Icma.az
close
up
RU
Köhnəlməyən səs yaddaşımız AZƏRBAYCAN RADİOSU 100

Köhnəlməyən səs yaddaşımız AZƏRBAYCAN RADİOSU 100

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Qulu MƏHƏRRƏMLİ,

filologiya elmləri doktoru, professor

  Fantastik xəyalların gerçəkliyə çevrilməsi, texnologiyaların az qala hər gün dəyişib yenilənməsi və informasiya axınının sürətlənməsi yaşadığımız dövrün əsas əlamətidir. Bu prosesin əsası fizika elminin elektrik və maqnit dalğalarının kəşf etməsi ilə qoyulub, XIX əsrdə yeni dalğada üzə çıxmasından başlayır. Bəşər tarixinə böyük kəşflər dövrü kimi daxil olmuş XIX əsr bir sıra möcüzələrlə yanaşı, bəşəriyyətə radionu da bəxş edib.

Elektromaqnit dalğalarının köməyi ilə insanların minillik “danışan qutu” arzusunu 1894-cü ildə 21 yaşlı italiyalı mühəndis-radiotexnik Qulyelmo Markoni gerçəkləşdirir. Bir il sonra ruslar A.Popovun timsalında bu ixtiraya şərik çıxmağa çalışsalar da xeyri olmadı, artıq Markoni bu ixtirasına görə patent almış və İtaliyadan İngiltərəyə köçərək orda simsiz rabitə şirkəti yaratmağa nail olmuşdur.

*  *  *

   Mənim radio ilə ilk tanışlığım anamın bu “danışan qutu”ya sevgisindən və onun evimizdəki köhnə radio cihazına hədsiz heyranlığından başlayır. Həyat yoldaşını erkən itirib dörd oğlan uşağı böyüdən anam üçün radio təkcə qulaq yoldaşı, həmsöhbət, təsəlli yeri deyildi, həm də əsas məlumat, xəbər və bilik mənbəyi idi. Hər şeydə radiodan eşitdiklərinə istinad edirdi. Məsələn, bizi inandırmaq istəyəndə “o gün radioda danışıan həkim deyirdi ki, çayı isti içmək olmaz, çünki qida borusunu yandırır” kimi fikirləri bizə təlqin edəndə də onun ən mötəbər istinad yeri radio olurdu.

  Anam qəzet-kitab oxumağa çətinlik çəkirdi, qəzetdə nə isə diqqətini cəlb edəndə qaldırıb diqqətlə baxır, əlini sətirlərin üstünə qoyub höccələyə-höccələyə oxuyurdu. Uşaqlığı İkinci Dünya müharibəsi illərinə düşdüyündən cəmi 4-cü sinfə qədər oxumuşdu. Həm də sonradan əlifba dəyişikliyi olduğundan kirilin çox hərflərini tanımırdı, imza yerinə adını latın qrafikası ilə yazırdı. Onunku radio idi. Xəbərlərin və ona lazım olan verilişlərin vaxtını əzbərdən bilirdi, diktorları səsindən tanıyıb adlarını deyirdi. Konsertləri də dinləyirdi, o dövrün müğənnilərinin hamısını tanıyırdı, amma ən çox ədəbi verilişlərə, radioteatra, bir də xəbərlərə çox qulaq asardı. Xüsusən maraqlı elmi-kütləvi məlumatları yadında yaxşı saxlayardı, sanki bu məlumat bolluğu ilə o, müharibə dövründə oxuya bilmədiyi orta nəktəbin bir sinfindən başqasına keçirdi. Anam məktəbə, bilik almağa, oxuyub öyrənməyə olan həvəsini ahıl yaşlarına qədər saxlamışdı.

   Tələbə vaxtı, üçüncü kursdan başlayaraq mənim radioda reportajlarım, söhbətlərim, irihəcmli verilişlərim gedirdi, efirdən adımı tez-tez çəkirdilər. Anam buna çox buna sevinirdi. İndi radio onun üçün bir az da doğmalaşmışdı. Mən efirdə danışan günü mütləq bu barədə qonum- qonşulara, qohumlara bir formada məlumat verərdi ki, onun oğlu “elə-belə adam” deyil. Hətta köhnə radiomuzu təzələmişdi ki, qoy uşağımın səsi “qəşəng” radiodan gəlsin…

                        *  *  *

 Mənim radio ilə ikinci böyük təmasım radioteatrın elmi problemlərini, onun özəlliyini və məzmunu səslə necə ötürməsini araşdıranda oldu. Onda mən əmin oldum ki, insan dünyanı, ərtafı duymağa və görməyə səsdən başlayır, yəni əvvəl səsi eşidir, sonra o səsin ardınca gedib ətrafını və dünyanı tanıyır. Körpə dünyaya göz açanda hələ heç nəyi görmür, amma anasının səsini tanıyır. İnsan təhlükəni də, sevgini də, çağırışı da, ümidi də əvvəlcə səsdə duyur. Deməli, səs təkcə ünsiyyət vasitəsi deyil, insan varlığının ilkin yaddaşıdır, onu həyat cığırına salıb sonsuz bir dünyaya aparan bənzərsiz bir hənirtidir. Radio bizə bu dünyanı səslərlə tanıdan möcüzədir.  

  Radio əslində görünməyən bir dünyadır. Onun nə ekranı var, nə işığı, nə dekorasiyası, nə də görüntünün yaratdığı zahiri cazibə. O, insanla yalnız səs vasitəsilə danışır, söz vasitəsilə dinləyicinin təxəyyülünü hadisə meydanına çevirir. Elə bu səbəbdən də radionun dili daha səmimi, sözü daha məsuliyyətli, təsiri isə daha dərindir. Radio dinləyiciyə hazır təsvir vermir; o, insan təxəyyülünü oyadır, xəyalını hərəkətə gətirir, onu düşünməyə və hiss etməyə sövq edir. Hər dinləyici radionun söylədiyi hadisələri öz aləmində, öz daxili dünyasında yenidən yaradır. Bəlkə də radionun cazibəsi və sehri elə bundadır.

  Azərbaycan radiosu bir əsrdir ki, dünyanın gedişatını, zamanın nəfəsini dinləyir və onu insanlara çatdırır. Bu radio çox şeylər görüb, sosializmin ilk illərini də, repressiya dalğasını da, topların gurultusunu, müharibənin “qara kağız”larını da. Bu radio quruculuq illərindən, “şəxsiyyətə pərəstiş”dən, durğunluq dövründən, yenidənqurmadan, milli oyanışdan, 20 Yanvardan, müstəqillik illərindən, Qarabağ savaşından, Zəfərlə bitən 44 günlük müharibədən keçib. Xalqların kədərinə də şahidlik edib, qələbələrinin sevincini də bölüşüb. Onun efirindən dünyanı silkələyən çıxışlar, müraciətlər, böyük sənətkarların unudulmaz səsi, alimin sözü, kosmonavtın həyəcanı, şairin pıçıltısı, anaların laylası, Vətən və sevgi nəğmələri səslənib. İndi bunların hamısı radionun görünməyən yaddaşında yaşayır. Bu mənada radio bəlkə də bəşəriyyətin ən böyük səs arxividir.

*  *  *

  Xalqların, millətlərin yaddaşı təkcə daş abidələrdə, qədim əlyazmalarda və ya tarixi sənədlərdə yaşamır, həm də səslərdə yaşayır. Azərbaycanın da belə bir səs yaddaşı var. Muğam ustalarının nəfəsi, unudulmaz diktorların intonasiyası, böyük aktyorların radio tamaşaları, şairlərin öz səsilə oxuduqları misralar, xalqın taleyini dəyişən günlərdə efirdən səslənən müraciətlər… Bunlar artıq sadəcə audioyazılar deyil. Bunlar milli yaddaşın canlı sənədləridir. Məhz buna görə radio heç vaxt yalnız informasiya vasitəsi olmayıb, həm də milli mədəniyyətin daşıyıcısı, Ana dilinin qoruyucusu, ictimai fikrin tribunasına çevrilmiş böyük bir mənəvi-sosial institutdur. Radio efiri uzun illər boyu ədəbi dilimizin ən mötəbər məktəblərindən biri olmuş, milyonlarla insanın nitq zövqünü, dinləmə mədəniyyətini və estetik duyumunu formalaşdırmışdır.

  Bugünkü dünya tamam başqa ritmlə yaşayır. Süni intellekt informasiya yazır, alqoritmlər seçim edir, sosial şəbəkələr saniyələr içində milyonlarla xəbəri yayır, rəqəmsal platformalar media sərhədlərini dəyişir. Belə bir dövrdə bəziləri tələsik hökm verir: “Radio artıq ölüb!” Doğrudanmı?!

  Əgər radio ölsəydi, niyə insanlar hər gün saatlarla podkast dinləyirlər? Niyə dünyanın ən böyük media şirkətləri audio platformalara milyonlarla sərmayə yatırırlar? Niyə avtomobildə, təyyarədə, iş otağında, qulaqcıqların arxasında yenə də insan səsi yaşayır?

 Həqiqət budur ki, texnologiya radionu aradan qaldırmayıb. O, radionun imkanlarını artırıb, sərhədlərini genişləndirib. Ənənəvi efir internetlə birləşib, studiyalar rəqəmsallaşıb, dinləyici təkcə qəbul edən yox, həm də ünsiyyət quran tərəfə çevrilib. Yəni radio dəyişməyib-onun yaşadığı məkan dəyişib. Lakin bir həqiqət bütün dəyişikliklərin fövqündə dayanır: insan hələ də insana inanır. Daha doğrusu, onun səsinə inanır. Çünki səsdə yalanı gizlətmək çətindir. İntonasiya insanın düşüncəsini, xarakterini və niyyətini sözlərdən daha aydın açır. Radio məhz bu etibar üzərində qurulmuş bənzərsiz media mədəniyyətidir.

 Ona görə də əminliklə deyə bilərik ki, radio keçmişin xatirəsi deyil. Radio insanın səsə olan ehtiyacının adıdır. İnsan danışdıqca, dinlədikcə, duyduqca və düşündükcə radio da yaşayacaq. O, bəlkə də formasını dəyişəcək, yeni platformalara köçəcək, süni intellektdən istifadə edəcək, yeni texnologiyalarla zənginləşəcək. Amma onun mahiyyəti dəyişməyəcək. Çünki radionun əsasında insan səsi, insan nəfəsi və insan düşüncəsi dayanır. Bunlar isə heç vaxt köhnəlmir…

                           *  *  *

  İlk dəfə tələbə vaxtı studiyada mikrofon qarşısına əyləşdiyim radio bu gün mənim həyatımın bir parçası, jurnalist fəaliyyətimin ilk illəri, az-çox yaradıcılığımın bir parçası, bəlli bir səviyyədə elmi araşdırmalarımın ilk obyekti, sənətşünaslıq, filologiya, dilçilik və jurnalistika sahələrinin yeni, cazibədar istiqamətidir. Mən bu istiqamətləri əhatə edən xeyli elmi, elmi kütləvi və tədris kitabları (“Radiodramaturgiya dili”, “Radio dalğalarında”, “Radioteatr dəvət edir”, “Hadisələr mikrofon qarşısında”, “Radio verilişlərinin dili və üslubu”, “Radio dərsləri”, “Radio jurnalistikası: təməl biliklər”, “Radiotetr sənəti”, “Danışır Bakı” və s.) yazmışam, amma yenə də özümü radioya borclu sayıram.

 Radio mənim dünyaya gözümü açıb, həyatı, yaxşı ilə pisi, insanları, milləti tanıdıb. Bu millətin yaşadığı keşməkeşli tarixi, onun yaratdığı zəngin mədəniyyəti, bizi insan və ləyaqət sahibi edən dəyərləri sevdirib. Bütün bunlara görə 100 yaşlı Azərbaycan radiosuna çox minnətdaram.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://sherg.az
archiveBu xəbər 27 Oktyabr 2026 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see469

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see353

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see296

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see284

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see253

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see250

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see246

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see240

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see230

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see226

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see225

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see221

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see216

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see207

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see207

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see204

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see196

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see195

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see192

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri