Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Avtolizinq, yoxsa kredit Hansı sərfəlidir?

Avtolizinq, yoxsa kredit Hansı sərfəlidir?

Metbuat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Avtomobil almağı planlaşdıran şəxslərin qarşısında duran əsas suallardan biri də maliyyələşdirmə üsulunun seçimidir. Bu mərhələdə adətən iki əsas variant nəzərdən keçirilir: lizinq və ya bank krediti vasitəsilə avtomobil əldə etmək. Hər iki yanaşmanın öz üstünlükləri və çatışmazlıqları mövcuddur. Bəs hansı daha sərfəlidir?

Bank məsələləri üzrə ekspert Emin Kərimov Metbuat.az-a açıqlamasında bildirib ki, avtokredit və avtolizinq kreditin növləri olmaqla ümumi mənada avtomobillərin və digər nəqliyyat vasitələrinin uzun müddətə borca götürülməsidir:

“Avtokreditdə siz banka müraciət edib avtomobil seçirsiniz, 20 faizdən başlayan ilkin ödənişi ödəyərək avtomobili əldə edirsiniz və 5 illik müddətə kredit rəsmiləşdirilir. Avtomobil sizin adınıza keçirilir, texniki pasportda da adınız qeyd olunur. Kredit müddətində avtomobil bankda girovda qalır, krediti tam bağladıqdan sonra girovdan azad olunur və tam olaraq mülkiyyətinizə keçir. İlkin ödəniş bəzi hallarda 15 faizə qədər endirilə bilər. Avtokreditlər əsasən şəxsi istifadə üçün minik avtomobillərinə tətbiq olunur, faiz dərəcəsi isə istehlak kreditlərindən aşağı olur”.

Ekspert lizinqdə vəziyyətin bir qədər fərqli olduğunu söyləyib:

“Lizinqlər adətən biznes subyektləri və biznes təyinatlı nəqliyyat vasitələri - taksi avtomobilləri, yük maşınları, avtobuslar üçün nəzərdə tutulur. Əgər avtokredit şəxsi məqsədlər üçün verilirsə, lizinq biznes məqsədləri üçün tətbiq olunur. Lizinqdə avtomobilin mülkiyyəti şirkətin balansında qalır, sizə isə etibarnamə əsasında istifadə hüququ verilir. Müddət sonunda ödəniş tam başa çatdıqda avtomobil texniki pasportdan şirkətin adından çıxarılaraq sizin mülkiyyətinizə keçirilir. Lizinqlə avtokreditin əsas fərqi ondan ibarətdir ki, avtokreditlər şəxsi məqsədlər üçün minik avtomobillərinin alınmasına verilir, lizinq isə əsasən biznes fəaliyyəti və təsərrüfat məqsədləri üçün nəzərdə tutulur. Lizinq, əslində əsas vəsaitlərin – avadanlıqların və nəqliyyat vasitələrinin icarəyə verilməsi formasında həyata keçirilir. Burada ilkin ödəniş və illik faiz dərəcələri daha aşağı olur. Bu da ondan irəli gəlir ki, lizinq yolu ilə verilən nəqliyyat vasitələri və avadanlıqlar daha iri qabaritli, baha və konkret biznes məqsədlərinə yönəldilmiş olur. Məsələn, yol tikintisi üçün ekskavator, traktor, kənd təsərrüfatı üçün kombayn, iri yük maşınları – “Kamaz”, “Şaqman” və s. lizinq vasitəsilə əldə olunur. Bu cür nəqliyyat vasitələri və texnika biznesin inkişafına dəstək verdiyinə görə şirkətlər tərəfindən daha əlverişli şərtlərlə təqdim edilir”.

E.Kərimov qeyd edib ki, lizinqin üstünlüklərindən biri də onun daha uzun müddətə, bəzi hallarda 10 ilə qədər verilməsidir. Kreditlər isə əsasən 36 aydan 60 aya qədər təklif olunur. Hazırkı bazar şəraitində kreditlər, xüsusilə də bank olmayan təşkilatlar tərəfindən 36 aya qədər verilir:

"Mərkəzi Bankın qərarı ilə avtokreditlər məhdudlaşdırılıb və hazırda əsasən avtolizinq formasında rəsmiləşdirilir. Əsasən hibrid və elektrik avtomobillərinə avtokredit verilir, buna görə də lizinq bazarı daha geniş inkişaf edib. Avtokredit götürmək istəyən şəxslərin əksəriyyəti, xüsusilə taksi fəaliyyəti ilə məşğul olanlar, tələbatlarını lizinq vasitəsilə ödəyirlər. Avtokreditdə avtomobil birbaşa sizin adınıza keçir və istənilən vaxt satıla və ya yenisi ilə əvəz edilə bilər. Lizinqdə isə avtomobil şirkətin adına olduğu üçün yalnız onun razılığı ilə satılır və satış zamanı öhdəliyin ötürülməsi prosesi həyata keçirilir, əlavə komissiya tutulur”.

Sevinc İbrahimzadə / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 09 Sentyabr 2025 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see909

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see500

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see356

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see322

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see296

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see292

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see278

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see267

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see266

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see259

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see251

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see248

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see246

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see235

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see230

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see228

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see228

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see206

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see198

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri