Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Axşama kimi məktəbdə qalmağı müəllimlərin münasibəti necədir? AÇIQLAMA

Axşama kimi məktəbdə qalmağı müəllimlərin münasibəti necədir? AÇIQLAMA

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son günlər cəmiyyətdə geniş müzakirə olunan mövzulardan biri məktəblərdə müəllimlər üçün tətbiq edilməsi nəzərdə tutulan yeni iş modelidir. Elm və təhsil naziri Emin Əmrullayevin açıqlamasına görə, yeni model tamamilə könüllülük və rəqabət prinsiplərinə əsaslanacaq, müəllimlər üçün məcburi olmayacaq. Bu sistem çərçivəsində müəllimlər daimi işlə təmin ediləcək və onların əməyinin qarşılığı daha yüksək əməkhaqqı ilə dəyərləndiriləcək.

Modelə əsasən, tam ştatlı müəllimlərin dərs yükü həftədə 18–24 saat olacaq, qalan vaxt isə metodik hazırlıq, şagirdlərlə fərdi iş və müxtəlif layihələrdə iştirak kimi fəaliyyətlərə sərf ediləcək.

Modern.az xəbər verir ki, “Azərbaycan müəllimi” bu yeniliyin cəmiyyətdə yaratdığı geniş marağı nəzərə alaraq Qarabağ və Şərqi Zəngəzur Regional Təhsil İdarələrinin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan bir neçə müəllimin mövzu ilə bağlı fikirlərini öyrənib.

“Yeniliyi müsbət qarşılamayanlar  uğurlu nəticələri gördükdən sonra yanıldıqlarını anlayacaqlar"

Cəbrayıl rayon İsmayıl Quliyev adına Böyük Mərcanlı kənd tam orta məktəbin coğrafiya müəllimi Kəmalə Həsənova bu qərarın müəllimlərin gələcək fəaliyyətində mühüm dəyişikliklər yaradacağına və inkişafa yönələn bir addım olacağına inanır.

"Dövlətin təhsil sahəsində gördüyü islahatlar və bu islahatların verdiyi müsbət nəticələr göz qabağındadır. Bu addım da təhsilin inkişafına öz töhfəsini verəcək. Bu yenilik repetitorluğun qarşısının alınması üçün də ən doğru yanaşzma olacaq. Çünki dərsdən sonra heç də bütün uşaqların əlavə repetitor yanına gedib dərs zamanı başa düşmədiklərini öyrənməyə maddi imkanı olmaya bilər.
Fəaliyyət göstərdiyim məktəb ikinövbəli iş qrafiki ilə fəaliyyət göstərir. Birinci növbə səhər saat 8:00-da başlayıb 13:50-də yekunlaşır. İkinci növbənin dərsləri isə 14:00-da başlayıb 18:10-da yekunlaşır".
Kəmalə müəllim deyir ki, hazırkı dərs yükü 22 saatdır və müəyyən işlərə görə zamanın çox hissəsini məktəbdə keçirdiyindən yeni model ona çətinlik yaratmayacaq:
"Dərs cədvəlində dərslərin ardıcıl olmadığını, həmçinin fənn metodbirləşmə rəhbərliyi və sinif rəhbərliyi vəzifəsini də nəzərə alsaq, günün böyük hissəsini məktəbdə keçirirəm. Dərslərin təşkili, sinif təşkilat saatlarının həyata keçirilməsi, dərs dinləmələr və onların müzakirəsi, şagirdlərlə maarifləndirici söhbətlərin təşkili, sinif üzrə müxtəlif fənn müəllimləri və məktəb psixoloqu ilə işin təşkili, olimpiadaya uşaqların hazırlığı, təlimdə nəticəsi zəif olan təhsilalanlarla işin həyata keçirilməsi bizim gündəlik işimizin ayrılmaz hissəsidir. Bütün bunları nəzərə alsaq, deyə bilərəm ki, yeni təklif edilən iş saatı mənim məktəbdəki gündəlik iş qrafikimə elə də təsir etməyəcək. Təbii ki, bu, işimdir və mən işimi sevirəm. Hər bir işdə çətinlik olur. Əsas məsələ çətinliyi dəf edə bilməkdir.
Xülasə bildirmək istəyirəm ki, məktəbimizdə təhsilverənlərin işi yalnız dərs cədvəli ilə yekunlaşmadığı üçün yeni qərarın qəbulu həmin məktəbin müəllimlərinin iş qrafikinə elə də təsir etməyəcək. Yeniliyi müsbət qarşılamayanlar, zənnimcə, tezliklə bunun uğurlu nəticələrini gördükdən sonra yanıldıqlarını anlayacaqlar".


“Bu sistem müəllimi yükləməyəcək, daxili intizama, şagird-müəllim münasibətlərinə müsbət təsir göstərəcək”

Kəlbəcər rayon 58 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Elimdar Cəfərov da fikirlərini bizimlə bölüşüb.

