Icma.az
close
up
RU
Aydın Sezer: Orta Asiya ölkələri Ərdoğandan icazə almalı deyil

Aydın Sezer: Orta Asiya ölkələri Ərdoğandan icazə almalı deyil

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

 “Cənubi Kiprlə bağlı Türkiyə ictimai rəyində aparılan müzakirələr son dərəcə yanlışdır” 


“Son bir həftədə Türkiyə tərəfindən bu məsələ ilə bağlı rəsmi açıqlama verilməməsi Türkiyə hökumətinin də bu faktı qəbul etmiş olduğunu göstərir”

Fuad Abbasov: Cənubi Kipr olayları Ankarayla razılaşdırılıb, və  Ərdoğanın nəzarəti altındadır


"Bundan bir neçə il sonra Avropanın içinə yerləşdirilən türk agenti rolunda Qazaxıstan, Türkmənistan və Özbəkistanı görə bilərik”



Qazaxıstan, Türkmənistan və Özbəkistanın Kiprin yunan tərəfi ilə diplomatik münasibətləri gücləndirməsi son günlər ən çox müzakirə olunan məsələlərdəndir. Kiprin yunan idarəçiliyi altında olan Cənubi hissəsi ilə diplomatik münasibətlərin qurulması və bu ölkəyə səfir göndərilməsi Avropa İttifaqı (Aİ) və Mərkəzi Asiya ölkələri arasında 4 aprel 2025-ci ildə Səmərqənddə keçirilmiş zirvə görüşündən öncə baş verib. Zirvə görüşü Avropa İttifaqı ilə Orta Asiya ölkələri arasında iqtisadi və strateji münasibətlərin dərinləşdirilməsi məqsədi daşıyırdı. Qazaxıstan bu istiqamətdə ilk rəsmi addımı atan ölkə olub, 2025-ci ilin yanvarında Kipr ilə qarşılıqlı səfir təyinatını həyata keçirib. Özbəkistan isə artıq 1997-ci ildən diplomatik münasibətdə olduğu Kiprə ilk dəfə rəsmi səfir təyin edib. Türkmənistan da martın 31-də İtaliyadakı səfirini Kiprə akkreditə edib. Səmərqənd Zirvəsində qəbul edilən birgə bəyanatda tərəflər beynəlxalq hüququn prinsiplərinə, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət ediləcəyini təsdiqləyib. Qeyd edək ki, Şimali Kipr Türk Dövlətləri Təşkilatının (TDT) müşahidəçi üzvüdür. 2024-cü ildə Şimali Kipr Prezidenti Ersin Tatar Bişkekdəki TDT Zirvəsinə fəxri qonaq kimi qatılıb. O, Bakıda keçirilən tədbirlərdə də iştirak edib. 

Bəzi məlumatlara görə Qazaxıstan, Türkmənistan və Özbəkistanın Kiprin yunan idarəçiliyində olan Cənub hissəsi ilə diplomatik münasibətləri gücləndirməsinin birbaşa Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə həyata keçirildiyini iddia olunur.  



Tanınmış jurnalist, politoloq Fuad Abbasov “Sherg.az”a söyləyib ki, bütün baş verən proseslər Ankaranın nəzarəti altındadır:


“Çünki dünyada Türkiyədən başqa heç bir ölkə Şimali Kipri qəbul etməyib. Orta Asiya dövlətlərindən də bunu gözləmək məntiqli olmazdı. Azərbaycanın ən yaxın dostu Türkiyə olmasına baxmayaraq, rəsmi Bakı belə hələ Şimali Kiprin müstəqiliyini tanımayan ölkələr sırasındadır. Türkiyə həmin ölkələr qarşısında Şimali Kipri qəbul etməklə bağlı hansısa tələb qoymur. Türkiyə çox yaxşı bilir ki, dəyişən dünyada belə addım atmaq bu ölkələrin xarici siyasətini risk altına alır. Ona görə də sonradan müstəqillik qazanan ölkələrın tanınmaq məsələsini tələb etməyin düzgün olmadığını Türkiyə başa düşür. Amma bütün dünyanın qəbul etdiyi Cənubi Kipri Orta Asiya dövlətləri tərəfindən tanınması məntiqli görünür. Digər tərəfdən Avropa Birliyi Yunan Kiprini tanımağın qarşılığında dolayı ilə 12 milyard avroluq büdcə ayırıb. Eyni zamanda Türkmənistan qazını Azərbaycan məhsulu kimi Avropaya ixrac etmək niyyətindədir. Qazaxıstan öz enerji resurslarını Azərbaycan, Türkiyə, İran kimi ölkələr üzərindən Avropaya çatdırmaq istəyir. Bunların hamısı Brüssel ilə yaxınlaşmaq üçün olan fürsətlərdir. Ankara çox yaxşı bilir ki, Orta Asiya dövlətlərinin inkişafı üçün Brüssel və Qərb dünyasıyla yaxınlaşmaq vacibdir. Orta Asiyanın logistika və transport potensialından Çin və Rusiya da istifadə etmək üçün çalışır. Nəticə etibarı ilə onlara hansı ölkə daha yaxşı təklif gələrsə, həmin fikri qəbul edəcəklər. Hazırda isə Avropadan daha mənfəətli təklif irəli sürən ikinci tərəf yoxdur. Sözügedən proseslər tamamilə Ankarayla razılaşdırılıb və  Ərdoğanın nəzarəti altındadır. Yəni Türkiyənin irəli gedən strateji planlarıdır. Bundan bir neçə il sonra Avropanın içinə yerləşdirilən türk agenti rolunda Qazaxıstan, Türkmənistan və Özbəkistanı görə bilərik”.  



Türk siyasətçi və yazar Aydın Sezer isə bildirib ki, Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatında müşahidəçi statusu alması bütövlükdə Türkiyə və Ərdoğan tərəfindən həyata keçirilən fərziyyənin nəticəsidir:


“Türkiyə hökuməti və Ərdoğan bunu "Şimali Kipr Türk Cümhuriyyətini tanıdırıq" deyərək daxili siyasətdə ictimaiyyətə çatdırmışdı və Türk dövlətləri təşkilatında mühüm uğurlar əldə etmişik şəklində açıqlama vermişdi. Bildiyiniz kimi, Cənubi Kipr Respublikası Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınan suveren və müstəqil dövlətdir. Şimalda qurulan Kipr Türk Cümhuriyyətinin tanınmaması üçün Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası 541 və 550 saylı qətnamələri mövcuddur. Buna görə də Orta Asiya Türk Cümhuriyyətlərinin ABŞ-ın qanuni və üzv dövləti sayılan Cənubi Kipr Respublikası ilə əlaqələr qurması, səfirliklər açması son dərəcə normal bir hadisədir. Son bir həftədə Türkiyə tərəfindən bu məsələ ilə bağlı rəsmi açıqlama verilməməsi Türkiyə hökumətinin də bu faktı qəbul etmiş olduğunu göstərir. Bunun Ərdoğanın məlumatı ilə edilib-edilməməsi məsələsi  spekulyasiyadır. Lakin Cənubi Kiprlə əlaqələr qurmaq üçün Ərdoğandan icazə almaq lazım deyil.  Həmin ölkələrə Cənubi Kiprlə bağlı istədikləri kimi qərar verə bilirlər. Sözügedən məsələ ilə bağlı Türkiyədə ictimai rəyində aparılan müzakirələr son dərəcə yanlışdır və reallığı ehtiva etmir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://sherg.az
archiveBu xəbər 17 Aprel 2025 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri