Icma.az
close
up
RU
Avtomobil nömrələrini addan ada keçirmək mümkün olmayacaq? KONKRET

Avtomobil nömrələrini addan ada keçirmək mümkün olmayacaq? KONKRET

Icma.az bildirir, Konkret.az portalına istinadən.

Son illər Azərbaycanda xüsusi seçilən avtomobil nömrələrinin alqı-satqısı geniş yayılıb. Bəzi hallarda sürücülər avtomobili deyil, məhz dövlət qeydiyyat nişanını ayrıca satmağa çalışırlar. Lakin son vaxtlar bu məsələdə qaydaların sərtləşdirildiyi, nömrələrin artıq addan-ada ayrıca keçirilməsinin mümkün olmadığı bildirilir.

Bəs qanunvericilik bu barədə nə deyir, praktikada proses necə tənzimlənir?

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Pravda.az-a açıqlama verən nəqliyyat mütəxəssisi Azər Quliyev prosesi belə izah edib: “Qanunla bir avtomobilə bir nömrə nəzərdə tutulub. Bəzən avtomobil satılır, üzərində də bahalı nömrəsi olur, amma şəxs nömrəni satmaq istəmir və düşünür ki, başqa avtomobili alaraq onun üzərinə yerləşdirəcək. Bu zaman satılan avtomobil başqasının adına qeydiyyat olur, ona yeni nömrə təyin olunur. Ancaq bahalı nömrə üçün bildirirlər ki, çox saxlaya bilmirik, avtomobil üzərində qeydiyyatdan keçirmək lazımdır. Həmin avtomobil orada olmalıdır ki, nömrə həmin avtomobilin üzərinə bağlansın. Qanunda nömrəni “bron” etmək yoxdur. Praktikada isə şəxsə 2-3 il müddət verirlər ki, şikayət olmasın. Müəyyən müddət ərzində başqa avtomobil üzrə qeydiyyat aparılmazsa, dövlət o nömrəni satışa çıxarır. Nömrə şəxsin özünə verilmir, bu, qanunla cinayətkarlığa yol aça bilər. Avtomobil varsa, üzərinə keçirmək olar. Qanunla dövlət nömrəni satışa çıxarsa, sürücü nəisə deyə bilməz ki, mənim nömrəmi niyə satışa çıxardın. Nömrəyə etiraz yoxdursa, əvvəlki sahibinin istəyi ilə avtomobillə birgə də satıla bilər. Əvvəlki sahibi nömrəyə etiraz edərsə, nömrə satılmır, avtomobil tək satılır, o nömrəni də başqa avtomobil üzrə qeydiyyatdan keçirilir. Bəzən yazırlar ki, bahalı nömrə satılır, harada olduğu soruşulduqda isə deyilir ki, nömrə yol polisində “bron” edilib. Qanunda nömrəni saxlatmaq yoxdur. Maşın satılıb, nömrə qalıb, sahibi isə satılmasını istəyir. Belə hallar müşahidə edilsə də, qeyri-leqal hərəkət hesab edilir”.

Hüquqşunas Afaq Əliyeva qeyd edib ki, qanunvericiliyə görə dövlət nömrəsini avtomobildən ayrı şəkildə sərbəst satmaq mümkün deyil: “Dövlət qeydiyyat nişanı (dövlət nömrəsi) mülki dövriyyənin müstəqil obyekti hesab olunmur. O, nəqliyyat vasitəsinə bağlıdır və səlahiyyətli orqan (DİN) tərəfindən dövlət qeydiyyatı çərçivəsində verilir. Yəni klassik mənada nömrə üzərində ayrıca “mülkiyyət hüququ” mövcud deyil. Nömrə ya avtomobillə birlikdə ötürülür, ya da ciddi qaydalar çərçivəsində istifadə olunur. Praktikada müəyyən dolayısı yollar mövcuddur, lakin onlar qanunla qorunmur və risklidir. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatı qaydalarına əsasən qeydiyyat nişanı konkret avtomobilə təhkim olunur, avtomobil özgəninkiləşdirildikdə (satıldıqda) nömrə, bir qayda olaraq, onunla birlikdə verilir. Yalnız nömrənin avtomobilsiz başqa şəxsin adına keçirilməsi nəzərdə tutulmur. Başqa sözlə, avtomobili nəzərə almadan yalnız nömrənin satılması və ya “keçirilməsi” qanunla açıq şəkildə yol verilən hal deyil”.

Hüquqşünas onu da əlavə edib ki, praktikada müəyyən istisnalar mövcuddur: “Avtomobil satılarkən nömrənin əvvəlki sahibdə saxlanılması (sonradan onun digər avtomobilinə quraşdırılması) – əgər bu, qeydiyyat prosedurları ilə icazə verilirsə, xüsusi nömrələrin rəsmi prosedurlar (hərraclar, artırılmış dövlət rüsumları və s.) vasitəsilə əldə edilməsi… Lakin bu, fiziki şəxslər arasında nömrələrin sərbəst alqı-satqısı demək deyil. Faktiki olaraq qeyri-rəsmi hallara da rast gəlinir. Tərəflər nömrəni “ötürmək” üçün formal (saxta) avtomobil satışı rəsmiləşdirirlər və ya üçüncü şəxslər vasitəsilə razılaşırlar. Lakin bu cür hərəkətlər “boz zona”ya daxildir və qeydiyyat qaydalarına zidd ola bilər. Belə əməliyyatların hüquqi təminatı yoxdur”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:241
embedMənbə:https://konkret.az
archiveBu xəbər 30 Aprel 2026 09:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri