Icma.az
close
up
RU
Axrıncı dəfə olsun, Elvin!

Axrıncı dəfə olsun, Elvin!

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyevin başına gələnlərdən hamı xəbərdardı. Bu üzdən müdafiəçinin baş məşqçi Qurban Qurbanovun qərarıyla əsas komandadan uzaqlaşdırılmasından qayışına qədər başverənlərə geniş yer ayırmağa ehtiyac yoxdu.

Konkret onu xatırlatmalıyıq ki, oyunçunun qovulmasıyla bağlı aprelin 17-də üzə çıxan xəbərdən sonra yaşananlara “köhlən atlar” Tirola yollanmasıyla yekun vuruldu. Üzə çıxdı ki, Qurban bəy Elvinin də Avstriya toplanışında iştirak etməsinə qərar verib. Düzdü, bundan sonra da onun bağışlanıb-bağışlanmadığı sual altında idi. Çünki mütəxəssis futbolçunun formasını bərpa etməsinə və daha baha qiymətə satılması üçün şəraitin yaranmasına hesablanmış addım da ata bilərdi. Ancaq Elvinin Tirolda keçirilən oyunlarda şans qazanması, hətta “Metallist 1925” ilə matçda start heyətində yer alması bu ehtimalı böyük ölçüdə azaltdı.
Hər halda, bu gün Cəfərquliyevin yenidən əsas komandada möhkəmlənməsi, start heyətində daimi şans qazanması üçün şans var. Və Elvin başına gələnlərdən dərs çıxarıbsa, bu fürsətdən maksimum yararlanacaq. O başqa məsələ ki, onun komandadan ayrılmaq ehtimalı da hələ qüvvədədi. Sadəcə, bunun üçün həm futbolçuya, həm də “Qarabağ”a sərfəli olacaq təklif gəlməlidi. O da yoxdu. Təbii ki, ötən il fırtınalar qoparan, yeni ilə də möhtəşəm start verən futbolçunun real təklif almaması bəzilərində sual doğura bilər. Lakin buna təəccüblənməməliyik. Azı ona görə ki, Qurban Qurbanov nəinki ölkəmizdə, həm də beynəlxalq miqyasda tanınır və xüsusən bu il Çempionlar Liqasında qazandığı uğurlara görə daha da şöhrətlənib. Hamı, eləcə də Elvini heyətində görmək istəyən klublar durumla maraqlandıqda Qurban bəy kimi mütəxəssisin yanlış qərar verməyəcəyinə əminliklə yanaşır. Öz aramızdı, niyə şübhə duysunlar?! Axı Cəfərquliyev kimi futbolçu əsas komandadan kiçik səhv üzündən qovula bilməz!
Hər halda, bu gün hər şey geridə qalıb. Yuxarıda da dediyimiz kimi, Elvin üçün önəmli fürsət yaranıb. Bunu futbolçunun atası Eldar kişi də deyir. Onun “Teleqraf”a müsahibəsində dediyi sözlərə fikir verin:

“Ona bir ağsaqqal kimi yol göstərdim. Əslində elə böyük problem də yox idi. Hadisə baş verdi, cəzalandırıldı və yenidən kluba qayıtdı. Çalışmalıdı ki, bundan sonra daha intizamlı olsun”.


İndi deyirsiz, Elvin günahlara o qədər batıb ki, nəinki Qurban Qurbanovun, atasının məsləhətlərini də qulaqardına vuracaq? Qətiyyən! Əminik ki, bundan sonra yaşıl meydanlarda daha istəkli, daha çevik, daha iddialı, daha güclü Elvin görəcəyik. Yenə rəqiblərini qabaqlayacaq, komandasının fərqlənməsi üçün əlverişli şərait yaradacaq, daha böyük uğurlara imza atacaq, hətta bəlkə də özünü bütün futbol ictimaiyyətinə əfv etdirib, 2026-cı ilin də ən yaxşı futbolçusu seçiləcək! Bəli, futbolçunun bunun üçün hələ vaxtı var. Qarşıdan yeni mövüm gəlir ki, 6 ay ərzində həm millidə, həm də “Qarabağ” da özünü yaxşı tərəfdən göstərə bilər.
Ancaq Eldar kişi müsahibədə Akif babadan da söhbət açır. Yəqin xatırlayarsız, söhbət ötən ay ağdamlıların bazasına gələn, Qurban Qurbanov və futbolçular ilə görüşən, yeni mövsüm ərəfəsində sevimli komandasına xeyir-dua verən azarkeşdən gedir. Eldar kişi deyir ki, Qurban bəy Akif babanın xahişindən sonra Elvini bağışlayıb. Bu üzdən övladıyla birgə azarkeşlə görüşəcək, ona təşəkkür edəcəklər. Heç şübhəsiz, çox vacib addımdı. Çünki Akif baba həm də yerli, istedadlı futbolçunun təmiz səhifə açmasına yardımçı olub və Cəfərquliyev ona ömrünün sonuna qədər borclu olacaq!
Həm də biləcək ki, səhv edərkən təkcə özünə yox, həm də onu sevən minlərlə azarkeşə pislik edir, qəlb qırır, onları üzür.
Göründüyü kimi, həqiqətən də hər şərdə bir xeyir var. Elvin bəlkə indi həm də ictimaiyyət üçün məlum olduğundan daha önəmli fiqur olduğunu anlaya, təkcə özünü yox, həm də böyük fanat kütləsini təmsil etdiyini dərk edə! Öz aramızdı, növbəti səhv olsa, Qurban bəy Elvini nəinki Akif baba, heç Allah baba da gəlsə, bağışlamayacaq!
KƏNAN BAHADIR
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 03 İyul 2026 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see584

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see523

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see287

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see272

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see256

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see256

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see251

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see248

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see243

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see239

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see209

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see199

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see194

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see192

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see190

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see189

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see183

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see182

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see180

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri