Ay və “Yeddi bacı” ulduz topası bu gecə səmada yaxın görünəcək
Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Oktyabrın 27-dən 28-nə keçən gecə Ay və “Yeddi bacı” adı ilə tanınan Pleyadalar ulduz topası gecə səmasında bir-birinə yaxın görünəcək.
NASA-nın astronomik təqviminə daxil etdiyi bu hadisəni hava şəraiti əlverişli olduqda adi gözlə müşahidə etmək mümkündür.
Yerdən təxminən 440 işıq ili uzaqlıqda yerləşən Pleyadalar çoxsaylı gənc ulduzlardan ibarət açıq ulduz topasıdır. Adi gözlə əsasən altı-yeddi parlaq ulduz seçilir, binokl və teleskopla isə daha çox ulduz görmək mümkündür. Topanın “Yeddi bacı” adlandırılması qədim yunan mifologiyası ilə əlaqələndirilir.
Ayın Pleyadalara yaxın görünməsi onların kosmosda həqiqətən bir-birinə yaxınlaşması demək deyil. Bu, Yerdən baxdıqda yaranan optik yaxınlıqdır: Ay Yerə yaxın məsafədə, ulduz topası isə Günəş sistemindən çox uzaqda yerləşir.
Müşahidə üçün şəhər işıqlarından uzaq, səmanın aydın olduğu məkan seçmək tövsiyə olunur.
Hazırladı:
S.Rzayeva
XQ
Baxış sayı:124
Bu xəbər 27 Oktyabr 2026 12:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















