Avtomobilini dəfn elədi; 1500 adam gələn mərasimə 8 min manat xərclədi FOTO VİDEO
Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
Hindistanda bir ailə 12 il istifadə etdikləri “Suzuki Wagon R” markalı avtomobil üçün təntənəli dəfn mərasimi keçirib.
Avtosfer.az xarici KİV-ə istinadən xəbər verir ki, avtomobilin sahibi Sanjay Poların nəqliyyat vasitəsinin ailəsinə firavanlıq və hörmət qazandırdığını bildirib. O əlavə edib ki, maşına olan minnətdarlığını bildirmək üçün onu satmaq yerinə “son mənzil”ə yola salmağa qərar verib.
Dəfn mərasiminə dəvətnamə ilə 2000 nəfər çağırılsa da, 1500 nəfər iştirak edib.
Çiçəklər, lentlər və yaşıl örtüklə bəzədilən nəqliyyat vasitəsi 4.5 metr dərinliyindəki çuxura qoyularaq basdırılıb.
Bildirilir ki, dəfn mərasimi avtomobil sahibinə 3,666 funt sterlinqə (8 min manat) başa gəlib.
S.Polar, basdırılan nəqliyyat vasitəsinin gələcəkdə arxeoloji qazıntılar zamanı tapılacağını və bunu görənlərin təəccüblənəcəklərini söyləyib.
Namiq Musayev
Baxış sayı:111
Bu xəbər 13 Noyabr 2024 22:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















