Icma.az
close
up
RU
Ay səthinin altında naməlum cism hərəkət edir

Ay səthinin altında naməlum cism hərəkət edir

Icma.az, Reyting.az portalına istinadən məlumat verir.


Ay səthinin altında naməlum bir cismin hərəkətdə olması barədə və Ayın təkamülü ilə bağlı çox maraqlı faktlar üzə çıxıb.
Reyting.az
-ın məlumatına görə, Yer planetinin peyki olan Ay əvvəllər düşünüldüyü kimi heç də "geoloji cəhətdən ölü" deyil. "Planetary Science Journal" elmi nəşrinin dərc etdiyi yeni araşdırma göstərir ki, onun soyuq, sakit səthinin altında hər an aktiv proseslər baş verə bilər.
Elm adamları ay səthini çoxdan tədqiq ediblər və hər bir alimə yaxşı məlumdur ki, Ay dənizi kimi tanınan qaranlıq, eləcə də düzlu ərazilər olan sahələr çox uzaq keçmişdə əhəmiyyətli sıxılmaya məruz qalıb. Bu böyük qövs formalı silsilələr isə milyardlarla il əvvəl büzülmə nəticəsində əmələ gəlib.
Bununla belə, Merilend Universitetinin tədqiqatçısı Ceki Klarkın rəhbərliliyi ilə tədqiqatçılar qrupu yenilik edib. Onlar Ayın uzaq tərəfindəki silsilələrin görünən tərəf silsilələrdən əhəmiyyətli dərəcədə, tarixi baxımdan gənc olduğunu müəyyənləşdiriblər. Bu isə bir daha sübut edir ki, Ay səthinin altında dinamik proseslər əvvəl düşünüldüyündən də yaxın vaxtlarda baş verib.
"Bir çox elm adamları Aydakı geoloji hərəkətlərin əksəriyyətinin 2,5-3 milyard il əvvəl baş verdiyinə inanırlar. Lakin alim kimi biz bu tektonik relyef formalarının son milyard ildə aktiv olduğunu, hələ də aktiv ola biləcəyini görürük", - deyən Ceki Klark Ay səthində indi də nələrinsə baş verdiyini xüsusi vurğulayıb.
Lakin tədqiqatçılar qabaqcıl xəritəçəkmə üsullarından istifadə etməklə, Ayın uzaq tərəfindəki və əvvəllər naməlum olan 266 kiçik silsilələri aşkar edə biliblər. 10-dan 40-a qədər qruplaşdırılmış bu silsilələrin əksəriyyəti ehtimal ki, 3,2-3,6 milyard il əvvəl yaranmış vulkanik bölgələrdədir. Hətta həmin silsilələrin yaşını müəyyən etmək üçün komanda krater hesablama metodundan istifadə edib və müəyyən olunub ki, səthin gənc sahələrində daha az krater var.
"Bu kiçik silsilələrin ətrafındakı kraterləri saymaqla və onlardan bəzilərinin mövcud təsir kraterləri ilə kəsişdiyini tam aşkara çıxarmaqla, belə relyef formalarının son 160 milyon ildə tektonik cəhətdən aktiv olduğu qənaətinə gəldik", - söyləyən Klark deyib ki, bu silsilələr daha gənc olsa da, yenə onların quruluşu Ayın yaxın tərəfindəki silsilələrə bənzəyir, bu isə onların ümumi mənşəyini göstərir.
C. Klark ümid edir ki, Aya uçacaq missiyaların köməyi ilə tədqiqatçılar dəstək alacaq və alimlər Ay səthinin altındakı strukturları daha yaxşı araşdırıb başa düşmələri üçün Yerə nüfuz edən radara bənzəyən müasir alətlərlə təchiz olunacaqlar.
Lakin bütün bunlarla yanaşı, Ay səthinin altında hərəkət edən cismin mənşəyi və tərkibi hələ tam müəyyən olunmayıb.
Oqtay QORÇU
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://reyting.az
archiveBu xəbər 04 Fevral 2025 00:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see357

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see232

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see228

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see226

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see224

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see222

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see217

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see212

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see211

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see209

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see195

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see193

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see193

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see192

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see192

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see189

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see186

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see185

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see179

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri