Icma.az
close
up
RU
Köçkün gənc ABŞ universitetinin siması seçildi Ayan Hüseynlinin həyat hekayəsi

Köçkün gənc ABŞ universitetinin siması seçildi Ayan Hüseynlinin həyat hekayəsi

Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.


Kəlbəcərdən olan məcburi köçkün Ayan Hüseynli ABŞ-ın nüfuzlu “The New School” Universitetində Beynəlxalq Əlaqələr üzrə magistr təhsilini uğurla başa vuraraq universitetin 2025-ci il üzrə rəsmi siması seçilib. Bu nailiyyət onu yalnız təhsil uğurlarına görə deyil, həm də güclü həyat hekayəsinə görə fərqləndirib.
Yeniavaz.com
xəbər verir ki, Ayan Hüseynli Kəlbəcər rayonundan məcburi köçkün düşmüş ailənin övladıdır. O, gənc yaşlarından beynəlxalq əlaqələr və humanitar dəyərlərə maraq göstərib. Orta təhsilini Heydər Əliyev adına liseydə başa vuran Ayan, 2019-cu ildə ADA Universitetinə qəbul olunaraq Beynəlxalq Münasibətlər üzrə bakalavr təhsilinə başlayıb və 2023-cü ildə məzun olub. 
2024-cü ildə ABŞ-nin Nyu York şəhərində yerləşən “The New School” universitetində magistr təhsilinə başlayan Ayan Hüseynli, burada da akademik uğurlarını davam etdirib və proqramı cəmi bir il ərzində yüksək göstəricilərlə başa vurub. Universitet rəhbərliyi onun həm təhsil göstəricilərini, həm də ictimai fəallığını nəzərə alaraq onu 2025-ci ilin siması elan edib. 
Ayanın Qarabağ bölgəsindən olması və bu mötəbər statusa layiq görülməsi ermənilərin etirazına səbəb olsa da, onlar istəklərinə nail ola bilməyib. O bildirib ki, köçkünlük onun üçün yalnız bir ailə tarixçəsi deyil, eyni zamanda bir missiyadır – susdurulmuş səslərin dünyaya çatdırılması missiyası: 
“Biz köçkünlüyün qeyri-müəyyənliyini, yurd həsrətini yaşamışıq. Amma öyrəndiyim ən böyük həqiqət budur ki, ev sadəcə bir məkan deyil. Ev – səninlə birgə  dayanan insanlar, əlindən buraxmaq istəmədiyin xəyallar və səni irəli səsləyən məqsəddir”, – deyə Ayan Hüseynli qeyd edib. 
Beynəlxalq münasibətlər sahəsini seçməsinin səbəblərindən danışan Ayan bildirib: 
“Məqsədim münaqişə, ədalətsizlik və köçkünlük səbəbilə susdurulmuş insanların səsi olmaq idi. Bu yol məni BMT ilə əməkdaşlığa və beynəlxalq platformalarda fəaliyyətə gətirib çıxardı”. 
Ayan Hüseynli əldə etdiyi bilik və təcrübəni doğma ölkəsinin inkişafı naminə istifadə etməyi planlaşdırır.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:249
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 18 May 2025 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see314

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see309

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see293

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see289

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see287

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see286

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see281

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see275

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see272

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see264

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see252

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see247

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see243

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see240

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see234

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see229

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see229

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see228

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see216

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri