Icma.az
close
up
RU
Avtoqəzaya düşən şəxslərə ilkin yardımı düzgün göstərməmək hüquqi məsuliyyət yaradır?

Avtoqəzaya düşən şəxslərə ilkin yardımı düzgün göstərməmək hüquqi məsuliyyət yaradır?

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Ölkə ərazisində baş verən yol-nəqliyyat hadisələri zamanı xəsarət alan şəxslərə ətrafdakı insanların ilkin yardım göstərmə bacarıqları çox zaman kifayət qədər deyil.

Oxu.Az xəbər verir ki, sürücülük vəsiqəsinin verilməsi üçün keçirilən imtahanda bu məsələ ilə bağlı suallar mövcud olsa da, qəza baş verdikdən sonra fərqli mənzərələrə rast gəlirik: köməyi bəzən tək sürücülər deyil, ətrafda olan, ilkin yardımdan məlumatsız digər şəxslər göstərir, bəzən özləri də bilmədən xəsarət alan şəxsin vəziyyətinin daha da ağırlaşmasına səbəb ola bilirlər.

Məsələn, aprelin 23-də Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlara hadisə şahidi olan şəxslərin yardım etməsini əks etdirən görüntüləri izlədikdə ortaya belə bir sual çıxır - avtoqəzada ağır xəsarət alan şəxslərə necə düzgün yardım göstərilməlidir?

Əgər ilkin tibbi yardımdan xəbərsiz insanların xəsarət alana kömək etmək məqsədilə yardım etmək istəyi daha ağır fəsadların yaranmasına səbəb olarsa, bunun hər hansı hüquqi məsuliyyəti varmı?

Məsələyə aydınlıq gətirən hüquqşünas Emil Aslanov Oxu.Az-a açıqlamasında bildirib ki, yol-nəqliyyat hadisələri zamanı xəsarət alana yardım edən şəxsin hüquqi məsuliyyət daşıyıb-daşımaması bir neçə amildən asılı ola bilər.

"Xəsarət alan şəxsə yardım üçün edilən cəhdlərə görə vətəndaşın birbaşa məsuliyyət daşıması məsələsi bizim qanunvericilikdə yoxdur. Əksinə, qanunvericiliyimizə əsasən, hansısa çətin vəziyyətdə olan şəxsi köməksiz vəziyyətdə qoymanın özü məsuliyyətə səbəb ola bilər. Yəni sənin yanında kimsə can verirsə, çətin vəziyyətdədirsə, sən ona bacardığın köməyi etməlisən.

Təbii ki, maşının içində sıxılmış vəziyyətdə qalan birinin dartıb əlini-qolunu sındırmaq olmaz və mentalitetimizə uyğun olaraq, yəqin ki, həmin şəxs şikayət də etməz, çünki niyyətin başqadır - onun həyatını xilas etmək, ona yardım etmək fikrindəsən. Amma doğrudan da, heç nə yox idisə, sən özün ehtiyatsızlıqla dartıb onun əlini-qolunu qırırsansa, yaxud əlavə xəsarət almasına səbəb olursansa və həmin şəxs şikayət verərsə, bu zaman məsuliyyət yarana bilər".

"Yol hərəkəti haqqında" Qanunun (YHQ) 37-ci maddəsinin 4-cü bəndində mexaniki nəqliyyat vasitələrinin sürücülərinin yol-nəqliyyat hadisəsi zamanı üzərinə düşən vəzifələr göstərilir. Burada da qeyd edilir ki, sürücü zərərçəkənlərə ilkin tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, təcili tibbi yardım maşını çağırmalı, zərərçəkən həyatı üçün təhlükəli xəsarət aldığı hallarda isə onu getdiyi səmt üzrə olan nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibb məntəqəsinə göndərməli, bu mümkün olmadıqda isə özünün nəqliyyat vasitəsi ilə aparmalıdır.