Elimdar müəllim qərarın təhsil sistemi üçün çox vacib və zamanında atılmış addım olduğunu bildirir. Onun fikrincə, illərdir ki, müəllim əməyinin həm qiymətləndirilməsində, həm də təşkili formasında müəyyən problemlər olub.
"Dərs gününün uzadılması, məncə, təhsilin keyfiyyətinin yüksəldilməsi baxımından çox vacib və vaxtında verilmiş bir addımdır. Çünki indiyə qədərki sistemdə biz yalnız günün yarısına qədər məktəbdə olurduq, bundan sonra isə həm şagirdlər, həm də müəllimlər məktəbdən kənara çıxırdı. Nəticədə nə məktəbin sosial mühiti inkişaf edir, nə də birgə fəaliyyət imkanları və şagirdin dərsdən sonrakı inkişafı üçün geniş şərait yaranır. Müəllimlər şagirdlərlə əlavə maarifləndirici, hazırlıq xarakterli və ya fərdi qayğı tələb edən işlərlə demək olar ki, məşğul ola bilmirlər".

Yeni modelin həm müəllimi yükləmədiyini, həm də şagirdin təhsilində vaxt itkisini minimuma endirdiyini bildirən müsahibimiz günün ikinci yarısının məktəbin inkişafı üçün əlavə imkan yaradacağını düşünür: "Burada layihə işləri, müzakirələr, fənn dairələri, elmi və yaradıcı fəaliyyətlər, kitab oxu saatları, idman və incəsənət məşğələləri kimi çox faydalı işlər həyata keçirilə bilər. Əvvəllər daha çox yalnız proqramın yekunlaşdırılmasına fokuslanırdıq, amma indi şagirdlərin fərdi inkişafı, sosial bacarıqları, yaradıcılığı, analitik düşünməsi üçün real şərait yaranır. Bu sistem həm məktəbin daxili intizamına, həm şagird-müəllim münasibətlərinə, həm də ümumi tədris nəticələrinə müsbət təsir göstərəcək".

“Zaman keçdikcə bu modelə keçid edən müəllimlərin sayı çoxalacaq”

Yeni modelin sağlam rəqabətə əsaslandığını, təhsilverənlərə müsbət istiqamətdə dəstək göstərəcəyini bildirənlərdən biri də Xocalı şəhər 1 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Nurlana Hüseynovadır.
"Sertifikasiyanın keçirilməsi müəllimlərin öz üzərində daha çox işləməsinə, həmçinin maaş artmasına imkan verir. Müzakirəsi gedən və tətbiq olunan yeni model müəllimləri məcbur etmir, sağlam rəqabətə əsaslanır.
Ola bilər ki, bəzi narazılıqlar olsun, bu, qaçılmazdır. Bunun da müəyyən səbəbləri ola bilər. Amma zaman keçdikcə bu modelə keçid edən müəllimlərin sayı çoxalacaq.
Yeni model şagirdlərlə əlavə layihələr üzərində işləməyə də imkan verəcək və bu onların inkişafı üçün vacibdir".

“Bu model müəllimlərin cəmiyyətdəki nüfuzunun artırılması baxımından təqdirəlayiqdir”

Mövzu ilə bağlı növbəti yanaşma isə Ağcabədi rayon M.Sabir adına Kəbirli kənd tam orta məktəbin kimya müəllimi Aytəkin Abdulovadan gəlir.
Bildirir ki, elm və təhsilin keyfiyyətinin yüksəldilməsinə hesablanmış istənilən yenilik kimi yeni əməkhaqqı modelinin təqdim edilməsi də müsbət addımdır.
"Bu modelin əsas üstünlüyü ondan ibarətdir ki, müəllimin bilik və bacarığı daha obyektiv qiymətləndirilir, yüksək nəticə göstərən pedaqoqların əməyinin layiqincə dəyərləndirilməsi üçün əlavə imkanlar yaranır.
Bu sistem həm motivasiya yaradır, həm də müəllimin peşəkar inkişafına müsbət təsir göstərir. Rəqabətə əsaslanan yanaşma təhsildə keyfiyyətə xidmət edir, dərs yükü və metodik fəaliyyətin nəzərə alınması isə müəllimin işinin daha dolğun şəkildə qiymətləndirilməsinə imkan verir. Ən əsası isə bu model müəllimlərin cəmiyyətdə nüfuzunun artırılması baxımından təqdirəlayiqdir. Düşünürəm ki, yeni mexanizm həm təhsilalanların nəticələrinə, həm də ümumi təhsil mühitinin inkişafına müsbət təsir göstərəcək".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://modern.az
archiveBu xəbər 18 Noyabr 2025 10:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see339

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see260

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see253

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see251

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see246

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see230

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see226

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see211

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see202

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see199

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see197

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see197

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see191

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see188

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see186

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see184

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see171

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see169

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see169

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri