Icma.az
close
up
RU
Müharibə dövründə 90 litr qan bağışladı, minlərlə əsgərin həyatını XİLAS ETDİ Hüsniyyə Hüseynova KİMDİR?

Müharibə dövründə 90 litr qan bağışladı, minlərlə əsgərin həyatını XİLAS ETDİ Hüsniyyə Hüseynova KİMDİR?

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

“İkinci Dünya Müharibəsi illərində Azərbaycanda yaradılmış diviziyalarda qadınlar digər millətlərin nümayəndələri ilə birlikdə qəhrəmanlıq nümunələri göstəriblər. Güllə və partlayışlar arasında tibb bacıları və həkimlər yüz minlərlə yaralı əsgəri döyüş meydanından aparıb həyata qaytarıblar. Bir çox qadın kişilərlə birlikdə vuruşub, döyüş pilotu və snayper olub. Bu qadınlar güc və sədaqət simvollarına çevrilib və onların adı tarixdə qalıb”.

Bizim.Media xəbər verir ki, bu fikirlər tarixçi alim, dosent Zaur Əliyevin araşdırmasında öz əksini tapıb.
Tarixçi II Dünya Müharibəsində böyük qəhrəmanlıqlar göstərmiş azərbaycanlı qadınlardan biri – Hüsniyyə Hüseynova ilə bağlı tarixi faktları üzə çıxarıb:
“1941-ci ildən 1945-ci ilə qədər Bakı Qafqazın əsas xəstəxana mərkəzi idi. Ən ağır yaralılar buraya cənub cəbhəsindən gətirilirdi və qana ehtiyac çox böyük idi. İkinci Dünya Müharibəsi illərində Azərbaycanda minlərlə insan, xüsusən də qadınlar qan donoru kimi cəbhəyə və hospitallara kömək edib.
Müharibə illərində Bakıdakı hospitallara ağır yaralılar gətiriləndə həkimlər bəzən onlardan ümidini üzürdü. Çünki yaralıların çoxu yolda çox qan itirirdi.
Hüsniyyə Hüseynova o dövrün ən məşhur donorlarından biri idi. Müharibə dövründə o, təxminən 90 litr qan bağışlayıb. 4 uşaq anası olan Hüsniyyə xanımın əsas qan verməkdə məqsədi yaralı gəncləri və uşaqların həyatını xilas etmək idi.
 

Hüsniyyə xanım həmin illərdə "təcili donor" siyahısında idi. Gecə ya gündüz olmasından asılı olmayaraq, ehtiyac yarananda dərhal hospitallara çağırılırdı. O dövrün şahidlərinin xatirələrinə görə, donorlara verilən əlavə ərzaq payını (şəkər, yağ, un) çox vaxt götürmürdü və ya həmin payları hospitallarda yatan, kimsəsiz olan ağır yaralı əsgərlərə paylayırdı.

O deyirdi: "Mən bunu mükafat üçün deyil, övladlarımı xilas etmək üçün edirəm".
Onun haqqında zarafatla deyirdilər ki, "Hüsniyyə gələndə qan özü damardan çıxmağa tələsir"
Müharibədən sonra SSRİ-nin müxtəlif yerlərindən — Ukraynadan, Rusiyadan, Belarusdan əsgərlər ona məktub yazırdılar. Bu məktublarda onlar Hüsniyə xanımı "Qan anası" adlandırır və sağ qaldıqları üçün ona və ailəsinə minnətdarlıq edirdilər.
Onun kimi onlarla qadın öz qanlarını insanlar yaşasın deyə verirdilər.
Məşhur cərrah Mustafa Topçubaşov Bakıda yaralıları əməliyyat edərkən Hüsniyyə xanım kimi donorların qanı onun ən böyük dayağı idi. Topçubaşov deyirdi ki, "Əgər bu qadınların fədakarlığı olmasaydı, ən müasir cərrahiyyə üsulları belə yaralıları xilas edə bilməzdi".
Müharibədən sonra onu görmək üçün gələnlərə Hüsniyyə xanım özünü qəhrəman kimi təqdim etmirdi, sadəcə bir vətəndaşlıq borcunu yerinə yetirdiyini bildirirdi.
O, qan verərkən hər dəfə dua edirdi: "Təki bu qan bir ananın övladını özünə qaytarsın"
Ona "SSRİ-nin Fəxri Donoru" döş nişanı və dövlət medalları verilsə də, bakılılar onu sadəcə "qızıl ürəkli bir qadın" kimi xatırlayırdılar...”
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:94
embedMənbə:https://bizim.media
archiveBu xəbər 01 Yanvar 2026 19:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see276

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see213

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see199

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see185

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see177

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see165

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see158

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see153

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see152

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see151

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see150

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see146

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see144

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see144

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see141

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see140

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see139

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see132

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri