Icma.az
close
up
RU
Avtovağzalda avtobus qıtlığı yaşanır? Qiymət artımı ilə bağlı iddialara AGENTLİKDƏN CAVAB

Avtovağzalda avtobus qıtlığı yaşanır? Qiymət artımı ilə bağlı iddialara AGENTLİKDƏN CAVAB

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Novruz bayramı münasibətilə Bakı Beynəlxalq Avtovağzal Kompleksində sərnişin axını müşahidə olunub.

Oxu.Az xəbər verir ki, bayram istirahətindən istifadə edən çox sayda vətəndaş bölgələrə üz tutub. Ancaq avtobus azlığı problemi sərnişinlərin saatlarla avtovağzalda qalmalarına səbəb olub.

Həmçinin bəzi sürücülərin sərnişin tələbinin artmasından istifadə edərək qiymətləri artırdıqları bildirilir. Bu barədə sosial şəbəkələrdə videogörüntülər yayılıb.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq.

Agentlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, təqdim olunan videoda yer alan nəqliyyat vasitəsi Bakı-Göyçay reysini həyata keçirən avtobusdur. Bu reys üzrə bütün biletlər 10 gün əvvəl onlayn şəkildə satılıb və avtobus platformaya zamanında təqdim olunub.

Videoda əks olunan digər nəqliyyat vasitələri isə Bakı-İsmayıllı reysini həyata keçirən avtobuslardır.

Agentlikdən verilən məlumata görə, avtovağzaldakı avtobusların çıxışı perronlara görə zonalaşdırılıb və eyni istiqamətdə hərəkət edən avtobuslar müxtəlif platformalarda dayanır. Buna görə də, videodakı iddiaların həqiqəti əks etdirmədiyi qeyd olunub.

Qeyd edək ki, Novruz bayramı günlərində paytaxtdan bölgələrə ümumilikdə 28 000-ə yaxın sərnişin daşınıb. Bayram tələbatını qarşılamaq məqsədilə 19-20 mart tarixlərində əlavə olaraq 285 reys təşkil edilib.

Aygün Mirakif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://oxu.az
archiveBu xəbər 21 Mart 2025 21:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see192

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see189

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see172

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see163

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see161

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see158

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see155

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see153

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see151

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see143

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see143

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see140

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see139

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see135

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see134

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see133

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see132

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see129

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see126

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri