Sürücülərin diqqətinə! Bu avtobus zolağına istənilən saatda daxil olmaq olar VİDEO
Icma.az bildirir, Avtosfer portalına istinadən.
Bakıda hərəkətin təşkilində olan nöqsanlar sürücülərdə çaşqınlıq yaradır. Avtosfer.az xəbər verir ki, söhbət paytaxtın Ziya Bünyadov prospektindəki avtobus zolağından gedir. Belə ki, sözügedən prospektdə avtobus zolağı olsa da, Zaur Nudirəliyev küçəsi ilə kəsişmədən sonra avtobus zolağını bildirən 5.9 nişanı yoxdur. Buna baxmayaraq, sağ zolaq digər zolaqlardan 1.1 xətti ilə ayrılıb.
Hazırda avtobus zolağını bildirən 5.9 nişanı olmadığı üçün Zaur Nudirəliyev küçəsindən gəlib sağa dönən sürücülər ən sağ zolaqla rahatlıqla hərəkət edə bilirlər. Bu səbəbdən heç bir sürücü məsuliyyətə cəlb edilə bilməz.
Eyni zamanda, Əhməd Rəcəbli küçəsinə dönən hissədə sağ zolağa keçməyə qırıq xətlər təşkil edilməyib. Buna görə sürücülər məcburi şəkildə ikinci zolaqdan sağa dönməli olurlar.
Bu nöqsanlara görə aidiyyəti qurumlar həmin ərazidə hərəkətin təşkilinə yenidən baxmalıdır.
Fərid
Oxunub 312
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 13 Yanvar 2026 10:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















