Icma.az
close
up
RU
Ayan illər sonra qızının atasından danışdı

Ayan illər sonra qızının atasından danışdı

Olay.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ayan illər sonra qızının atasından danışdı

Müğənni Ayan Babakişiyeva illər sonra qızı Selenanın atası Füzuli Musayevdən söz açıb.

OLAY yazır ki, bu haqda sənətçi qonaq olduğu “Rəngarəng” verilişində danışıb.

Babakişiyeva onu şəxsi həyatına görə qınayanlara efir vasitəsi ilə sərt mesaj unvanlayıb:

“Bizi heç kim səhv anlamasın. Bilirəm ki, bu danışdıqlarım sosial şəbəkələrdə yayılacaq və müzakirə olunacaq. Yazıllar ki, səndə belə elədin ona görə də sənin başına bunlar gəldi. Mən heç nə eləmədim. Mən sadəcə sevdim. Sevmək nə zamandan səhv addım olub, səhv yolda olmaq olub. Sevmək axı günah deyil. Bu ürəkdir sevə bilirsən. Amma bir sevginin bəhrəsi varsa, orada “stop” olmalıdır. Ora toxunmayın. Olmaz! İnsanlar hər şeyə çox həssaslıqla yanaşsınlar. Heç kim heç kimi zorla məcbur edə bilməz. İstənilir, olur, yaşanılır, bitir. Bitdi və orada da dayanın. Bunu mən yaşamışam və mən cavab verəcəyəm. Bu gün arxasında da mən dururam. O sevgimin bəhrəsini də mən böyüdürəm. Mən Ayan, qızım Selenanın anası. Yenə də hər zaman deyirəm heç bir tərəf övladıma qarşı neqativ deyil. Övladım yalnız sevgi içində böyüyür. Mənə də atasına da... Ona görə də heç kim heç nəyi bilmədən qınamasın. Ən çox qorxduğum şey qınamaqdır. Qınayaram elə bir şey başıma gələr ki... Bəlkə orada elə pis addım ataram ki... Orada hamını yıxıb məhv edərəm. Ona görə də “ilahi ədalət” deyilən bir şey var. Mən çünki həyatda bir şeyi qınadım və onu da yaşadım. Yaşadım! Onu heç kim tanımır. O şey mənim şəxsi, özəl həyatımda oldu. Yaşadım və bundan sonra mümkün deyil kimisə qınamaq. Mən uşaq deyiləm övlad böyüdürəm. Kənarda çoxları o qədər səhv addımlar atır ki... Otururlar və deyirlər ki, sən belə etdin də... Bədbəxtçilik üzərində xoşbəxtlik qurdun. Sən haradan bilirsən ki, kim xoşbəxt, kim bədbəxt idi. Sən mənimlə o həyatı yaşamısan? Mən yaşamışam o gözəl günləri. Mən! Heç nəyədə peşman deyiləm. İstər səhv istər yalnış addım olsun. Arxasındayam və imzamı da atıram. Yaşamışam, yaşayıram, bundan sonra da yaşayacağam. Çünki mənim övladım var”.

Ayan bildirib ki, qızı Selana atasını çox istəyir və onunla fəxr edir:

“Qızım mənim sevgimlə böyüyür amma atasının sevgisini ona hiss elətdirirəm. Yalnız mən hiss elətdirərəm və atasını da Selana çox istəyir. Mən onu elə böyütmüşəm. Qızım atasını görmür. Yox, görmür. Amma atasını qızım çox istəyir. Onunla fəxr edirəm. Deyir ki, mənim atam filankəsdir və mən filankəsin qızıyam. O insan bizim üçün dəyərlidir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://olay.az
archiveBu xəbər 07 Fevral 2025 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see405

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see401

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see393

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see268

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see266

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see245

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see224

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see220

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see217

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see204

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see193

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see190

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see189

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see188

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see181

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see180

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see179

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see174

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see174

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri