Azərbaycan və Litva arasında siyasi dialoqun genişləndirilməsi müzakirə edilib
Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Litvanın Azərbaycandakı səfiri Kestutis Vaşkeleviçius Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovla görüşüb.
Səfirlikdən APA-ya verilən xəbərə görə, görüş zamanı tərəflər iki ölkə arasındakı ikitərəfli münasibətləri, planlaşdırılan səfərləri və siyasi dialoqun daha da genişləndirilməsi imkanlarını müzakirə ediblər.
Danışıqlarda xüsusilə Azərbaycan–Aİ əlaqələrinə və Litvanın 2027-ci ilin birinci yarısında Avropa İttifaqı Şurasına edəcəyi sədrliyə geniş yer ayrılıb. Səfir Kestutis Vaşkeleviçius Litvanın Avropa İttifaqı ilə Azərbaycan arasındakı əməkdaşlığı daha da gücləndirməyə və irəli aparmağa hazır olduğunu vurğulayıb.
Görüşdə həmçinin regiondakı təhlükəsizlik vəziyyəti və Ukraynadakı son proseslər ətrafında fikir mübadiləsi aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 27 Oktyabr 2026 16:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















