Ay Fərəc, niyə belə oynayırsan, qaqa? Turan Tovuz azarkeşləri futbolçulara giley güzar elədi (VİDEOLAR)
Icma.az bildirir, Mia.az saytına əsaslanaraq.
"Turan -Tovuz" - "Neftçi " oyununun sonunda ev sahibindən qələbə gözləyən, amma hesabı açılmayan oyundan narazı qalan azarkeşlər futbolçulara yaxınlaşıb, bəziləri isə uzaqdan səslənərək umu-küsü edib.
Mia.az-ın stadionda oyunu izləyən əməkdaşı bildirir ki, real qol məqamlarını əldən buraxsa da, baxımlı oyun göstərən komandanın haqqını itirməyən azarkeşlər onları sadəcə, "danlayıb".
Yaşanan maraqlı məqamlar Mia.az- ın əməkdaşının kamerasına düşüb.
Xüsusən Tovuz klubunun 11 nömrəli oyunçusu İmad Faraja səslənən azarkeşin "Ay Fərəc, niyə belə oynayırsan, qaqa", deməsi xüsusilə maraq doğurub.
Yeri gəlmişkən, İ.Faraj əslən fransızdı. O, oyundan sonra kiçik yaşlı azarkeşlərlə səmimi davranışları ilə diqqəti cəlb edib.
Zülfiyyə Mustafayeva
Mia.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:29
Bu xəbər 28 Noyabr 2025 21:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















