Icma.az
close
up
RU
Ayda iki nəhəng kanyonun necə yarandığı məlum oldu: Alimlər peykin qədim sirrini açdı

Ayda iki nəhəng kanyonun necə yarandığı məlum oldu: Alimlər peykin qədim sirrini açdı

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yeni tədqiqatlar göstərir ki, milyardlarla il əvvəl bir asteroid Ayın uzaq tərəfinə çırpılaraq orada iki nəhəng kanyon yaradıb. Bu kəşf NASA və alimlər üçün mühüm əhəmiyyət daşıyır, çünki onlar cənub qütbündə - zərbədən zərər görməmiş və ilkin vəziyyətini qorumuş qədim süxurların olduğu ərazidə - astronavtların enişini planlaşdırırlar. 

Qaynarinfo bu barədə "The Independent"ə istinadən xəbər verir.

Amerikalı və britaniyalı alimlər NASA-nın Ayın kəşfiyyat orbit aparatından əldə edilən şəkillər və məlumatlardan istifadə edərək ərazinin xəritəsini tərtib edib və təxminən 3,8 milyard il əvvəl bu kanyonları yaradan qalıqların hərəkət trayektoriyasını hesablayıblar. Araşdırmanın nəticələri "Nature Communications" jurnalında dərc edilib.

Məlum olub ki, asteroid Yerə düşməzdən əvvəl Ayın cənub qütbü üzərindən keçərək böyük bir hövzə yaradıb və saniyədə təxminən 1 kilometr sürətlə hərəkət edən süxur axınları buraxıb. Nəticədə, bu qalıqlar raket kimi yerə düşərək cəmi 10 dəqiqə ərzində, Arizona ştatındakı Böyük Kanyonla müqayisə edilə biləcək iki nəhəng kanyon formalaşdırıb.

Araşdırmanın aparıcı müəllifi, Hyustondakı Ay və Planetar İnstitutunun mütəxəssisi Devid Krinq bildirib ki, bu, son dərəcə sürətli və dramatik bir geoloji proses olub.

Krinq və komandası müəyyən edib ki, asteroidin diametri təxminən 25 kilometr olub və bu kanyonların yaranması üçün lazım olan enerji, hazırda dünyadakı bütün nüvə silahlarının gücündən 130 dəfə çox olub. O, əlavə edib ki, asteroidin təsirindən yaranan qalıqlar əsasən cənub qütbündən uzaq istiqamətə yayılıb.

"Bu o deməkdir ki, NASA-nın cənub qütbü ətrafında tədqiqat aparmaq üçün nəzərdə tutduğu əsas bölgə - əsasən Ayın bizə görünən tərəfində yerləşən ərazi - qalıqların altında qalmayıb. Beləliklə, yaşı 4 milyard ildən çox olan qədim süxurlar açıq qalaraq ay robotları tərəfindən toplanıla bilər. Bu süxurlar təkcə Ayın deyil, həm də Yer kürəsinin mənşəyinə işıq sala bilər", deyə tədqiqatda vurğulanır.

Krinq bildirib ki, hələlik bu iki kanyonun həmişə kölgədə qalıb-qalmadığı məlum deyil: "Bu, şübhəsiz ki, yenidən araşdıracağımız bir məsələdir".

Alimlər hesab edirlər ki, Ayın daimi kölgədə qalan hissələrində böyük buz ehtiyatları var. Gələcəkdə ay robotları bu buzları içməli suya və raket yanacağına çevirə bilərlər.

NASA-nın "Artemis" proqramı - "Apollon" missiyasının davamçısı bu onillikdə astronavtları Aya qaytarmağı hədəfləyir. Planlara əsasən, gələn il astronavtlar Ay ətrafında uçuş həyata keçirəcək, ondan bir il sonra isə "Apollon" dövründən bəri ilk dəfə insanlı eniş baş tutacaq.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 05 Fevral 2025 23:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri