord sayda – 2200-dən çox avtobus istifadə olunur. 

"Azərbaycan yeni iqtisadi modelə uyğun olaraq ölkə ərazisində avtobusların istehsalını nəzərdə tutan layihənin icrasına başlayıb. Yaxın zamanlarda ölkədə Çin şirkəti ilə birlikdə avtobus istehsal edən zavod işə salınacaq",- AYNA-dan bildirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:57
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 Avqust 2025 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri