Icma.az
close
up
RU
Aydın Quliyev 65: Aparıcı jurnalist olması ona heç bir üstün imtiyaz, qeyri rəsmi səlahiyyət qazandırmayıb

Aydın Quliyev 65: Aparıcı jurnalist olması ona heç bir üstün imtiyaz, qeyri rəsmi səlahiyyət qazandırmayıb

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Həmişə o qənaətdə olmuşam ki, jurnalist öz çıxışlarında “mən” ifadəsini çox işlətməkdən mümkün qədər çəkinməli, xüsusilə də media kapitanı rəhbərlik etdiyi media orqanını özünün şəxsi ruporuna çevirməməlidir. Bu nöqteyi-nəzərdən, görkəmli ictimai-siyasi xadim, “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev əsl etalondur desəm, yanılmaram.

Bakı Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə ilə bitirən Aydın Quliyev əmək fəaliyyətinə fəhləlikdən başlamış, zəhmətin, alın tərinin dəyərini bilmişdir. O, gənc yaşlarından siyasi mübarizə meydanına atılmış, erməni işğalının və müstəqilliyimizin ilk illərində Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının Ali Məclisində məsul vəzifədə işləmişdir. Həmçinin, ixtisası üzrə tarix fənnini tədris etmiş, ölkənin aparıcı qəzetlərində siyasi-publisustik və analitik məzmunlu məqalələrlə çıxış etmişdir.

Keşməkeşli siyasi mübarizə yolu keçən Aydın Quliyev yetkin bir politoloq kimi indi də televiziya və mətbuatda çıxışlarında, müsahibələrində Azərbaycanın yerləşdiyi mürəkkəb, eyni dərəcədə vacib geosiyasi mövqeyindən irəli gələn nüansların dolğun izahını verir.

Aydın Quliyevin siyasi və peşə fəaliyyətinin indi də davam edən ən məhsuldar dövrü Azərbaycanın az qala yoxdan var olması kimi xarakterizə edilən, ölkəmizin müstəqillik qazanması, hərtərəfli, ən əsası isə iqtisadi və hərbi yüksəlişə nail olduğu, torpaqlarını işğaldan azad etdiyi şanlı tarixi ilə - mərhum Ümummilli lider Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı İlham Əliyevin prezidentlikləri dövrünün hələlik bir hissəsinin əhatə olunduğu qərinə ilə üst-üstə düşür. Bir tarixçi, yetkin siyasətçi, ölkə və dünya gündəmini diqqətlə izləyən bir peşəkar jurnalist olaraq Aydın Quliyevin bu “qızıl dövrü” dürüst qiymətləndirməmək, siyasi orientasiyasını düzgün seçməmək haqqı yox idi. Bu baxımdan, kimlərinsə onu sadəcə, “zəmanənin nəbzini tutan” buqələmun şəxslərlə, necə deyərlər, fürsətcil adamlarla müqayisə etmək cəhdləri uğursuzdur.

Nədənsə, cəmiyyət şüurunda dövlətin mediaya ayırdığı qayğılı münasibətdən faydalanan jurnalistlərə münasibətdə belə bir stereotip formalaşdırmağa çalışanlar var ki, bəs bu zümrəyə aid olan jurnalistlər dövlət başçısından gördükləri qayğıya qarşılıq olaraq minnətdarlıq hissinin təsiri altına düşür, Prezidentin vəzifəyə təyin etdiyi heç bir məmuru rəvac verdiyi qanunsuzluğa görə ictimai qınağa vermək istəmir, bir növ özləri də məmurlaşırlar. Belə fikirləşənlər əvvəla həmin jurnalistin əməyinin yüksək səviyyədə qiymətləndirilməsinə səbəb olan xidmətlərini görmək istəmirlər. İkincisi, “dövlət” və “hökumət” məfhumlarını fərqləndirməyi bacarmırlar. Üçüncüsü isə cənab Prezidentin məhz tərəqqipərvər media nümayəndələrini daim təkmilləşdirilən dövlət idarəçiliyində etibarlı müttəfiq hesab etdiyini unudurlar.

Ədalətli müşahidəçi özünə bir az zəhmət versə, asanlıqla görə bilər ki, Aydın müəllimin aparıcı jurnalist olması ona heç bir üstün imtiyaz, qeyri-rəsmi səlahiyyət qazandırmayıb. Məlum olar ki, onsuz da mandatsız millət vəkili olan Aydın Quliyev də deputatlığa namizədliyini verəndə qeyri-məqbul rəqabətlə üzləşməkdən sığortalanmayıbmış. Yaxud, onun da övladının magistratura təhsili aldığı xarici ölkədə fasiləsiz olaraq doktorantura təhsili üzrə Dövlət proqramına qəbul edilməsi üçün valideyn kimi müraciəti “suya düşə” bilərmiş. O da haqqı-hüququ pozulmuş bəzi vətəndaşlar kimi ölkə başçısına gileyini bildirə bilirmiş. Bir valideyn olaraq əlindən gələni etdiyindən əmin olmaqla, "dürüst və haqlı olanın üzünə heç bir məmur və ya məmur övladı qapı bağlaya bilməz" deyərək verdiyi özünü doğrultmayan həyat tərbiyəsinə görə övladından üzr istəməklə kifayətlənibmiş. Dövlətçiliyimizə şəxsi münasibətinin hər hansı təmənna üzərində qurulmadığı vurğulamaqla, hər hansı gəldi-gedər məmurların subyektiv qərarlarının bu əqidəsini dəyişmək gücündə olmadığının altını cızmaqla qane olarmış. Sadəcə olaraq, Aydın Quliyev yuxarıda qeyd etdiyim kimi, baş redaktoru olduğu qəzeti özünün şəxsi ruporuna çevirmədiyi üçün qarşılaşdığı bu sayaq problemləri, məruz qaldığı hüquqpozmaları “Bakı-Xəbər”in səhifələrinə çıxarmır. O, nəyi harada, necə etməyi, hansı sözü hansı platformada, hansı tədbirdə deməyi düzgün müəyyənləşdirir, bununla da həmkarlarına peşə etikasına, subordinasiya qaydalarına riayət etmək nümunəsi göstərir. Aydın Quliyevin Mətbuat Şurasının İdarə Heyətinin üzvü kimi fəaliyyəti də mötədil olmuş, cəmiyyətlə media cameəsi arasındakı münasibətlərin ədalətlə tənzimlənməsi prinsipinə əsaslanmışdır.

Aydın müəllim dostları arasında yaş və status fərqinə görə ayrı-seçkilik edən deyil, necə deyərlər, uşaqla uşaq, böyüklə böyükdür. Hərçənd, dost seçəndə də yanılmır – yaşca böyük olanlar da, kiçik olanlar da ondakı işığı görən, onunla zinətlənən və onu zinətləndirən ziyalı insanlardır. O, dostlarına, həmkarlarına münasibətdə necə səmimi, diqqətcildirsə, rəhbərlik etdiyi kollektivin üzvlərinə qarşı da çox həssasdır. Bu həqiqəti saf əqidəli, həqiqətpərəst, birmənalı olaraq yüksək peşəkarlığı ilə seçilən “Bakı – Xəbər” əməkdaşları arasından dostluq elədiyim həmkarlarım da təsdiqləyirlər. “Bakı – Xəbər” məktəbini keçmiş, pərvazlanıb başqa nüfuzlu dövlət, qeyri-hökumət, media və sahibkarlıq strukturlarında peşə fəaliyyətini davam etdirən jurnalistlər də minnətdarlıqla xatırlayırlar ki, Aydın Quliyev onları xeyir-dua ilə yola salmış, işlərinin avand olması üçün hər cür köməklik göstərmiş, indi də dəyərli məsləhətlərini əsirgəməməkdədir.

“Bakı – Xəbər” qəzetinin mərhum redaktoru, rəhmətlik Vaqif Həsənli eynən bu sətirlərin müəllifi kimi çılğın şahmat həvəskarı idi. Qonşu redaksiyalarda çalışdığımızdan, nahar fasiləsinə “haram qatıb” şahmat oynadığımız vaxt Aydın müəllimdən söz düşəndə baş redaktoru barəsində razılıqla danışardı. Müşahidə elədiyi üstün məziyyətləri sırasında Aydın Quluyevin öz orta və ali məktəb müəllimlərinə, həyat yollarını özünə ideal seçdiyi, vaxtilə dogma Naxçıvanda dövlət qulluğunda, əmək kollektivlərində çiyin-çiyinə çalışaraq təcrübə əxz etdiyi ixtiyar yaşlı iş yoldaşlarına, əqidədaşlarına, doğulduğu Cəhri kəndindən olan ziyalılara olduqca sayğılı münasibətini xüsusi vurğulayardı. Deyərdi ki, onların sırasından Bakıya hər hansı məsələ ilə əlaqədar, məsələn mətbuata, poliqrafiya xidmətinə işi düşənlər başqa variant axtarmadan birbaşa Aydın müəllimi gəlib tapır, umduqları və hətta gözləmədikləri dərəcədə artıq hörmət və ehtiramı, qonaqpərvərliyi, köməkliyi ondan görəcəklərinə xatircəm olurlar.

Gözəl insan, vətənpərvər ziyalı, etibarlı dost, qayğıkeş ailə başçısı, bacarıqlı rəhbər, həqiqətpərəst jurnalist Aydın Quliyevi 65 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, can sağlığı, dövlətçiliyə xidmətdə, yetişməkdə olan gənc jurnalistlərə örnək sayıla biləcək peşə fəaliyyətində yeni-yeni uğurlar arzulayıram. Əminəm ki, Aydın Quliyevin hələ ölkəmizin tərəqqisi, jurnalistikamızın inkişafı naminə görəcəyi çox işlər var. O, indiyədək üzərinə düşən və tələb olunmadığı təqdirdə belə öhdəsinə götürdüyü bütün vəzifələri ləyaqətlə, təvazökarlıqla yerinə yetirdiyi kimi, bundan sonra da şövqlə çalışacaq, qarşıdakı xidmətləri, imza atacağı növbəti nailiyyətləri xalqımız və dövlətimiz tərəfindən dəyərləndiriləcəkdir.

Pünhan ŞÜKÜR

Yazıçı-publisist

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:54
embedMənbə:https://sia.az
archiveBu xəbər 10 İyul 2025 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see173

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see160

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri