Icma.az
close
up
RU
Ayan Hüseynli: ABŞ universitetinin siması seçilməyim erməni tələbələrin etirazına səbəb oldu MÜSAHİBƏ

Ayan Hüseynli: ABŞ universitetinin siması seçilməyim erməni tələbələrin etirazına səbəb oldu MÜSAHİBƏ

Icma.az, Azertag saytına istinadən bildirir.

Vaşinqton, 19 may, AZƏRTAC

Kəlbəcərdən olan keçmiş məcburi köçkün Ayan Hüseynli ABŞ-ın nüfuzlu “The New School” Universitetində Beynəlxalq əlaqələr üzrə magistr təhsilini uğurla başa vuraraq, universitetin 2025-ci il üzrə rəsmi siması seçilib. AZƏRTAC-ın xüsusi müxbirinin Ayan Hüseynli ilə müsahibəsini təqdim edirik:

- Ayan xanım, ABŞ-ın məşhur ali məktəblərindən birinin rəsmi siması seçilməyiniz gələcək karyeranıza işıq salan böyük uğurdur. Əvvəlcə bu münasibətlə sizi təbrik edirik. Özünüz haqqında məlumat verərdiniz?

- 2002-ci ildə Bakı şəhərində anadan olmuşam. Vaxtilə Kəlbəcər rayonu işğal olunanda ailəm məcburi köçkün düşüb. 2019-cu ildə Heydər Əliyev adına Liseyi bitirmişəm. 2019-2023-cü illərdə ADA Universitetinin Beynəlxalq münasibətlər fakültəsində təhsil almışam. 2024-cü ildə ABŞ-də magistr təhsili almaq qərarına gəldim və Nyu-York ştatının “The New School” Universitetində Beynəlxalq münasibətlər fakültəsinə müraciət ünvanladım. Fəal tələbə olduğuma və nəticələrimə görə mən 55 faiz güzəşlə təhsil almaq hüququ qazandım.

- Necə oldu ki, universitetdə bu ilin siması seçildiniz?

- İkiillik magistr təhsilimi bir ildə bitirməyi qərara aldıqdan sonra, yüksək orta nəticələrimə görə, universitet mənə 2025-ci ilin siması olmaq şansı verdi. İki mərhələli müsabiqədən keçərək universitet birincisi seçildim və ali məktəbin rəsmi saytında haqqımda məlumat yerləşdirildi. Həmçinin mənim Azərbaycanın Qarabağ bölgəsindən olduğum qeyd edildi.

- Lakin bu, həm də erməni əsilli gənclərin etirazına səbəb oldu. Bunu necə qarşıladınız?

- Doğrudur, bu, erməni tələbələrin qıcıqlanmasına və etirazına səbəb oldu. “The New School”un Parisdəki erməni tələbələri və Nyu-Yorkdakı məzun ermənilər universitetə məktublar yazaraq, “əgər o qız seçilsə, biz məzunlar assosiasiyasından üzvlüyümüzü geri çəkəcəyik”, - deyə şantajlar da ediblər. Bu il mayın 10-da ABŞ üzrə 50-dən çox universitet bölməsi və 20 min erməni-amerikalı tələbəni təmsil edən Bütün Erməni Tələbə Assosiasiyası (All-ASA) “The New School” Universitetinin icraçı dekanı Aleinikoffa və universitetin Məzunluq Mərasimi adlı bölmənin rəhbərliyinə məktub göndərmişdilər. Onlar universiteti mənim 2025-ci ilin rəsmi siması kimi seçilməyimə dair qərarını yenidən nəzərdən keçirməyə çağırmışdılar.

Lakin bu, məni daha da ruhlandırdı və daha uca səslə ölkəm barədə çıxışlara davam etdim. Sevindirici haldır ki, universitet bu şikayətlərə baxmayaraq, mənə tam dəstəklərini ifadə etdilər və ermənilərin törədə biləcəyi etiraz ilə bağlı əvvəlcədən məlumatlandırdılar. Düşünürəm ki, bu etirazlar gözlənilən idi.

- Mayın 16-da Məzun günü keçirildi. Hansı hisslər keçirdiniz?

- Məzun günündə yaşadığım hissləri sözlərlə ifadə etmək çox çətindir. Çünki bu, yalnız bir təhsilin sonu deyil, həm də çəkilən zəhmətin, inamın və mübarizənin zirvəsidir. Ailəmlə birlikdə bu anı yaşamaq isə mənim üçün çox böyük qürur və həyəcan dolu anlar oldu. Onların dəstəyi və inamı olmasaydı, bu gün orada dayanmaq mənim üçün mümkünsüz idi. Xüsusən də 24 min insanın qarşısında Azərbaycanın adını səsləndirmək mənim üçün həm şərəfli, həm də emosional bir təcrübə oldu. Bu, düşünürəm ki, təkcə şəxsi uğur deyil, həm də mənim köklərimə, kimliyimə, xalqıma və xalqımın tarixinə ehtiramımın təzahürüdür. Əgər Qarabağ azad olunmasaydı, mən bu gün universitet birincisi kimi bu qədər qürurla çıxış edə bilməzdim. Çünki çıxış etdiyim kürsü akademik naliyyətim deyil, həm də xalqımın tarixi ədaləti bərpa etməsinin təcəssümü idi. Bu mərasimdə ərazi bütövlüyü bərpa olunmuş, suveren və azad bir Azərbaycan gənci kimi danışmaq mənə misilsiz qürur bəxş etdi.

- Keçmiş məcburi köçkün olmaq nə qədər kədərli və ağır olsa da, bu, həm də sizin çiyninizə bir məsuliyyət də qoyurdu...

- Bəli, düz qeyd edirsiniz. Məcburi köçkünlük təkcə bir ailə hekayəsi deyil, eyni zamanda, üzərimizə düşən böyük bir məsuliyyət idi. Mən bu ağrılı tarixin içində böyümüşəm və bildiyim bir şey var idi ki, itirilmiş torpaqlar, yarımçıq qalan uşaqlıqlar, unudulmayan yurd həsrəti bizi daha da gücləndirməli idi. Ərazi bütövlüyü bərpa olunmuş və suveren ölkənin azad gəncləri olaraq bizim borcumuz Azərbaycanı beynəlxalq arenada layiqli şəkildə təmsil etməkdir. Əgər bu gün biz - Azərbaycan gəncləri azad və bütöv bir xalqın təmsilçisiyiksə, onda bu gerçəkliyi dünyaya doğru və güclü bir dillə çatdırmaq da bizim vəzifəmizdir. Mən bu hisslərlə yaşayıram və hər addımımı bu dəyərlərə əsaslanaraq atıram.

- ADA Universitetindəki təhsil illəriniz sizə hansı bacarıqları qazandırdı?

- ADA Universitetində keçirdiyim illər mənim üçün təkcə akademik təhsil dövrü deyil, həm də liderlik, sosial məsuliyyət və müstəqil düşüncə bacarıqlarımın formalaşdığı bir məktəb oldu. Xüsusilə “Public Speaking” dərsi mənim auditoriya qarşısında özümü ifadə etmə bacarığımı xeyli inkişaf etdirdi. Bu gün auditoriya qarşısında çıxış etdikdə və ya yüzlərlə insana müraciət etdikdə, o dərslərdə qazandığım özünəinam və strukturlaşdırılmış fikirlə danışma vərdişinin nə qədər önəmli olduğunu dərk edirəm. Fürsətdən istifadə edərək, ADA ailəsinə salam göndərirəm.

- Sizcə gənclərin beynəlxalq təşəbbüslərdə iştirak etmələri onlara nə qazandırır?

- Beynəlxalq təşəbbüslərdə iştirak gənclərə qlobal düşünməyi, müxtəlif mədəniyyətlərə hörmətlə yanaşmağı və öz ölkəsini dünyaya düzgün tanıtmağı öyrədir. Hər azərbaycanlı gənc beynəlxalq platformalarda bir mədəniyyət daşıyıcısıdır. Ümummilli Lider Heydər Əliyevin gənclərlə bağlı bir fikrini heç vaxt unutmuram: “Gənclər bu gün o qədər bilikli, savadlı, dünyagörüşlü olmalıdırlar ki, gələcəkdə müstəqil Azərbaycanın inkişafı onlara etibar oluna bilsin. “Bu sözlər bizim üçün sadəcə motivasiya deyil, həm də bir istiqamətdir. Hər zaman çalışmalıyıq ki, qazandığımız bilik və təcrübəni ölkəmizin inkişafına yönəldək.

-Bəs, gələcəklə bağlı planlarınız nədir?

- Zənnimcə, bu barədə konkret nəsə demək, hələ tezdir. Lakin harada olmağımdan asıl olmayaraq, bir Azərbaycan gənci kimi hər zaman dövlətimin yanındayam və bütün beynəlxalq arenalarda ölkəmi dünyaya tanıtmaq əsas hədəfimdir.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 May 2025 00:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri