Icma.az
close
up
RU
Avtomobil saxlamaq bahalaşır Sürücülərin xərcləri artır

Avtomobil saxlamaq bahalaşır Sürücülərin xərcləri artır

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Azərbaycanda avtomobil sahibi olmaq təkcə nəqliyyat vasitəsi almaqla bitmir. Yanacağın qiyməti, ehtiyat hissələrinin bahalaşması, texniki xidmət, sığorta, parklanma və digər xərclər avtomobil sahiblərinin büdcəsinə ciddi təsir göstərir. Xüsusilə gündəlik avtomobildən istifadə edənlər üçün bu xərclər getdikcə daha böyük maliyyə yükünə çevrilir.

Bəs Azərbaycanda avtomobil saxlamaq əvvəlki illərlə müqayisədə nə dərəcədə bahalaşıb? Ən çox bahalaşan xərc hansıdır?

Nəqliyyat eksperti Elməddin Muradlı mövzu ilə bağlı Bakıvaxtı.az-a danışarkən bildirib ki, avtomobil saxlamağın Azərbaycanda və ümumilikdə dünyada çətin, həmçinin ciddi xərc və diqqət tələb edən proses olduğunu bildirib.

Onun sözlərinə görə, avtomobil almaqla bütün işlər bitmir, əksinə, əsas xərclər bundan sonra başlayır. Bəzi sürücülər avtomobilə lazımi qaydada qulluq etməsələr də, məsuliyyətli şəxslər nəqliyyat vasitəsini daim saz vəziyyətdə saxlamaq üçün müəyyən addımlar atır, texniki xidmət və digər prosedurları həyata keçirirlər.

"Avtomobil sahibinin məsuliyyəti onun idarə etdiyi nəqliyyat vasitəsinin texniki vəziyyətinə diqqət yetirməsindən başlayır. İnsan öz həyatını etibar etdiyi avtomobilin saz vəziyyətdə olmasına da nəzarət etməlidir. Bu isə gündəlik xərclərin artması deməkdir".

E.Muradlı bildirib ki, yanacağın qiyməti məlumdur, bununla yanaşı, ehtiyat hissələri, mühərrik yağı və usta xidmətləri də getdikcə bahalaşır. Onun sözlərinə görə, hazırda heç bir xərc əvvəlki səviyyəsində qalmır, hər şeyin qiyməti artır:

"Avtomobil sahiblərinin xərclərinə pullu yollar, parklanma xidmətləri və müxtəlif cərimələr də daxildir. Son dövrlərdə yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq olunan cərimələrdə də dəyişikliklər olub və bir sıra yeni cərimələr qüvvəyə minib".

Elməddin Muradlı​​​​: "Avtomobil almaqla bütün işlər bitmir"

O, sürücülərin peşəkarlığı və yol hərəkəti qaydalarını bilməsi məsələsinə də toxunub:

"Diqqətsizlik və qaydaların pozulması səbəbindən cərimələnən sürücülərin sayı az deyil. Bəzi hallarda sürücülər qaydalara diqqət yetirsələr və onları yaxşı bilsələr, əlavə cərimələrdən yayına bilərlər. Bu baxımdan, yola çıxmazdan əvvəl hərəkət qaydalarını mümkün qədər yaxşı öyrənmək vacibdir".

E.Muradlının sözlərinə görə, sadalanan xərclər avtomobil sahiblərinin büdcəsinə əlavə yük yaradır və insanlarda narazılığa səbəb olur. Ekspert son dövrlərdə bəzi vətəndaşların şəxsi avtomobildən imtina edərək ictimai nəqliyyata üstünlük verməsinə də diqqət çəkib. Onun fikrincə, bu, həmin şəxslərin büdcələrinə qənaət etməyə çalışması ilə bağlıdır və təqdirəlayiq haldır.

Günəş Mərd 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 13 Noyabr 2026 10:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri