Icma.az
close
up
RU
AXCP üzvlərinin məhkəməsi: biri üzr istədi, digəri isə...

AXCP üzvlərinin məhkəməsi: biri üzr istədi, digəri isə...

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Dövlət əleyhinə çağırışlarda təqsirləndirilərək həbs olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Qaradağ rayon şöbəsinin sabiq sədri Zaur Əsgərov və Binəqədi şöbəsinin sabiq üzvü Gündüz Mirzəyevin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Rauf Malışov ittiham aktını elan edib.

İttihama görə, Zaur Əsgərov və Gündüz Mirzəyev Nizami rayonunda 8-ci kilometr bazarında işləyərkən tanış olublar. Onlar hazırda həmin ittihamla təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Elşən Kərimov və qeyriləri olan “Votsap”da yaradılmış “Azərbaycan Naminə Birlik” və “AXCP dostluq” adlı qruplarda Azərbaycan dövləti əleyhinə açıq çağırışlar edib, hakimiyyət ələ keçirmək barəsində fikirlər söyləyib və belə materiallar yaymaq barəsində razılaşıblar. İttihamda o da qeyd olunub ki, onlar dövlət və ölkə əleyhinə müxtəlif ifadələr, polisləri təhqir ediblər.

İttihama münasibət bildirən təqsirləndirilən Zaur Əsgərov özünü günahkar bilməyib, lakin işlətdiyi təhqirlərə görə üzr istəyib.

Gündüz Mirzəyev isə özünü təqsirli bilərək peşman olduğunu söyləyib.

Dövlət ittihamçısının suallarını cavablandıran Gündüz Mirzəyev bildirib ki, sosial vəziyyətinin ağırlığına görə belə addım atıb: “Hesab edirdim ki, hüquqlarımı bərpa edə biləcək tək partiya AXCP-dir. Peşmanam. Dövlət qarşısında üzr istəməyə də hazıram”.

Məhkəmədə ifadə verən Zaur Əsgərov da əsəbi olaraq həmin ifadələri işlətdiyini bildirib: “Mən o ifadələri işlətmişəm. Lakin dövlət və ya hakimiyyət əleyhinə heç bir çağırış etməmişəm. Mən hakimiyyətin ələ keçirilməsi dedikdə seçki yolu ilə nəzərdə tuturdum. Başqa niyyətim olmayıb”.

Şahid qismində ifadə verən Elşən Kərimov bildirib ki, Rusiya vətəndaşıdır, hazırda heç bir partiyanın üzvü deyil. O, təqsirləndirilən şəxsləri qiyabi tanıdığını deyib: “Mən onları “Azərbaycan Naminə Birlik” qrupundan tanıyıram. Həmin platformanı mən yaratmışdım. Məqsədim elə adından görünür. Mən əsla dövlətə qarşı olmamışam”.

Proses mayın 22-də davam etdiriləcək.

Qeyd edək ki, Zaur Əsgərov və Gündüz Mirzəyev martın 7-də saxlanılıblar. Onlara Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsiylə ittiham irəli sürülüb. İstinaq Baş Prokurorluğun İstintaq İdarəsində aparılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 15 May 2025 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri