Icma.az
close
up
RU
Axmaq obrazla tanındı, ailəsini təyyarə qəzasından xilas etdi Dünyanın ən ağıllı adamlarından olan “Mr. Bean” kimdir? VİDEO

Axmaq obrazla tanındı, ailəsini təyyarə qəzasından xilas etdi Dünyanın ən ağıllı adamlarından olan “Mr. Bean” kimdir? VİDEO

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Axmaq obrazı ilə tanındı, ailəsini təyyarə qəzasından xilas etdi – Dünyanın ən ağıllı adamlarından olan “Mr. Bean” realda kimdir?

Ölkə.Az aktyor Roen Atkinson haqqında maraqlı faktları təqdim edir:

1955-ci ildə İngiltərənin Durham qraflığının Konset şəhərində anadan olub. Evdəki 4 oğuldan ən kiçiyi olub.

Atkinson anglikan tərbiyəsi ilə böyüdülüb. Roen İngiltərənin sabiq baş naziri Toni Bleir ilə sinif yoldaşı olub.

Təbiət elmləri üzrə yüksək nəticə göstərən Roen 1975-ci ildə Nyukasl Universitetində Elektrik və Elektron Mühəndisliyi üzrə bakalavr dərəcəsi alıb.

O, 1935-ci ildə əvvəl atasının oxuduğu Oksford Kraliça Kollecində qısa müddət təhsil alıb, daha sonra bütün diqqətini aktyorluğa yönəldib.

Atkinson 1979-cu ildə BBC “Radio 3” üçün “Atkinson People” adlı bir sıra komediya şoularında rol alıb. Bu aktyorun özünün canlandırdığı uydurma böyük adamlarla bir sıra satirik müsahibələrdən ibarət idi.
Universitetdən sonra bir sıra televiziya layihələrində də rol alan Roen “MR. Bean(bin)” serialı ilə bütün dünyada populyarlıq qazanıb.

Atkinson yaradıcılığında xüsusi rol oynayan bəxtsiz “MR.Bean” obrazı ilk dəfə  1990-cı ildə Yeni il günü yayımlanıb. Maraqla qarşılanan “Mr Bin”in davamı 1995-ci ilə qədər televiziyada yayımlanıb. Sonradan bu obraza 1997-ci ildə “Bean” adlı film də çəkilib. 2007-ci ildə çəkilən ikinci film isə “MR.Binin tətili” adlanır. 
Atkinson məşhur obraz haqqında deyirdi:

“Mr. Bin"in mahiyyəti ondan ibarətdir ki, o, tamamilə eqoist və özünə fokuslanıb və əslində xarici dünyanı qəbul etmir. O, kişi bədənindəki uşaqdır”.
Atkinson 2012-ci ildə Londonda keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimində “Mister Bin” obrazını nümayiş etdirib.

2012-ci ildə Roen Atkinsonun “Mister Bin” obrazı şokolad reklamında, 2017-ci ildə isə Çin istehsalı “Le Xi Ju Ren” filmində, 2019-da isə BƏƏ-nin telekommunikasiya şirkəti üçün reklam çarxında görünüb.
“MR.Bean dünyada ən çox izləyici olan feysbuk səhifələri arasında 4-cü yerdədir.
Roen Atkinson həmçinin 2014-cü ildən etibarən yayımlanan “Mr. Bean”animasiya filmini səsləndirir.
O, həmçinin “Never Say Never Again” , “Rat Race” “Johnny English”, “Keeping Mum” , “Johnny English Reborn” , “Johnny English Strikes Again” və s.  filmlərdə müxtəlif obrazları canlandırıb.
Ekran işləri ilə yanaşı, aktyor avtomobil hvəskarı olması ilə də tanınır. Hətta onun 3,5 tona qədər yük daşıyan maşınları sürmək üçün lisenziyası var.
 “CAR Magazine” jurnalı üçün avtomobillər haqqında yazılar yazan Roenin “Audi A8”, “Škoda Superb” və hətta nadir “McLaren F1”dən ibarət avtomobil kolleksiyası var. O bir dəfə “Johnny English” filmində öz avtomobillərindən istifadə edib.

190-dan çox ölkədə insanların axmaq obrazı ilə tanıdğı aktyor dünyada ən yüksək İQ-yə (Aykü) sahib insanlardan biridir. Məlumata görə, onun İQ-sü 178-dir və bu 2025-ci ildə qlobal orta göstəricidən xeyli yüksəkdir.

Dünyanın “Mister Bin”i İngiltərədə kral ailəsinə yaxınlığı ilə bilinir. O, hətta Şahzadə Çarlzın və Şahzadə Uilyamın toylarına da dəvət olunub.

Roen Atkinson uzun illərdir yüngül formada kəkələyir. “MR.Bin” filmlərində hər zaman səssiz gördüyümüz aktyor “B” VƏ “P hərfləri olan sözləri tələffüz etməkdə çətinlik çəkir.
Aktyorla bağlı ən maraqlı faktlardan biri də odur ki, bir dəfə ailəsini təyyarə qəzasından xilas edib. Belə ki, Keniyada ailə ilə səyahət edərkən xüsusi təyyarənin pilotu huşunu itirib. O, dərhal təyyarədə nəzarəti ələ keçirib və pilotu şillələyərək oyadıb. Bu sayədə ölümdən xilas olublar.
Bütün dünyada insanların sevərək izlədiyi serialın ilk adı əvvəlcə “Cənab Ağ”, daha sonra isə “Cənab gül kələmi” olaraq dəyişdirilib. Sonda isə serialın “Mr.Bin” yəni “Cənab lobya “adandırılmasına qərar verilib.

2012-ci ilin noyabrında Atkinson “Daily Telegraph”a açıqlamasında Mr. Bin”i təqaüdə çıxarmaq niyyətində olduğunu deyib:

“Fiziki qabiliyyətinizin aşağı düşməyə başlaması ilə yanaşı, məncə, 50 yaşlarında birinin uşaq kimi olması bir az kədərlidir. Ehtiyatlı olmaq lazımdır",- deyə o söyləyib.

2016-cı ildə isə aktyor “Mister Bin” obrazını heç vaxt dayandırmayacağını deyib.

R.Atkinson növbəti “Johnny English” filmində rol alacağını 2024-cü ildə elan edib.

Billurə Yunus

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:https://olke.az
archiveBu xəbər 06 Oktyabr 2025 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see199

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see169

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see163

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see156

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see143

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see140

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see134

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see131

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see125

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri