Putin Alyaska və Qrenlandiyanın qiymətlərini müqayisə edib
Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Qrenlandiyanın alınmasının dəyəri 200 milyon dollardan 1 milyard dollara qədər dəyişə bilər.
"Report"un "TASS"a istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.
O qeyd edib ki, Qrenlandiyanın ərazisi Alyaskanınkından daha böyükdür və onlar arasında təxminən 450.000 kv.km fərq var: "Əgər bunu ABŞ-ın Alyaskanı əldə etməsinin dəyəri ilə müqayisə etsək, Qrenlandiyanın qiyməti təxminən 200-250 milyon dollar olardı".
Onun sözlərinə görə, əgər o dövrdəki qızıl qiymətləri ilə müqayisə olunsaydı, "rəqəm daha yüksək, yəqin ki, bir milyarda yaxın olardı". Prezident əlavə edib ki, ABŞ bu xərcləri ödəyə bilər.
Qrenlandiya ərazisinə görə Alyaskadan xeyli böyükdür və təxminən 2.166.086 kvadrat kilometr ərazini əhatə edir. Ərazisinin təxminən 80%-i (təxminən 1,7–1,8 milyon kvadrat kilometr) buz təbəqəsi ilə örtülüdür.
Alyaska təxminən 1.717.856 kvadrat kilometr ərazini əhatə edir. Amerika Birləşmiş Ştatları Alyaskanı 1867-ci ildə Rusiya İmperiyasından 7,2 milyon dollara satın alıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 22 Yanvar 2026 08:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