Sadələşdirsək, hər hansı bir şəxs yaxşı niyyətlə çətin vəziyyətdə olan şəxsin həyatını xilas etmək və ya xəsarəti azaltmaq məqsədilə təcili vəziyyətdə kömək edirsə və bu zaman bilmədən zərərverici bir hərəkətə yol verərsə, bu halda onun cinayət və ya mülki məsuliyyətə cəlb olunması üçün əsas olmur", - deyə hüquqşünas bildirib.

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Rəsul Cəfərov Oxu.Az-a açıqlamasında bildirib ki, ağır yol-nəqliyyat hadisələri zamanı vətəndaş ilk olaraq FHN-in "112" qaynar telefon xəttinə zəng vurmalı, xilasedicilər gələnədək, şəraitə uyğun olaraq, zərərçəkmişi tərpətməməli, onu həyatda saxlamağa (ilk yardım müdaxiləsi) çalışmalıdır.

"Xilasedicilər hadisə yerinə gəldikdən sonra isə kənar şəxslər hadisə baş vermiş ərazini tərk etməlidirlər. Xilasedicilər tərəfindən hadisə yerində təhlükəsizlik tədbirləri görülərək qəzanın vəziyyəti araşdırılır. Ərazi təhlükəsizlik lenti ilə çəpərlənir, paramedik tərəfindən zərərçəkmişə ilk yardım müdaxiləsi olunur və eyni zamanda, avtomobil tərpənməz vəziyyətə gətirilir. Zərərçəkmişin üzəri qoruyucu örtüklə örtüldükdən sonra xilasetmə əməliyyatlarına başlayır, avtonəqliyyat vasitəsinin kəsilmiş hissələri təyin olunmuş əraziyə daşınır. Xilasetmə əməliyyatının sonu olaraq zərərçəkmiş qəzaya uğramış avtomobildən çıxarılaraq xərək vasitəsilə təxliyə olunur", - deyə R.Cəfərov bildirib.

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Təcili yardım şöbəsinin müdiri Rəşad Bədəlov isə Oxu.Az-a açıqlamasında qeyd edib ki, ağır xəsarətlərin baş verdiyi hadisələr zamanı vətəndaş əvvəlcə özünün və ətrafdakıların təhlükəsizliyini təmin etməyə çalışmalıdır.

"Məsələn, maşın tüstüləyirsə və partlama təhlükəsi varsa, bu, fövqəladə hal hesab olunur. Riskləri düzgün qiymətləndirmək vacibdir. İlk olaraq tibbi yardıma və FHN-ə xəbər vermək lazımdır. Nəzərə almaq lazımdır ki, əgər həyatı təhlükə qarşısında deyilsə, zərərçəkəni yerindən tərpətmək olmaz.

Kənar şəxslər qəzaya düşən şəxsi maşından yalnız bu hallarda çıxara bilərlər: yanğın hadisəsi zamanı, partlayış riski olduğu zaman, avtomobil suda batmaq üzrədirsə və zərərçəkən nəfəs ala bilmirsə (məsələn, boğulursa və ya tənəffüs yolları bağlıdırsa).

Bir az da sadələşdirsəm, əgər müdaxilə etməsən, qəzaya düşən şəxs öləcəksə, et, bəlkə, sümüyünü sındırarsan, amma yaşayar. Yəni belə hallarda qanuni və tibbi baxımdan kömək etmək doğru və zəruridir. Amma bir çox məsələlər var ki, onları nəzərə almaq vacibdir. Məsələn, xəsarət alanın boynunu və onurğasını sabit saxlamaq, bədənini mümkün qədər bir xətt üzrə tərpətmək, nəfəs almırsa və ya nəbzi yoxdursa, süni tənəffüs və ya ürək masajı tətbiq etmək və sair", - R.Bədəlov deyib.

Əzizə İsmayılova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://oxu.az
archiveBu xəbər 25 Aprel 2025 09:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see281

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see176

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see176

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see163

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri