Icma.az
close
up
RU
Ailələrin gəliri və yaşayış şəraiti rəqəmsal qeydiyyata alınır Səbəb nədir?

Ailələrin gəliri və yaşayış şəraiti rəqəmsal qeydiyyata alınır Səbəb nədir?

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

"İlk əvvəl qeyd edim ki, ev təsərrüfatlarının uçotunun aparılması dövlət idarəçiliyinin təkmilləşdirilməsi, sosial-iqtisadi planlaşdırmanın dəqiq qurulması və əhalinin real yaşayış şəraitinin öyrənilməsi baxımından olduqca əhəmiyyətlidir. Bu, sadəcə statistik məlumatların toplanması deyil, həm də dövlətin əhalinin ehtiyaclarını düzgün müəyyən etməsinə imkan verən idarəetmə mexanizmidir".  

Bu sözləri "Yeni Sabah"a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov deyib. O bildirib ki, ev təsərrüfatlarının uçotu həm beynəlxalq praktikada geniş yayılıb:

"Ev təsərrüfatlarının uçotu həm beynəlxalq praktikada geniş yayılıb, həm də vaxtilə Azərbaycanda aparılıb. İqtisadi proseslərin sürətlə inkişaf etdiyi müasir dövrdə bu uçotun aparılması bir sıra mühüm üstünlüklər verir. İlk növbədə, əhalinin sosial-iqtisadi vəziyyətini dəqiq müəyyənləşdirməyə imkan yaradır. Ailələrin tərkibi, məşğulluq vəziyyəti, gəlir mənbələri, mənzil şəraiti və sosial ehtiyacları barədə dolğun təsəvvür formalaşır. Nəticədə dövlət cəmiyyətdəki sosial-iqtisadi fərqləri daha dəqiq görür. Fərdi ev təsərrüfatı uçotu sosial siyasətin daha ünvanlı həyata keçirilməsi və dövlət büdcəsinin planlaşdırılmasının təkmilləşdirilməsi üçün də önəmlidir. Təsərrüfatların sayı, strukturu və ehtiyacları barədə dəqiq məlumatlar təhsil, səhiyyə, mənzil, kommunal xidmətlər və sosial müdafiə sahələrinə ayrılan vəsaitlərin səmərəli planlaşdırılmasına şərait yaradır. Məsələn, müəyyən yaşayış məntəqəsində uşaqların, yaşlıların və əmək qabiliyyətli əhalinin nisbətini bilməklə məktəb, bağça, tibb müəssisəsi və sosial xidmətlərə tələbatı əvvəlcədən proqnozlaşdırmaq mümkündür".  İnternetdən sifariş

Deputat əlavə edib ki, regional inkişafın düzgün planlaşdırılması da bu uçotun aparılması ilə öz həllini tapmalıdır:

"Regional inkişafın düzgün planlaşdırılması da bu uçotun aparılması ilə öz həllini tapmalıdır. Uçot sistemi şəhər və kəndlər, rayonlar və iqtisadi zonalar üzrə demoqrafik və sosial vəziyyətin müqayisəli təhlilinə imkan verir. Bu məlumatlar hansı ərazilərdə yeni sosial infrastrukturun yaradılmasına ehtiyac olduğunu, hansı yaşayış məntəqələrində əhalinin azalmasını və ya artmasını asanlıqla aşkarlamağa şərait yaradır. Eyni zamanda, məşğulluq imkanlarının genişləndirilməsi, kommunal və nəqliyyat xidmətlərinin yaxşılaşdırılması baxımından da vacibdir. Konkret qəsəbə və yaşayış məntəqələrində yaşayan insanların mövcud infrastrukturla bağlılığını üzə çıxarmaqla ehtiyacları müəyyənləşdirmək mümkündür. Həmçinin demoqrafik proseslərin — ailə tərkibindəki dəyişikliklərin, doğum və ölüm göstəricilərinin sosial strukturla əlaqəsinin, daxili miqrasiyanın, urbanizasiyanın və ailələrin üzv sayının izlənilməsi uzunmüddətli demoqrafik strategiya üçün dəyərli məlumat bazasıdır. Bundan əlavə, qeyri-formal məşğulluğun, qeydiyyatsız fəaliyyətin və statistikada tam əks olunmayan iqtisadi fəallığın müəyyənləşdirilməsində də rol oynaya bilər".  

A.Allahverənov vurğulayıb ki, uçotun "myGov" portalı üzərindən aparılması rəqəmsal dövlət idarəçiliyinin inkişafı üçün geniş imkanlar açır:

"Uçotun "myGov" portalı üzərindən aparılması rəqəmsal dövlət idarəçiliyinin inkişafı üçün geniş imkanlar açır. Müxtəlif dövlət qurumlarındakı məlumatların əlaqələndirilməsi və yenilənməsi təkrarlanan uçot prosedurlarını azaldır, məlumat mübadiləsini sürətləndirir və xidmətlərin keyfiyyətini yüksəldir. Müasir rəqəmsal texnologiyalar və platformalardan istifadə xüsusi diqqət mərkəzində saxlanılmalıdır. Müxtəlif indikatorlar üzrə toplanan məlumatların sonrakı mərhələdə süni intellekt vasitəsilə təhlili və proqnozlaşdırılması da mümkündür. Ölkəmizdə Böyük Qayıdış, sosial müdafiə və regionların inkişafı kimi istiqamətlərdə aparılan işlər fonunda ilkin məlumatların doğru toplanması bu strategiyaların daha təkmil icrasına imkan verəcək. Ümumilikdə, bu uçot dövlətin sosial-iqtisadi qərarlarının real göstəricilərə əsaslanmasını təmin edir, ehtiyac və riskləri dəqiq görməyə şərait yaradır və iqtisadi planlaşdırma ilə sosial siyasət arasında əlaqələndirici mexanizm rolunu oynayır.  

Nəhayət, toplanan məlumatların konfidensiallığı və məxfiliyi məsələsi önəmlidir. Dövlətin bu məsələyə xüsusi yanaşması var: bir tərəfdən məlumatların düzgün toplanıb sistemə işlənməsi, digər tərəfdən isə onların məxfiliyinin təmin olunması vacibdir. Müasir rəqəmsal texnologiyalar şəraitində təhlükəsizliyi ən yüksək səviyyədə təmin etmək imkanları mövcuddur və aidiyyəti qurumlar bu imkanlardan maksimum istifadə edəcəklər".  

Xatırladaq ki, noyabrın 23-dən 26-dək ev təsərrüfatlarının uçotunun elektron qaydada təşkilinə hazırlıq çərçivəsində Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, 14 iqtisadi zona üzrə yaşayış məntəqələrində qeydiyyat aparacaq şəxslər üçün təlimlərə başlanılıb. Təlimlərə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat, Kənd Təsərrüfatı nazirliklərinin və Dövlət Statistika Komitəsinin mütəxəssisləri təlimçi qismində cəlb olunub. Təlimlərdə yerli icra hakimiyyəti orqanlarının, aidiyyəti dövlət qurumlarının nümayəndələri və ev təsərrüfatlarının uçotunu aparacaq şəxslər olmaqla, ümumilikdə, 6 mindən çox şəxs iştirak edəcək.

Nazim Hacıyev


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:42
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 23 Noyabr 2026 19:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see451

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see341

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see332

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see319

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see289

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see288

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see284

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see273

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see271

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see270

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see268

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see266

Onkoloji vaksinlərin effektivliyini təsdiqləyən şərtlər...

21 Noyabr 2026 21:05see248

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see248

40 dərəcə hərarət, dərmanlar təsirsizdir Minlərlə insan yatağa düşdü!

21 Noyabr 2026 22:10see248

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see221

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see214

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see209

Meryem Üzerli Maşa oldu FOTO

22 Noyabr 2026 04:01see207

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri