Icma.az
close
up
RU
Avtomobili qarlı havaya necə hazırlayaq?

Avtomobili qarlı havaya necə hazırlayaq?

Metbuat saytından alınan məlumata görə, Icma.az bildirir.

Hazırda hava şəraiti qarlı və şaxtalıdır. Belə havalarda avtomobil idarə edənlər üçün müəyyən çətinliklər yaranır. Sürücülər yolun sürüşkən olmasını, görünüş məsafəsinin azalmasını və avtomobilin idarəolunma xüsusiyyətlərinin dəyişməsini nəzərə almalıdırlar. Şaxtalı hava şəraitində təhlükəsizliyi təmin etmək üçün ehtiyatlı olmaq, düzgün təkərlərdən istifadə etmək və qəfil manevrlərdən çəkinmək vacibdir. Bəs avtomobil idarə edənlər nələrə diqqət yetirməlidirlər?

Mövzu ilə əlaqədar avtomobil ustası Sahil Ağabəyli Metbuat.az-a açıqlamasında bildirib ki, naşı sürücülər qarlı və buzlu havalarda avtomobillərini mümkün qədər idarə etməməlidirlər. Çünki təcrübəsiz sürücülər hələ qarlı havada sürmək üçün kifayət qədər bacarıq əldə etməyiblər:

“Halbuki qarlı havada avtomobil idarə etmək xüsusi təcrübə tələb edir. Əsasən, qarlı havalarda hərəkət üçün ən uyğun avtomobillər mühərrikin yanacaq növündən – elektrik, dizel və ya benzin olmasından asılı olmayaraq, mexaniki sürətlər qutusu olan nəqliyyat vasitələridir. Çünki mexaniki sürətlər qutusunda sürücü avtomobili daha yaxşı idarə edə bilər və təhlükəli vəziyyətdə qəzadan çıxmaq üçün daha rahat manevr edə bilər. Avtomatik sürətlər qutusu isə adı üstündə - “avtomatik” işlədiyi üçün belə çevikliyi təmin etmir.

Mexaniki sürətlər qutusu ilə hərəkət edən avtomobillər sürücüyə daha çox nəzarət imkanı verərək istədiyi ünvana xətasız və problemsiz çatmağa kömək edir. Amma məcburiyyət qarşısında avtomatik sürət qutusuna malik avtomobil sürənlər çox ehtiyatlı olmalıdırlar. Belə sürücülər qarlı havada tiptronik rejimdən istifadə edərək avtomobili əl ilə idarə etməyə çalışmalıdırlar”.

Usta belə havalarda təkərlərin vəziyyəti nin vacibliyini də vurğulayıb:

“Qış şəraitində köhnə və yeyilmiş təkərlərlə yola çıxmaq yolverilməzdir. Dövlət Yol Polisi tərəfindən də təsdiq edildiyi kimi, qış təkərləri olmayan avtomobillər yolda təhlükə yarada bilər. Amma qış təkəri yoxdursa, yeni və yumşaq rezindən hazırlanmış təkərlər də müəyyən qədər yol tutuşunu yaxşılaşdıra bilər, çünki onlar buz və qarın sıxılmasını daha yaxşı təmin edir. Şüşə silgilərinin fırçalarına donmayan maddə vurmaq və şüşə suyunun qış üçün nəzərdə tutulmuş donmayan məhlul olmasına diqqət etmək lazımdır. Əks halda, səhər avtomobilinizin şüşələri donmuş ola bilər və bu, ciddi təhlükə yaradar. Bundan əlavə, əl əyləcindən bacardıqca istifadə etməmək tövsiyə olunur. Çünki -2°C və ya -3°C şaxtada əl əyləcini çəkdiyiniz zaman onun mexanizmi içəridə donub qala bilər. Nəticədə, avtomobil hərəkət etməyəcək və problemi həll etmək üçün usta çağırmaq lazım gələcək”.

S.Ağabəylıi qeyd edib ki, qarlı havalarda avtomobilin qapı rezinləri, açar dəliyi, şüşə silgiləri və hətta dövlət nömrə nişanı xüsusi spreylərlə işlənməlidir ki, donma problemi yaranmasın:

“Soyuq havalarda -2°C, -3°C, -5°C və daha aşağı temperaturda mühərriki işə salmazdan əvvəl ən azı 2-3 dəqiqə yerində işlətmək mütləqdir, xüsusilə də dizel mühərrikli avtomobillər üçün. Bu qaydaya əməl edilməzsə, avtomobili yerindən tərpətmək çətin ola bilər. Bütün bu məqamlara diqqət etsəniz, qarlı havalarda avtomobilinizin təhlükəsiz və problemsiz işləməsini təmin edə bilərsiniz”.

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:273
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 21 Fevral 2025 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see365

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see351

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see275

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see265

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see255

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see244

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see237

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see236

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see231

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see223

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see221

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see212

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see211

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see190

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see188

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see185

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see177

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see173

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri