Aydından sonra ancaq yasa gedirəm
Icma.az, Axsham.az saytına istinadən bildirir.
"Aydın depressiyaya düşən vaxtlarda Mehman Əhmədli, Rəşad Dağlı ona baş çəkməyə gəlirdi. Hətta vacib getməli yerim olanda onun yanında Rəşadı qoyurdum ki, rahat olum. Depressiyada idi, özünə qəsd etmək istəyirdi".
Axşam.az xəbər verir ki, bu sözləri 2019-cu ildə qaraciyər sirrozundan vəfat edən meyxanaçı Aydın Xırdalanlının anası (Aydın Quliyev) Bikəxanım Quliyeva "Sözünü deyib gedənlər" verilişində deyib. O, övladı dünyasını dəyişəndən sonra yalnız yas mərasimlərinə getdiyini bildirib:
"Onun vəfatından sonra heç bir toya getməmişəm. Qardaşımın uşaqlarının nişanlarına, toylarına, elçiliklərinə getməmişəm. Gördüm ki, camaat narazılıq edir ki, hüzür yerinə də gəlmir. İki ildir ki, ancaq yas mərasimlərinə gedirəm. Aydından sonra heç bir toya getmərəm. Onun paltarını da yığıb göndərmişəm. Ancaq qara geyimləri qalıb. Qardaşı Ziyanın oğlu Aydınla oxşayırlar. Artıq 5 yaşı oldu, elə bil Aydının uşaqlığıdır. Onun toyunda bir küncdə oturaram".
Baxış sayı:46
Bu xəbər 25 May 2025 12:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















