Axios : ABŞ Ukraynadan Retkliffə görə Rusiyaya hücumu dayandırmağı istəyib
Icma.az, Sherg.az saytına istinadən bildirir.
ABŞ-nin Ukraynadan Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliffin Moskvaya səfəri zamanı Rusiyaya qarşı hücumları dayandırmasını istədiyi iddia edilib.
Teleqraf xəbər verir ki, bu barədə "Axios" ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
İddialara görə, ABŞ MKİ rəhbəri Con Retkliffin Moskvada olduğu və Rusiya rəsmiləri ilə danışıqlar apardığı müddətdə Ukraynadan Rusiyaya qarşı hücumlarını müvəqqəti olaraq dayandırmasını istəyib .
Bildirilib ki, Vaşinqton Kiyevi yüksək vəzifəli Amerika nümayəndə heyətinin Moskvaya səfəri barədə əvvəlcədən məlumatlandırıb və Ukrayna tərəfindən nümayəndə heyəti gedənə qədər Rusiya ərazisinə zərbələr endirməməyi xahiş edib.
Qeyd edək ki, "CBS News" mənbələrə istinadən C.Retkliffin Moskvada səfərdə olduğunu yazıb.
Baxış sayı:109
Bu xəbər 26 Avqust 2026 00:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















