Icma.az
close
up
RU
Aydın Dəmirçinin oğlu niyə qandallanıb? Gizlinlər açılır

Aydın Dəmirçinin oğlu niyə qandallanıb? Gizlinlər açılır

Icma.az, Mia.az portalına istinadən məlumatı açıqlayır.

“Qafar Dəmirçinin idarəetdiyi, atasının sahib olduğu “Monte Ferro” şirkəti 2019-2021 ci illərdə Şəkidə və Qaxda toplam 3 min hektara yaxın meşə fondundan torpaq icarəyə götürüb məhv etmişdi. Bu ərazinin 2 min hektarından çoxu sıx və seyrək meşəlik ərazilər idi”.
Mia.az
“AzPolitika.info”ya istinadla xəbər verir ki, bunu eko-aktivist Cavid Qara sosial şəbəkədəki hesabında yazıb.

Onun sözlərinə görə, Dəmirçilər Şəkinin Layısqı kəndi yaxınlığında 850 hektarlıq ərazini də məhv ediblər: “Amma çatdırıb əkə bilmədiklərinə görə son 3-4 ildə təbii bərpa getmişdi. ETSN bu yay əraziyə baxış keçirib təbii bərpa gedən ərazilərin yenidən məhv edilməsinin məqsədə uyğun olmadığı qənaəti ilə meşə fonduna qaytarılmasını tələb etmişdi”.
Eko-aktivistin sözlərinə görə, sirkət isə son illərin cəzasızlıq mühutindən arxayınlaşıb və dövlət orqanını fakt qarşısında qoymaq üçün geri qaytarılması tələb edilən ərazini yenidən kürüməyə başlayıb: “Ərazi böyük olduğundan buna aylarla vaxt lazımdır. COP29 beynəlxalq iqlim konfransının başlamasına bir neçə gün qalmışa qədər bu proses davam edirdi. Biz ən son peyk görüntüləri ilə davam edən kürünmə prosesini ictimailəşdirdik və işin dərhal dayandırılması üçün hüquq mühafizə orqanlarına açıq müraciət etdik. Gün ərzində proses dayandı. Yoxlamalar başladı, bu da nəticəsi”.
C.Qara vurğulayır ki, Dəmirçilərin sırf dövlət orqanını fakt qarşısında qoymaq taktikası və COP ərəfəsində belə bir dağıdıcı fəaliyyətlə məşğul olması hökuməti də qəzəbləndirib.
Onun sözlərinə görə, 8 milyon böyük rəqəmdir, amma o belə dəymiş ziyanın qarşısında heç nədir
: “Mən hesablasam, 100 milyon çıxar. Adam ağac kəsdiyinə görə həbs edilməyib. Maddənin adı qanunsuz ağac kəsmədir. Tərkibi isə ictimai əməlaka külli miqdarda ziyan vurduqda, bir qrup şəxs tərəfindən törədildikdə... 7 min manatdan artıq ziyan dəyəndə külli miqdar sayılır. 8 milyon ondan min dəfə çoxdur. Bu bəndlərin cəza sanksiyasının maksimum həddi 5 ilə qədər həbsdir. 2 ildən 5 ilə qədər həbs çərçivəsində istənilən cəza adekvat cəzadır”.
Eko-aktivist qeyd edir ki, bu hadisə yeganə olay deyil: “Bu il Qusarda da meşəni məhv edib ev tikintisi üçün satmış Qusar şəhərinin bədəliyyə sədri həbs edildi. İcra başçısı işdən çıxarıldı. Əvvəlki cəzasızlıq mühitinə arxayın olub meşə cinayətlərinə yenidən cəhd edənlər ağıllanmasa, belə həbslərin yenə olacağını gözləmək olar”.
Xatırladaq ki, Qafar Dəmirçi “AQA Şirkətlər Qrupu”nun təsisçisi, tanınmış iş adamı Aydın Dəmirçinin oğludur. “Demirchi Tower”, “AGA İş Mərkəzi”, “Ariana Business Park”, “Caspian Business Center”, “Lotfi Zadeh Texnologiyalar Mərkəzi” və başqa plazalar “AGA Şirkətlər Qrupu”na bağlı iş mərkəzləridir. Bundan əlavə şirkətdə “AGA Group” maliyyə (“Ferrum Kapital” və “Caspian Audit”), kənd təsərrüfatı (“AGA Agro”, "Monte Ferro"), İnformasiya Texnologiyaları (“Bravo Online Systems”), turizm və hotelçilik (“Da Vinci” və “Caspian Palace” hotelləri) da fəaliyyət göstərir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://mia.az
archiveBu xəbər 14 Dekabr 2024 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri