Avtomobili köhnə şinlərlə sürməyin təhlükələri
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Köhnə şinlər avtomobilin əyləc məsafəsini artırır".
Oxu.Az "Zarulyom"a istinadən xəbər verir ki, bunu Rusiyanın "Fit Service" avtomobil xidmətinin rəhbəri Nikolay Poqulyayev qeyd edib.
O izah edib ki, protektorun dərinliyi kritik dərəcədə az olduqda yol səthi ilə təmas pisləşir.
Poqulyayevin sözlərinə görə, yaş asfaltda 1-2 mm dərinlik fərqi əyləc məsafəsinə bir neçə metr əlavə edə bilər.
O qeyd edib ki, aşağı protektorlu şinlər suyu daha pis xaric edir. Quru yolda belə, köhnə şinlər qeyri-sabitlik deməkdir. Məsələn, əgər onlarda şiş və ya çatlar kimi zədələr varsa, çuxura düşəndə şin partlaya bilər.
Poqulyayev yeni şinlərin alınmasında qənaət etməməyi və orta qiymət seqmentində keyfiyyətli şinlər almağı tövsiyə edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 07 Aprel 2025 05:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















