İstanbulda aslan həyəcanı: Belqrad meşəsi giriş çıxışa bağlandı
Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İstanbulun Sarıyer rayonunda dişi aslanın axtarışı geniş təhlükəsizlik tədbirləri altında davam edir. Heyvanın tapılması üçün əraziyə jandarm komandoları da cəlb olunub.
Sherg.az xəbər verir ki, bu barədə “Anadolu”, DHA və İHA agentlikləri məlumat yayıb.
Məlumata görə, Uskumruköy məhəlləsində aslanın görüldüyü barədə daxil olan məlumatdan sonra axtarışlar intensivləşdirilib. Belqrad meşəsinə avtomobillərin və piyadaların giriş-çıxışı dayandırılıb. Aslanın olduğu ehtimal edilən meşəlik ərazi və yaxınlıqdakı villaların ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.
Axtarışlara jandarm, bələdiyyə, Fövqəladə Hallar İdarəsi və digər qurumların əməkdaşları, eləcə də dronlar cəlb olunub. Heyvanın diri tutulması hədəflənir.
Sarıyer bələdiyyəsinin sədri Mustafa Oktay Aksu bildirib ki, aslanın sahibinin kim olduğu və haradan qaçdığı hələ müəyyən edilməyib. Onun sözlərinə görə, axtarışlar Bahçeköy, Zekeriyaköy və Demirciköy istiqamətlərində beş ayrı nöqtədə aparılır.
Hadisə ilə bağlı İstanbul Baş Prokurorluğu da araşdırmaya başlayıb. Axtarışlar artıq 23-cü saatına daxil olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 23 Noyabr 2026 19:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















