Icma.az
close
up
RU
Axşam çox yeməyin və ac qalmağın fəsadları

Axşam çox yeməyin və ac qalmağın fəsadları

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

İnsanlar bir qayda olaraq axşam saatlarında daha çox yeməyə üstünlük verirlər. Bu da daha çox iş şəraiti ilə bağlıdır. Amma bununla belə, bəzi insanlar da diyeta saxlamaq və ya sağlamlığı naminə axşam saatlarında gec olduğundan ac qalmağa üstünlük verirlər. Bu insanlar onu da unudurlar ki, yemədən yatmaq və ac qalmaq tibbi cəhətdən insan sağlamlığına ciddi təhlükə yaradır. Bir sözlə, istər axşam saatlarında həm çox kalorili qidalanmaq, həm də diyeta naminə ac qalmaq insan sağlamlığı üçün ziyanlıdır.

Ölkə.Az xəbər verir ki, bu məsələlərə aydınlıq gətirən Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin qastroenteroloqu Turan Kərimovanın sözlərinə görə, insanlar normada gün ərzində 3-4 dəfə qidalanmalıdırlar. "Amma bu, insanlara görə dəyişir. Məsələn, hər hansı bir şəxs səhər və nahar yeməyini tam şəkildə, orqanizmin vitaminlərə, minerallara, zülala və digər qida maddələrinə, enerjiyə olan təlabatını ödəyəcək miqdarda qəbul edirsə, məhz axşamlar, yəni 3-cü qida qəbulunun olması vacib deyil. Çünki qida qəbulu təkcə mədəni doyurmaq məqsədilə deyil, orqanizmin ehtiyac olduğu qida maddələri və enerji ilə təmin etməsidir.

Qeyd etmək istərdim ki, qidalanmanın gün ərzində neçə dəfə olmasını bilmək üçün həzm prosesinə nəzər salmaq lazımdır. Çünki həzm sisteminin müxtəlif şöbələrində həzm prosesinin müddəti, yəni qidanın tam parçalanıb sorulması müəyyən saat intervalında olur və qəbul olunan qidanın tərkibindən, bişirilmə qaydasından asılı olaraq dəyişir. Belə ki, əsas enerji mənməyimiz olan yağların, zülalların, karbohidratların parçalanması, sorulma həzm sisteminin müxtəlif şöbələrində müfafiq vaxt ərzində və sürətdə baş verir", - o qeyd edib.

Qastroenteroloq hesab edir ki, axşam vaxtı son qidalanma yatmazdan 3-4 saat öncə olması daha məqsəduyğundur.

"Lakin müxtəlif vəziyyətlərə görə, məsələn iş rejimi ilə əlaqədar olaraq gec saatlarda qida qəbulu dəyişərək, yatmazdan 1-1,5 saat öncə ola bilər. Çünki orqanizm özünü lazımi enerji və qida məddələri ilə təmin etməmirsə yatmaq məqsədəuyğun hesab edilmir. Tam ac qarına yatmaq orqanizmdə hormonal disbalans yaradır. Bu da, öz növbəsidə, yuxu rejiminin pozulmasına gətirib çıxara bilər. Belə ki, ac olan zaman orqanizmdə Leptinin (doyma hormonu) miqdarı artır. Bu hormonun miqdarının artması yuxu hormonunun, yəni Melatoninin miqdarının aşağı düşməsinə səbəb olur. Dolayısı ilə ac yatmaq yuxusuzluğa səbəb olur.

Bununla belə, gecə saatlarında qidalanma da müəyyən xəstəliklərə yol açır.

Gec saatlarda qidalanma təkcə həzm sistemində deyil, eyni zamanda ürək-damar, sinir, endokrin, immun və s. sistemlərdə bir sıra patologiyalara gətirib çıxara bilər. Həzm sisteminə aid olan patologiyalara qastrit, qastroezofagial reflüks, duodenit, kolit, xolesistit, pankreatit, qaraciyərin bir sıra patologiyaları və s. daxildir.

Qeyd etmək istərdim ki, bu xəstəliklər bir-biri ilə əlaqəlidir. Birinin yaranması zəncirvarı olaraq digərinə gətirib çıxara bilər. Məsələn, gec saatlarında qida qəbulu mədədə turşu sintezinin artmasına, bu da qastritə səbəb olur. Eyni zamanda, mədənin dolu olması mədədə kardial sfinkterin tam bağlanmamasına, bununla bərabər turşuluğun artması qastroezofaqial reflüks xəstəliyinin yaranmasına gətirib çıxarır.

Gec saatlarda qida qəbulu fermentativ proseslərin pozulmasına, bununla da həzmin pozulmasına səbəb olduğu üçün xroniki pankreatit, xroniki xolesistit, qaraciyərin piylənməsinə gətirib çıxara bilər".

Qastroenteroloq şam yeməyində çox yağlı, qızardılmış qidalardan, un məmulatlarından, şirniyyatdan, turşuya qoyulan, hisə verilən qidalardan, qazlı və spirtli içkilərdən uzaq durmağı tövsiyə edib. "Çünki sadalanan qidalar gec həzm olunur, qida dəyəri aşağı, lakin kalorisi çox olduğu üçün orqanizmi lazimi qida maddələri, vitaminlər, zülallar, minerallar, enerji ilə təmin edə bilmədiyinə görə müxtəlif xəstəliklərin yaranmasına səbəb olur.

Düzgün bişirilmə qaydalarına riayət olunmayan qidalar nəinki həzm sistemində ciddi problemlərə yol açır, eyni zamanda şəkərli diabet, hipertoniya xəstəliyi, böyrək patologiyalarına, su-duz mübadiləsinin pozulmasına da səbəb ola bilər", - o bildirib.

Mütəxəssis axşam saatlarında tez həzm olunan qidalarla yanaşı, qısamüddətli gəzintiləri də tövsiyə edir: "Səbəb isə gəzinti zamanı metabolizmin sürətlənməsi, qan dövranının və həzm prosesesinin yaxşılaşmasıdır. Bu zaman bütün sadaladığım dəyişikliklər tədricən, orqanizmə zərər vermədən baş verir. Eyni zamanda, qida maddaləri tam şəkildə, metabolizmin son məhsullarına qədər parçalanır və bu da orqanizm üçün lazım olan vitaminlərin, amin turşuların, karbohidratların, mineralların rahat mənimsənilməsini təmin edir.

Qaçış zamanı isə qida maddələrinin parçalanması və bu proseslərin baş verməsini təmin edən enerji sərfiyyatını normadan artıq sürətləndirir. Bu zaman qida maddələri metabolizmin son mehsullarına qədər tam parçalana bilmir, orqanizmin normal fəaliyyəti üçün lazım olan enerji yaranmır, orqanizm həddən çox yüklənmiş olur. Bütün bunlar da dolayısı ilə orqanizmdə müxtəlif patologiyalara səbəb olur. Bunlara ürək-damar sistemi, böyrək patologiyarı, şəkərli diabet, dayaq-hərəkət sistemi patologiyaları və s. aiddir".

Qastreontoloq axşam saatlarında aclığı doyurmaq üçün daha çox yüngül, həzmi, parçalanması asan olan qidaların qəbulu tövsiyə edib: "Bunlara yağsız balıq növləri, az yağlı ət və quş ətləri, tərəvəzlər, az miqdarda karbohidrat (məsələn, düyü, bulqur və qarabaşaq) aiddir.

Təbii ki, yeməyin bişirilmə qaydasının da burda böyük rolu var. Məsələn, qızartmalar, hisə verilən və konserviləşdirilmiş qidalar, yaxşı, tam bişməyən qidalar məsləhət deyil. Buxarda bişmiş, təzə tərəvəzlərdən hazırlanan salatlar, süd məhsulları, xüsusən də az yağlı və ya yağsız kəsmik, pendir daha məqsədəuyğundur. Bu zaman porsiyalara da fikir vermək lazımdır. Qabın 1/3-i zülal, 1/3-si tərəvəz və 1/3-i karbohidrat olmalıdır.

Sonda qeyd etmək istərdim ki, axşam yeməklərinə, xüsusən də salatlara az miqdarda sirkə, limon və digər sitrus meyvələrinin şirəsinin əlavə olunması yağların parçalanmasını və metabolizmi sürətləndirərək, həzmi yaxşılaşdırır".

Mürtəza
Ölkə.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:321
embedMənbə:https://olke.az
archiveBu xəbər 07 Yanvar 2025 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see394

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see347

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see343

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see339

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see322

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see302

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see300

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see289

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see272

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see269

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see251

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see242

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see241

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see240

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see239

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see229

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see216

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see212

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri